• 26 May 2019

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam edir

Dekabrın 13-də Şəki rayonunun Şorsu kənd tam orta məktəbində Şəki şəhəri Mərkəzi Cümə məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Nümunəvi dindar necə olmalıdır?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şorsu kənd tam orta məktəbinin direktoru Şərəf Şuğayeva mövzunun əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev dövlət-din münasibətlərindən və respublikamızda mövcud olan tolerant mühitdən danışıb.
Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamları Müşfiq Xəlilov və Əlyəsə Əslanov çıxışlarında qeyd ediblər ki, nümunəvi dindar hər mövzuda mötədil yolu tutmalı və ibadətində ifratçılğa yol verməməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

http://scwra.gov.az/vnews/2558/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 80 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Hilyə nədir?

Read Next

Quran bizə kafidirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir