• 21 Mart 2019

BİR ƏFV DASTANI

Cəfəri-Sadiq həzrətlərinin bir köləsi vardı. Bir gün bu kölə gətirdiyi bir kasa şorbanı Cəfər həzrətlərinin üstünə dağıtdı. Üstü-başı batan və yeməyin istiliyindən canı yanan Cəfəri-Sadiq həzrətləri qəzəblə kölənin üzünə baxdı.

Kölə: “Əfəndim! Quranda: “Qəzəblərinə hakim olanlar” buyurulur!” deyərək ayəyi-kəriməni oxudu.

O zaman Cəfəri-Sadiq həzrətləri: “Qəzəbimə hakim oldum!” –dedi.

Bu dəfə kölə: “Quranda ayənin davamında: “İnsanların xətalarını bağışlayanlar” da deyilir!” –dedi və ayənin bununla əlaqəli hissəsini də oxudu.

Cəfəri-Sadiq həzrətlər: “Yaxşı, səni bağışladım!” –dedi.

Bu dəfə də kölə: “Quranda eyni ayənin davamında: ”Allah ehsan sahibi, yaxşılıq edən kimsələri sevər!” –buyurulur!” –deyərək ayənin son hissəsini də oxudu.

Bu dəfə Cəfər həzrətləri: “Haydi, get, azadsan artıq. Səni Allah üçün azad etdim!” –dedi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 208 dəfə.

Səməd Əlixanov

Read Previous

UŞAQLARIMIZI NECƏ TƏRBİYƏ EDƏK?

Read Next

Cizgi filmlər uşaqlara necə təsir edir? -Valideynlər diqqət!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir