• 19 Mart 2024

“Hidanə” nədir?

hidane“Uşağı qucağına almaq, onu bəsləyib tərbiyə etmək və bağrına basmaq” mənalarına gələn ərəbcə “Hidanə” kəliməsi , bir fiqh termini olaraq; uşağa baxıb böyütmə haqqı olan adamın, onu yanına alaraq tərbiyə etməsidir.

Hidanənin məqsədi ; yaş azlıği, ağıl xəstəliyi və ya hər hansı bir səbəblə öz işlərini şəxsən görə bilməyən kimsənin qoruma altına alınması, onun saxlanılması və tərbiyə işinin müəyyən bir adamın məsuliyyətinə verilməsidir. Hidanə, uşağa baxmaq məsuliyyəti, yeyib-içməsi, geyinməsi yuxu nizamını və təmizliyini yerinə yetirmək kimi iş və xidmətləri ehtiva etməkdədir.

HİDANƏNİ ƏN LAYİQLİ ŞƏKİLDƏ EDƏCƏK ŞƏXS ANALARDIR

Hidanə sevgi, şəfqət, mərhəmət və səbr istəyən, əxlaq ədəb və fəzilət çərçivəsində aparılması lazım olan bir vəzifə olduğu üçün bu işi ən gözəl və layiqincə edə biləcək olan kimsə analardır. Onsuz da hidanə sözünün kökü olan “hadn” sözü də “qadının uşağı bağrına basması, quşun yumurta ya da balalarını qanadlarının altına almasını ifadə edir. Bu vəziyyət, insan fitrətinin də bir gərəyidir. Heç bir övladı, bir ana sevgisi ilə qucaqlaya biləcək, şəfqət və mərhəməti lazım olduğu kimi göstərəcək ikinci bir şəxs yoxdur.

Uşaqların ən az yeddi yaşına qədər öz analarının qayğısı və nəzarəti altında olması onun haqqıdır. Qız və ya oğlan uşaqlarının boşanma halında belə, ona bu yaşlarına qədər anasının baxıb yetiştirməsinə möhtacdır. Ananın ölümü və ya hidanəyə layiq olmadığı hallarda bu haqq, ananın anasına (nənəyə) keçər. Ana və nənənin olmaması halında, xalalara bu haqq təhvil edilər. Çünki onlar, digər qohumlara görə uşağa daha yaxındırlar. Daha sonra sırasıyla, bibi (varsa) xalaqızları və bibiqızları gəlir.

Əgər bir uşağın saxlanılması və tərbiyəsi üçün bu sadalanan qadınlardan heç birisi yoxdursa və ya buna layiq deyilsə, bu haqq, məhrəm olan kişi qohumlarına keçər. Bunlar da üç hissəyə ayrılır:

a) Ata, atanın atası
b) dogma, və ya ata bir qardaş və ya bunların aşağıya doğru oğlan uşaqları.
c) dogma, və ya ata bir əmi və bunların aşağıya doğru oğlan uşaqları.

BOŞANMADAN SONRA UŞAQLARIN HİMAYƏSİ

Uşaqların qayğısı ilə məşğul olacaq şəxslərdə bəzi xüsusiyyətlərin olması lazımdır. Bunlar: ərginlik (həddi-büluğ yaşı) və ağıllı olmaq, uşağın tərbiyə və baxımına gücü yetmək, əxlaqi cəhətdən etibarlı olmaq və müsəlman olmaqdır.

Bu xüsusiyyətlərə əlavə olaraq hidanəni boynuna götürəcək qadının, uşağın məhrəm qohumlarından (ana, bacı və xala kimi) olması, uşağa naməhrəm bir kişilə evli olmaması, uşağa nifrət edilən bir evdə oturmaması və uşağın atası kasıbdırsa, himayə edəcək qadının pulsuz bu işi boynuna götürməsi lazımdır.

Oğlan uşağı yemə-içmə, geyim və təmizlik işlərini bir qadına möhtac olmadan edə biləcək yaşa (tərcih edilən 7 yaşına) gələnə qədər, əvvəlcə anaya və ondan sonrakı qadınların baxımına möhtacdır. Bəziləri də bu yaşın 9 olduğunu söyləmişlərdir. Bu yaşdan sonra atasının tərbiyə və himayəsinə girməsi daha yaxşıdır.

Qız uşağında isə ana və nənəsi, qızın həddi – buluğ yaşına çatana qədər himayəni öz üzərlərinə götürmə üstünlüyünə malikdirlər. Büluğ vaxtının gecikməsi halında bu vəziyyət, on beş yaşına qədər qədər uzana bilər. Həddi büluğa çatdığı andan etibarən isə, daha çox qorunmağa möhtac olduğundan atanın himayə və nəzarəti altında yetişdirilməsi daha doğrudur.

DUL ANA VƏ ATANIN UŞAĞI HƏR GÜN GÖRMƏYƏ HAQQI VAR

Ana nəzarətində olduğu kiçik yaşlarda, atanın uşağını hər gün görmə haqqı olduğu kimi; ata nəzarətində olduğu zamanlarda da, ananın uşağını hər gün görmə haqqı vardır. Bu müddət, ən çox həftədə bir dəfəyə çıxarıla bilər. Bəzi vəziyyətlərdə uşağın anasının yanına aparılması, bəzən də ana və atanın uşağın yanına gəlməsi lazımdır.

Yekunlaşdıracaq olsaq; İslam, uşağın himayə və tərbiyəsini ana-ata kimi ən yaxınlarından başlayaraq ən etibarlı və məhrəm qohumlarına bu məsuliyyəti yükləmiş, ölüm və boşanma hallarında uşaqları öz başlarına buraxmamışdır.

Bu yetişdirmə əsnasında uşaqların maddi xərcinin hamısı ataya yüklənmiş, ancaq şəfqət, mərhəmət və qayğıya möhtac olduğu dövrlərin ana yanında keçməsinə diqqət göstərilmişdir. Qadına, maddi bir ağır öhdəçilik yüklənilmədiyi kimi, uşaq müəyyən bir yaş və yetkinliyə çatdıqdan sonra, onların qayğısı ilə də məsul tutulmamışdır. Beləcə əri ölən və ya boşanmış olan qadınlar, uşaq baxma külfəti olmadan təkrar həyata tutuna biləcək, yeni ailələr qura biləcəklər. Bu da müasir cəmiyyətlərin göz ardı etdiyi, ancaq İslamın qadına vermiş olduğu böyük hüquqlardan biridir.

DUL ANANIN ÜÇ ÇEŞİT MALİYYƏ HÜQUQU VAR

Dul ana, iddət müddəti tamamlandıqdan sonra, uşağını əmizdirməyə və ya himayəsini etməyə davam edərsə, üç növ maliyyə haqqı ortaya çıxmış olar:

a) Əmizdirmə ödənişi,
b) Himayə qarşılığı ödəniş,
c) Uşağın yemə-içmə, geyim və təmizlik xərclərini qarşılamaq üzrə aliment.

Read Previous

Özümüzə kimləri nümunə götürməliyik

Read Next

Quruyan insanlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.