• 26 Noyabr 2020

BİR GÜNÜ DƏYƏRLİ ETMƏYİN YOLLARI!

Keçmişi düşünmə o sənə göz yaşları, gələcəyi düşünmə o sənə qorxu gətirər. Sən içərisində olduğun anı təbəssümlə yaşa o sənə uğur gətirər.

Bu gün yaşadığın hadisə dünənin qalıntısı və ya sabah yaşayacağın günə hazırlıqdımı? Əgər belədirsə deməli sən heç bir anı həqiqi mənada dəyərləndirə bilmirsən. Dünən çox işlədiyin üçün bu gün yatmaq, bu gün yatdığın üçün də sabah daha çox işləmək prinsipi səni heç bir zaman uğur yolunda müvəffəq edə bilməz.

Dünən çox yediyinin üçün bu gün az yemək, bu gün az yediyin üçün də sabah çox yemək mümkün deyil. Necəki fiziki olaraq hər günün hadisələrini o gündə ediriksə psixoloji olaraq da hər günün öz pozitiv psixoloji aurasını yaratmağı bacarmalıyıq. Dünən filankəs mənim xətrimə dəydi ona görə bu gün keyfim yoxdur, sabah yenə hər şey eyni olacaq, ona görə də bu gün heç nə etmirəm demək insanı həyatı tam mənasıyla yaşamaqdan uzaqlaşdırır.

Sabah edəcəklərin haqqında bu gündən müəyyən qərarlar qəbul edə bilərsən, ancaq o sənin bu gününü tamamilə məşğul etməməlidir. Davamlı olaraq var olduğun anda varlığı məchul olan zaman haqqında düşünmək sənin bugünkü uğurlarını gecikdirə bilər.

Odur ki, sən hal-hazırda olduğun zamanda edə bildiyin və doğruluğuna inandığın ən yaxşı işi etməyə çalışmalısan. Bununla bərabər gördüyün fiziki işin içərisində bu günə xas olan düşüncə, fikir və xəyala sahib olmalısan.  Düşünün ki siz kitab oxuyursuz, ancaq fikriniz sosial şəbəkələrdəki profilinizdə  dostlarınız tərəfindən sizə göndəriləcək mesajlarda qalıb.  Bu zaman oxuduğununz kitabdan əldə edəcəyiniz informasiyaya tam sahib ola bilmir və gördüyünüz işdən həzz alma nisbətiniz minimuma enir.

 Gününüzü əvvəlindən sonuna qədər dəyərləndirmək istəyirsinizsə bu günü dünəndə və sabahda yaşamaqdan uzaq olun.  Dünəni və sabahı düşünən düşüncələrinizin sahibi siz özünüz olduğunuz üçün onu bu gündə kontrol etmək öz əlinizdədir.  Bu günü elə yaşayın ki, sabah bu günün  problemini düşünüb sabahınızı məhv etməyəsiniz… Uğurlar.

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 6 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Zərərli vərdişlərdən olan içki və qumar

Read Next

AMERİKADA MÜSƏLMAN QADIN TƏHQİR EDİLDİ