• 28 Mart 2024

Bu da ideya “azadlığ”ı: “Lə iləhə illəllah” sözü artıq ayaqqabıya yazılır

laaya

Üzərində kəlmeyi-tövhid yazılan ayaqqabı Səudiyyə Ərəbistanında satışa çıxarılıb.

Türkiyə mətbuatı bildirir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ayaqqabı firması üzərində “Allahdan başqa haqq məbud yoxdur” ifadəsinin yazıldığı yeni idman ayaqqabılarını satışa çıxarıb.

Firmanın “fikir azadlığı” hüququna etiraz edən Ciddə şəhər sakinləri sözügedən ayaqqabıların satışının dərhal dayandırılmasını tələb ediblər. “Əl-Yovm” qəzetinin xəbərinə görə, şəhər sakinləri Ticarət və Sənaye Nazirliyinə müraciət edərək, ayaqqabının satışının dayandırılmasını istəyiblər.

Məlumat üçün deyək ki, Səudiyyə Ərəbistanından əvvəl Birləşmiş Ərəb Əmirliklərinin İqtisadi İnkişaf Nazirliyi üzərində Allahı təhqir xarakterli ifadələrin yer aldığı 21 ədəd qadın ayaqqabısını satışdan çıxarmışdı.

 

 

 

/azerimuslims/

Read Previous

Kommunizmə qalib gəldik, indi isə növbə müsəlmanlarındır!

Read Next

Radikal yəhudilər tarixi Davud məscidinə hücum ediblər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.