• 19 Mart 2024

Boşanmaların qarşısını almaq üçün “İrşad heyəti”

bosanmaq

Müftülük ailədaxili zorakılıq və boşanmaların qarşısını almaq üçün 21 qadından ibarət “İrşad heyəti”ni yaratdı.

Müftiliyin nəzdində fəaliyyət göstərən heyət, 3 aydır ki, bütün bölgədə araşdırmalarını davam etdirir. Hər biri 3 nəfərdən ibarət olan 7 heyət, “Alo Fətva Xətti”nə gələn xəbərdarlıqlara və məscidlərdəki din adamlarının onlara çatdırdığı raportlara əsasən problemi olan ailələri müəyyən edirlər.

Ən əvvəl ailədaxili problemi olan qadınlarla telefon əlaqəsi yaradan işçilər, daha sonra evlərə baş çəkirlər. Problemlərin müəyyən edildiyi görüşlərdə, ailə və ailə birliyinin əhəmiyyətindən bəhs edilir. Heyətin hazırladığı raporta əsasə problemin ciddi olduğu müəyyən edildikdə, Bölgə Müftisi Bilal Polad araya girərək həmin şəxslərlə danışır.

Müfti Polad, “İrşad heyəti”nin, boşanmaların qarşısını almaq məqsədilə yaradıldığını bildirdi. Qadın işçilərin şəxsən ailələrə baş çəkdiyini deyən Polad, fikirlərini belə davam etdirdi:

“Belə bir araşdırma Türkiyədə ilk dəfə tətbiq edilir. Yoldaşlarımız 3 aydır ki, araşdırmalarını davam etdirirlər. Ən əvvəl Dini İşlər İdarəsinin məsləhətilə inanc və əxlaq mövzularında cəmiyyətimizə məlumat vermək məqsədilə təxminən 3 ay əvvəl irşad (doğru yol) və moizə heyəti yaratmışdıq. Lakin heyətlərimizin bütün bölgədə apardığı araşdırmada, həmin yerdə sosial məsələlərdə də mənfi halların baş verdiyi müəyyən edildi. Xüsusən ailədə yola getməmək probleminin çox ciddi olduğunu, ailədaxili zorakılığın geniş yayıldığını və boşanma nisbətinin yüksək olduğunu gördük. Beləliklə, ailələrin dağılmaması, sakit və rahat həyatın olması üçün hər biri 3 mütəxəssisdən ibarət cəmi 7 ayrı heyət yaratdıq.”

“20 ailə boşanmaq fikrindən əl çəkdi”

Bir-bir evlərə baş çəkməklə heyətin öz araşdırmalarını davam etdirdiyini qeyd edən Polad, problemi olan ailələrin müəyyən edilməsində “Alo Fətva Xətti” və məscidlərdəki din adamlarının köməyindən istifadə etdiklərini bildirdi.

Qısa müddət ərzində müsbət nəticələr almağa başladıqlarını qeyd edən Polad dedi: “Qadın işçilərimiz onlara gələn məlumatlara əsasən həftədə bir gün evlərə baş çəkirlər. Bu araşdırmalarda yoldaşlarımız evin xanımları ilə görüşür, onların problemlərinə qulaq asır, nə edəcəklərini və necə davranacaqlarını onlara bildirməklə doğru yol göstərirlər. Bundan başqa, vəziyyətə görə mən də kişilərlə görüşərək ailədə birliyin sarsılmamasına çalışır, problemi olan ailələrlə birbaşa maraqlanıram.”
Polad, indiyə qədər 60 ailə ilə görüşdüklərini, bu görüşlərin davam etdiyini, 20 ailənin problemini həll etdiklərini və ailələrin boşanma fikrindən əl çəkdiklərini qeyd etdi.

/din.az/

Read Previous

Prezident inşa olunan məsciddə oldu

Read Next

“Müsəlmanların lideri” seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.