• 29 Mart 2024

Bidət nə deməkdir?

     Dinimiz dövrlərdən keçərək əsli təravətini həmişə qoruyub saxlamışdır. Amma bəzən dinimizə yersiz olaraq bəzi insanların, alimlərin salıb əlavə etdiyi şeylər, həmçinin dinin əslindən deyil füruatından əksiltdiyi şeylər olmuşdur. Bidət bu mənada dinə gətirilən yeni bir şeylər, yeniliklər olaraq təyin edilmişdir. İslam alimləri bəzən müsəlmanın bütün həyatını islamın əhatə etdiyinə görə hər bir yeniliyi bidət olaraq adlandırmışdır. Hər bir yenilik bidətdir, hər bir bidət zəlalətdir və hər bir zəlalət də cəhənnəmə götürər- mənasında bir çox yenilikləri dinə əlavə olaraq tərk etmişlər. Amma inkifaş edən dinimizin ətrafımızda olan inkişaflardan yan qalması mümkün deyil və hər yeni elmi, vasitəni, əşyanı bidət adlandırmaq həm həyatımızı çətinləşdirmək, həm də insanları heç nədən günahlandırmaq olar. Bu mənada islam alimləri əsas olaraq bidəti dində, ibadətdə, sabit hökmlərdə çıxarılan yeniliklərə bağlayaraq “bidətu seyyiə” və “biddətu hasənə” kimi “pis bidət” və “yaxşı bidət” kimi iki əsas hissəyə ayırmışdır. Bidətu seyyilərə qəbirlər üzərinə qurulan türbələri, məqbərələri, qəbirlər üzərində yandırılan şamları, yas mərasimlərinin 3,7, 40 v.s. müddətə qədər uzatmağı misal gətirmək olar. Hətta bəzi alimlər bu bidətin haramdan da pis olduğunu bildirir. Çünki haramın haram olması məlumdur, lakin bidətin haram olması şübhəli olduğuna görə dini və insanın imanını zədələyər. Lakin bidətu hasənə isə hər hansı yaxşı bir məqsəd üçün ortaya qoyulan yeniliklərdir. Məs: Təravih namazının Ramazan ayı boyu camaatla qılınması, məscidlərin dəb-dəbəli tikilməsi, mübarək günlərin, gecələrin keçirilməsi v.s. Adından göründüyü kiimi bu yeniliklər müəyyən ehtiyaclara görə ya səhabələrin, ya da alimlərin ortaya qoyduğu hökmlərdir. Təravih namazının peyğəmbərimizin bir neçə gün məsciddə qılmasından sonra iki gün camaatla qılması, üçüncü gün isə Allahın bu namazı fərz qılmasından qorxmasaydım həmişə camaatla qıldırardım demişdir. Onu camaatla qılmağı tərk edəndən sonra Hz.Ömərin həmin namazı camaatla qıldırması və bu işin nə gözəl bidət adlandırması məsələsi buna misaldır. Allah dinimizi bütün bildiyimiz və bilmədiyimiz əsas haramlardan, sonra isə lazımsız bidətlərdən qorusun. Şübhəsiz hər bir şeyin ən doğrusunu Allah bilir…

 

Read Previous

Zikr

Read Next

Zəkat vemək kimə fərzdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.