• 25 İyun 2019

“Bu bulağın suyu müsəlmanlara haramdır”!

bulaqOsmanlı dövlətinin xilafəti zamanında Bursada bir müsəlman, bugünkü adı Arap Şükrü olan bölgədə bulaq tikdirmiş və bulağın qzərinə bir kitabə əlavə etmiş: “Hər qula halaldır, müsəlmana haram!”
Bursa o dövrdə Osmanlının paytaxtı olduğu üçün şəhər və xalq bir-birinə qarışmış, “bu necə fitnədir” deyə danışmağa başlamışlar.
Xalq dözə bilməyib qazıya şikayətə getmiş. Həmin şəxs dərhal yaxalanıb məhkəməyə gətirilmiş.Qazı ona:                 
“Bu necə fitnədir? Dini İslam, əhalisi müsəlman olan dövlətdə sən xeyr-həsənətdir deyib bulaq tikdirirsən, amma həmin bulağın suyu müsəlmana qadağandır deyirsən!  Belə iş ola bilərmi, nədir bunun səbəbi, ağılını mı itirmisən?” deyə hirslənir. Adam:
– “İcazə verin, səbəbi vardır, lakin isbat istər, dəlil şərtdir.” dedikcə qazı daha da hirslənmiş:
– “Nə dəlili, nə isbatı? Sən fitnə çıxartdın, müsəlman əhalinin dincliyini əlindən almdın, qətlin vacibdir! “Demiş. Amma bir tərəfdən də maraq eləmiş:
– “Nədir səbəbləri?” Deyə soruşmuş. Adam:
– “Səbəbini sadəcə padşaha deyərəm.” deyə cavab verincə, ortalıq yenə qarışmış. Söz padşaha çatmış, adam tələsik saraya aparılmış. Padşah da həmin bu vəziyyətə hirslənir, amma digər tərəfdən o da vəziyyəti maraq edib deyir:
– “De görək nə deyəcəksən. Bu necə işdir ki, həm bulaq tikdirirsən, həm də hər qula halal, Müsəlmana haram yazırsan? “Adam, başı önə əyərək danışmağa başlayır:
– “Dəlilim var, lakin sübut istər.”
– “Bəs dəlilin dediyin kimi möhkəm olmazsa?”
– “O zaman boynum, hökm qarşısında tükdən incədir Sultanım.” deyir
– Anlat görək nə anladacaqsan, deyə padşah dillənir.
– “Sultanım, hər hansı bir sinaqoqdan bir bir hahamı izahsız və səbəbsiz tutub, bir həftə saxlayın. Baxın nələr olacaq”? Adamın dediyi yerinə yetirilir. Bütün yəhudilər bir olub danışmağa başlayırlar, “Nə olub, bu nə zülmdür? Bizim din adamımıza biz zamin dururuq, nə lazımdırsa söyləyin yerinə yetirək, o günahsızdır, lazım olsa kəffarətini ödəyək.” Ətraf ölkələrdən belə elçilər gəlib məktub üstünə məktub gətirmişlər. Bir həftə dolunca, hahamə sərbəst buraxmışlar.
Haham sərbəst buraxılınca, hər tərəfdən padşaha təşəkkürlər, hədiyyələr gəlməyə başlayır. 

– “Eyni işi hər hansı bir kilsədən hər hansı bir keşiş üçün edin sultanım” deyə həmin şəxs dillənmiş. Eyni şəkildə bir keşiş tələm-tələsik tutulub həbsə atılmış. Xristiyanlar arasında da eyni reaksiyalar artaraq davam etmiş. bir həftə bitincə o da sərbəst buraxılmış. Xoşbəxtlik və sevinc nümayişləri daha da çoxalmış, təşəkkürlər, şükranlar, hədiyyələr padşaha göndərilməyə davam etmiş. Sultan:
– “Bitti mi?” Demiş adama. Adam:
– “Sultanım son bir iş qaldı, sonra hökm zamanıdır icazənizlə” demiş.
– “İndi nədir istəyin?”
– “Əfəndim, paytaxtımız olan Bursansanın ən sevilən, alimini tutub həbsə atdırın.” Adamın dediyini etmişlər,  Bursada Ulucami məscidinin imamını Cümə xütbəsinin ortasında tutub həbs etmişlər. Lakin “nə olub, siz nə edirsiniz? Heç olmazsa möizə bitənə qədər gözləsəydiniz “, kimi tək bir kəlam etməmiş heç kim.  İmamın arxasından gedən, axtaran-soruşan olmamış. Bir həftə keçməsinə baxmayaraq,” İmamımız hardadır” deyə gələn-gedən yox! Xalq halından məmnundur, başlamışlar dedi-qodu etməyə, o keçən həftə həbs olunan alim üçün:
– “Biz də onu adam bilmişdik. Özümüzə imam seçmişdik”
– “Kim bilir, nə cinayət etdi ki, həbs edildi!”
– “Vah vah! Heyf onun arxasında qıldığım namazlar.”
– “Demə-demə”
Padşah, qazı və həmin adam olub bitənləri izləyirlər. Nəhayət Padşah, bulağı tikdirənə soruşmuş:
– “İndi nə olacaq ? Adam:
– “İmamı buraxmaq lazımdır. Ancaq üzr istəyib halallıq almaq vacibdir. “Haqlısan” demiş padşah. Adam başı qarşısında danışmağa başlamış:
– “Ey böyük Sultanım, siz qərar verin, xahiş edirəm, belə müsəlmanlara su halal olarmı?”
Sultan acı təbəssüm etmiş və belə demiş:
– “Hava belə haramdır bunlara, hava belə!” Demiş.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 48 dəfə.

calal calalov

Read Previous

İran-Səudiyyə gərginliyi

Read Next

Peyğəmbər əfəndimiz (səv) vəfat edəndə gözləri kor olan səhabə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.