• 19 Mart 2024

Baş örtüyü işdən uzaqlaşdırmağa səbəb ola bilməz

belcikada-hijab

Məhkəmə şirkəti haqsız hesab edərək cəza təyin etdi…

Belçikada başları örtülü olan işçi heyətini haqsız səbəblərlə işdən uzaqlaşdıran geyim mağazası, məhkəmə tərəfindən haqsız hesab edilərək maddi cəza ödədi.

Ötən ay müştərilərinin şikayətilə başları örtülü işçilərini işdən uzaqlaşdıran “Həma” mağazalar şəbəkəsinin Genk şöbəsi, Tonqeren Məhkəməsi tərəfindən haqsız hesab edildi. Mərakeşli bir gənclə tanış olduqdan sonra İslam dinini qəbul edərək başını örtən 21 yaşlı belçikalı Coys Van Op den Boşun baş örtüyünə görə işdən qovulması ölkədə mübahisələrə səbəb oldu.

Qanunsuz olaraq işdən çıxarılması səbəbilə uzun müddət işlədiyi “Həma” mağazasının Genk şöbəsinə qarşı məhkəmədə iddia qaldıran qadın, Tonqeren Məhkəməsi tərəfindən haqlı hesab edildi. Məhkəmə “Həma”nın haqsız olması haqqında hökm verərək zərərçəkənə 6 aylıq məvacibini cəza kimi (təxminən 10 000 avro) ödəməsilə bağlı qərar qəbul etdi.

Başını bağlamasından iki ay sonra bəzi müştərilərin baş örtüyünə qarşı mənfi münasibətinin olması və mağaza müdirinə şikayət etməsindən sonra mağazanın səlahiyyətli şəxsləri, Coys Van Op den Boşun işəgötürmə təşkilatının keçirdiyi iş müqaviləsinin ləğv edilməsini tələb etmişdi. İşəgötürmə təşkilatı “Randstad” isə “Həma” mağazasının tələbini yerinə yetirərək Coys Van Op den Boşun iş müqaviləsini ləğv etmişdi.

Hadisənin üstü açıldıqdan sonra mağazaya etirazlar edilmiş, bəzi Belçika vətəndaşları baş örtüyü taxaraq yürüş keçirmişdilər. Hadisədən sonra zərər çəkən və işini itirən Coys, fikirlərini bildirərkən işini çox sevdiyini, mağazanın səlahiyyətli şəxslərilə münasibətinin çox yaxşı olduğunu və özünün də ətrafı tərəfindən sevilən şəxs olduğunu bildirmişdi.

Coys mağazada ilk dəfə işləməyə başladıqda başı örtülü olmadığını və müsəlman olduqdan sonra başını örtmək qərarına gəldiyini, bunu mağazanın səlahiyyətli şəxslərindən soruşduğunu qeyd etmiş, onların da baş örtüyü taxmaqla bağlı hər hansı problem yaratmadıqlarını, hətta ilk baş örtüyünü mağaza işçilərinin ona hədiyyə etdiyini bildirmişdi. Etirazlardan sonra “Həma” mağazasının səlahiyyətli şəxsləri Coysu yenidən işə qəbul edəcəklərini, lakin anbarda işləyəcəyini bildirmiş ki, bu da bir daha etirazlara səbəb olmuşdu.

Heç bir hüquqi əsası yox idi

Coysun vəkili öz çıxışında, bu qərara çox şad olduqlarını bildirib dedi: “Coys iki ay boyunca heç bir problem olmadan “Həma”da işləsə də bir anlıq müştərilərin şikayətilə işdən uzaqlaşdırılmışdı. “Həma”nın istəyinə uyğun davranmasının heç bir hüquqi əsası yox idi.”

İrqçiliklə Mübarizə Mərkəzinin rəhbəri Yozef De Vitt də öz fikirlərində demişdi: “Həma” hadisəsində açıq şəkildə ayrı-seçkilik mövcuddur. Düşünürəm ki, məhkəmənin qərarı çox doğrudur.”

 

 

 

 

 

/din.az/

Read Previous

Xəstəxanada Quran kursu açıldı!

Read Next

Həccə getmək yenə bahalaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.