• 19 Noyabr 2019

Britaniyada uşaqlara ən çox qoyulan ad “Məhəmməd”

muhammed“Məhəmməd” adı siyahıda ölkə üçün ənənəvi olan Oliver, Cek, Noy, Harri, Çarli və Ceyms kimi adları geridə qoyub.

Bu il ərzində siyahıda 27 pillə irəliləyən ad lider olmağı bacarıb.

“Ərəb ailələrində ənəvi olaraq ilk doğulan oğlanı “Məhəmməd” adlandırırlar. Müsəlman adlarının populyarlıq qazanması Britaniyada mədəni çoxnövlülüyün inkişafına dəlalət edir”, – deyə “The Mirror” qəzetinin baş redaktoru bildirib.

Son dövrlərdə yeni doğulan oğlanlar arasında Ömər, Əli və İbrahim kimi adlar da populyarlıq qazanıblar.

Qadın adlarına gəldikdə isə, burada Sofi, Emili və Lili adları liderlik edir. Bununla yanaşı, reytinqə Məryəm və Nur kimi ərəb ölkələrində geniş yayılan adlar da daxil olub. Məryəm adı 59 adı üstələyərək 35-ci yerə çıxa bilib. Nur adı isə birinci dəfə reytinqə daxil olub və 29-cu yerdə qərarlaşıb.

mənbə:

xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 102 dəfə.

calal calalov

Read Previous

Dekabr 2014

Read Next

Qaraçuxur məscidini yandıranlar kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.