• 19 Mart 2024

Bəla və müsibət başımıza niyə gəlir?

İnsanın anlamaya çalışdığı, cavabını daim axtardığı mövzulardan biri də, başına gələn müsibətlərin səbəbinin nə olduğudur.

Müsibətlər kimini ucaldarkən, kimini də zəlil edər. Əslində bizi buralara çatdıran başımıza gələn dərd və problemlər deyil, o andakı davranışımız və halımızdır. Bu halda bir müsəlmanın başına gələn müsibətlərə qarşı münasibəti, davranışı necə olmalıdır?

Dinimiz, heç bir suala ehtiyac qalmadan bizi aydınladır, öz mükəmməlliyini otaya qoyur. Bunu deyincə ağlımıza aşağıdakı ayə gəlməkdədir.”Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım.”(1) Müsibət mövzusunu, bu barədə en çox soruşulan suallar və onlara verilən qısa cavablar şəklində ələ alaq. Ağla gələn ilk sual, müsibət mütləq olmalıdırmı, baş verməzsə olmazmı, sualıdır.

Bu suala Quran və Sünnə belə cavab verir; “İnsanlar imtahandan keçirilmədən, sadəcə iman etdik  ırakalım, bu soruya Kur’an ve Sünnet cevap versin. ‘İnsanlar, sadece ‘iman ettik’ demeleriyle imtahan edilməyəckləinimi sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyır”.(2) Bu ayədən başa düşürük ki, iman edib imtahana tabe tutulmayacaq heç kim yoxdur. Bu iş Rəbbimizin bizdən əvvəlkiər haqqında da, bizim haqqımızda da buyuduğu hökmdür. Bir başqa məsələ də, dürüst olanlarla olmayanların, dünyanı axirətə dəyişənlərlə dəyişməyənərin bilinməsidir. Digər bir ayədə isə; “ Əlbəttə Biz sizi biraz qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və bir az da məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən kəslərə müjdə ver.”(3) Bu ayədən də anlayırıq ki, hər kəs mütləq mal və can ilə imtahana çəkiləcəkdir. İmtahan insanların gücü nisbətində olacaqdır. Müvzuya dair başqa ayələr də mövcuddur. Bir hədisdə də belə bildirilməkdədir; “Adəm oğlunun halı, ətrafında doxsan doqquz (öldürücü) bəlanın olmasına bənzəyir. Bu bəlalardan xilas olsa da, ölüncəyə qədər onu tərk etməyən acizlik (yaşlanmaq) vəziyyəti sarar.” (5) Hz Peyğəmbər (səs) bizə səadət və xoşbəxtliyin düsturlarından birini verməkdədir. Bilmədiyimiz, görmədiyimiz doxsan doqquz yerdən gələn problemlər bizə sirayət edər, sonra onladan qurtularıq, imtahanı keçdik deyərik, bu zaman yaşlanmaq və onun çətinlikləri başlayar. “Dünyada rahatçılıq yoxdur” bir başqa hədisdə bizə verilən məsajdır.

Ağlımızı məşğul edən bir xüsus da, müsibətlərin səbəbidir. Başımıza gələnlərin kəmiyyət və keyfiyyəti  nəyə görə təyin olunur? Günahkarlığımızdan ötürü, ya da heç bir halımıza baxılmadanmı başımıza gəlir

Bu suallara da dinimiz ətraflı cavab verməkdədir.Bu məsələni bir medalın iki üzü kimi düşünə bilərik. Bir üzünə baxdığımız zaman başımıza gələn müsibətlərin səbəbi olaraq günahlarımızı görəcəyik.  Bu ayəni də burada xatılamaqda fayda var; “ Başınıza gələn hər hansı bir müsibət öz əlinizlə işlədiyiniz (günahlar) ucbatındandır . (Buna baxmayaraq) Allah çoxunu əfv edər ”. (6)  Buradan nə anlayırıq, başımıza gələnlər günahlarımız ucbatındandır, bir də, bu problemlərin səbəbi olan günahların bir çoxu bğışlanmasıdır.  Yəni ki, əgər Rəbbimiz bizə rəhm etməyib, bütün günahların qarşılığını bizə yönləndirsə idi necə olardı halımız? Medalın o bir üzünə baxanda isə, Allahu Təalanın sonsuz rəhmətini görməkdəyik. “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.”(7)İnsan elə iş görür ki, onu özü üçün pis nəticələnəcəyini zənn edər, amma nəticə olaraq xeyirli olar. Elə işlər də var ki, yaxşı olduğunu düşünürük, ancaq şərli, zərərli çıxar. Elmimiz, biliyimiz bir yerə qədərdir. Allahın elmi isə sonsuzdur. Müsibətlərdə də bu belədir, əbədi həyatda rahatlığımız üçündür. Allahın hüzuruna tərtəmiz çıxmağımız üçündür.

Allah Rəsulu hədislərdən birində belə buyurur:” Müsəlmana gələn yorğunluq, xəstəlik, qəm, kədər, bədəninə batan elə bir tikan yoxdur ki, Allah bu səbəblərdən birinə  görə günahlarından bəzilərinin üstünü örtmüş olmasın.” (8) “Allah Təala quluna xeyir dilədiyi zaman, dünyada onun cəzasını tez verər. Allah Təala quluna pislik dilədimi, günahına görə onu dünyada cezalandırmaz, axirətə saxlayar.”(9) Hədislərdən anlayırıq ki, başımıza gələn qəm, kədər günahlarımızın bağışlanmasına vəsilə olmaqadır. Günahlardan təmizlənərək Allaha qovuşmaqdır. Rəhman olan Allahın rəhmətinin nə qədər geniş olduğunu müşahidə etmiş oluruq.

Məsələnin bir başqa tərəfi də, bəşəriyyət tarixində müsibətlər ən çox kimlərin başına gəlmiş olmağıdır. Bu sualın cavabı hədislərdədir. Musab b. Sad, atasından eşitdiklərini nəql edir: “Ey Allahın Rəsulu, dedim. İnsanlardan kimlər daha çox bəlaya düçar olurlar?” Cavab verdi: Peyğəmbərlər, sonra böyüklükdə onlara yaxın olanlar və bu şəxslərə yaxın olanlar. İnsanın dindarlığı nisbətində bəlası şiddətli olur. Şayət dinində əksiklik varsa, Allah onu dini nisbətində imtahan edər. Bəla quldan getməz. Ta ki, qul xatasız olub yer üzündə dolaşıncaya qədər.”(10)Ən çox müsibətə məruz qalmış insanar peyğmbərlərdir, sonra sahabələr, əhli beyt və Allah dostu insanlardır. Madəm ki Rəsulullah (səs) ən çox məşəqqət çəkib, madəm ki O bizə hər  mövzuda nümunədir, bizim müsibətlərdən dolayı şikayət etməyimiz nə qədər doğrudur? Peyğəmbər  Əfəndimiz (səs) heç halından, kasıblığından şikayətləndimi? Hz Peyğəmbərə qarşı duyulan sevgi səbəbli məşəqqətlər var ki, bunun nümunəsini də hədisdən belə öyrənirik. Abdullah İbni Muğaffəl (ra) belə anladır. Bir adam gələrək: “Ey Allahın Rəsulu! Mən sizi sevirəm!” dedi. Rəsulullah (səs): “Nə dediyinə diqqət elə!” deyə cavab verdi. O adam: “Vallahi mən sizi sevirəm!” dedi və bunu üç dəfə təkrarladı. Rəsulullah (səs)  adama: “Əgər məni sevirsənsə, kasıblığın zirehini hazırla. Çünkü məni sevənə kasıblıq, hədəfinə axan seldən daha sürətli gəlib çatar.”(11) bir raşqa hədisdə də hz Peyğəmbər, Allahı sevdiyini söyləyən sahabəyə bəla və müsibətlərə hazır olmağını tapşırmışdır. Rəsulullaha duyulan sevgi kasıbçılığı, Rəbbimizə duyulan sevgi də, bəla və müsibəti cəlb edər. Müsibət, məşuqa olan eşq qədər zühur edər.

Əgər müsibətlər günahlarımızın kəffarəsi olaraq bizə gəlirsə, bu müsibətlərdən Allaha sığınmağımız nə qədər doğrudur, deyə sual bu səfər ağlımıza gəlir. Yenə cavabı hədislərdə axtarsaq taparıq. Peyğəmbər (səs) xəstəlikdən, aclıqdan, borcdan, şeytanın şərrindən, bəlalardan, görünən və görünməyən müsibətlərdən Allaha sığınmışdır.  Ayrıca bu kimi bəlalardan qorunmaq üçün sədəqə vermək, ana atanın duasını almaq kimi tədbirlər önəmli hesab edilmişdir. Müsibət anında davranışımız, mövqeyimiz, Qurani Kərimin Peyğəmbərimizin timsalında bizə xitabı təyin etməlidir; “ Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir (günahların ucbatındandır).”(12) Yaxşələqların Allahın rəhməti, pislikləri də nəfsimizin davranışı olaraq anlamaq ədəbli davranış olar. Əksi isə Rəbbimizə qarşı ədəbsizlik olar. Bir hədisi şərifdə belə anladılır: hz Ənəs (ra) rəvayət edir: Rəsulullah (səs), (ölmüş) uşağı üçün ağlayan qadınla rastlaşdı, “Allahdan qorx və səbr et”buyurdu. Qadın (baxmadan) “Mənim başıma gələndən sənə nə?”dedi. Rəsulullah (səs) uzaqlaşınca, qadına: “Bu Rəsulullah idi!” deyildi.  Qadın uşağının ölümünə üzüldüyü qədər (utanıb) üzüldü. Peyğəmbərimizin qapısına vardı. Qapıcılara rəğmən içəri girdi və “Ey Allahın Rəsulu, size tanımadan söz söylədim” dedi. Hz Peyğəmbər (səs) “Məqbul səbr müsibətlə qarşılaşdığın ilk andakı səbrdir” buyurdu. (13)

Görəsən niyə qeyri-müsəlmanlar həyatlarını zövq və səfa içində keçirərkən, iman əhli bunun əksinə, çətinliklərin əhatəsində yaşamaqdadırlar? Bunun səbəbi nədir?
Hər şeydən əvvəl onu deyək ki, yaxşı və pis işlərin qarşılığı İlahi Məhkəmədən sonra, təyin olunduğu üzrə veriləcəkdir. Ələl xüsus böyük günahların cəzası axirətdə veriləcəkdir. Yuxarıda qeyd olunduğu kimi, müminlər dünyada ikən müsibətlərindən dolayı təmizlənmiş olurlar. Axirətə günahlarını azaltmış olaraq gedərlər. Həm də axirətin cəzası daha şiddətli, daha əzablıdır.Kiçik günahların cəzası dünyada ikən də verilir. Onun üçün inananlar günahlaının cəzasını dünyada gördüklərinə, axirətdə sevinəcəklər. Nəticə olaraq belə deyə bilərik, müsibətlər,bəlalar bizi günahlardan təmizləmək üçündür. Bunlara üsyan etmək çətinliklərimizi azalymaz, nəticəsi də yaxşı olmaz. Ancaq mətanət, çətin də olsa nəticəsi yaxşıdır. Bu işlərdə ən yaxşı vasitəmiz duadır. Başda hz Peyğəmbərimiz olmaqla İslam qəhrəmanlarının həyatlarını oxumaq, bilmək də bizi stresdən qurtaracaqır.

Qaynaqlar:                                     
1. Əl-Maidə 5/3.
2. Əl-Ənkəbut 29/2-3.
3. Əl-Bəqərə 2/155.
4. Əl-Bəqərə 2/286.
5. Tirmizi, Qədər 14.
6. Əş-Şura 42/30.
7. Əl-Bəqərə 2/216.
8. Müslim, Birr.
9. Tirmizi, H.no:2396.
10. Tirmizi, Zöhd 57.
11. Tirmizi, Zöhd 36.
12. Ən-Nisa 4/79.
13. Buxari, Cənaiz 43.

Read Previous

Hz. Əbu Bəkirdən xatirələr

Read Next

Ərəb dili dərsləri – üçüncü dərs