• 29 Mart 2024

Bu dünyaya nə üçün gəldin???

dunyaya_gelme_nedeniİnsan həmişə öz-özünü hesaba çəkməlidir. Özünü hesaba çəkməyən, sorğulamayan insan kölələşməyə məhkumdur. Hər insan “Mən bu dünyaya nə üçün gəldim? Bu aləmdəki müvəqqəti misafirliğimin hikməti nədir suallarını öz-özünə yönəltməlidir. Sorğulanmamış və cavabı verilməmiş bir həyatın əsli yoxdur.
İradəmizi küləklərin önündə sovrulan bir yarpaq kimi dövrün fantastika və hilələrinə təslim etsək, maddədən ibarət olan dünyagörüşünün içində məhv olmuş bir obyektdən başqa bir şey ola bilmərik. Yalnız bir əşya səviyyəsinə enmiş olarıq. İnsanı digər canlılardan üstün edən ağılımızı, qəlbimizi və vicdanımızı susdursaq, yaşayarkən ölənlər arasına daxil olarıq.
Özümüzü belə bir sorğuya çəksək necə olar. Biz bu dünyaya kreditlə əşya alıb onun kreditlərini ödəmək üçün mü gəldik? İnsana göstərmədiyimiz sevgini daşdan binalara dəmirdən avtomobillərə göstərməyə mi gəldik? Qəlbimizi yoxsullardan uzaqlaşdıraraq zənginlərin qarşısında yaltaqlanmağa mı gəldik? Biz bu dünyaya ömrümüzü axmaq işlərin arxasında xərcləmək üçün mü gəldik. Bəli, insan öz-özünü hesaba çəkməlidir. Bu dünyaya niyə gəldiyini bilməlidir. İnsan şüurunu anlaya bilmədiyi bir məsələni qavrayıb qəbul edə bilməz. Var oluşumuz bu nöqtədə varlığı və əşyanın hikmətini anlayabilməyimizə bağlıdır.
Fərz edək ki, dünyanın bütün zövqlərini daddıq. Hər günümüz xoşbəxtlik içində qəmsiz qayğısız keçdi. Yaxşı, bu belə nə zamana qədər davam edəcək? Dünya boy verdikcə biçilən bir əkin kimi ömür xırmanımızı üyütməkdən başqa nə etdi? Hər gün üzərini tapdalayıb keçdiyimiz torpaq sevdiklərimizi bir bir almaqdan başqa nə etdi? Bizim gedəcəyimiz yer də ora deyil mi?
Müsabiqə proqramlarının, futbol matçlarının və serialların içərisinə soxduğumuz başımızı çevirib baxsaq və gedən ömür qatarımızı bir seyretsək. Hər gün ömür binamızın bir daşı yerə düşərkən viran olmuş binamızdan xəbərsizikmi? Bir viranənin içində saxta xoşbəxtlik pozları verməkdən bezmədikmi?
Çoxumuz inancımız gərəyi dünya həyatının bir oyun və əyləncədən ibarət olduğunu bilirik. Və inancımız gərəyi sırf dünya üçün də yaradılmadığımızı bilirik. Buna baxmayaraq sanki ölüm yoxmuş kimi, sanki əbədi olaraq bu dünyada qalacaqmış kimi bütün yatırımlarımızı bu dünya həyatında edirik.
Şeytan bəzilərimizə soldan yanaşır. Açıq-açıq haramları halal sayabilirik. Kimimizə isə sağdan yanaşaraq bizi etdiyimiz əməllərlə qürurlanmağa sövq edir. Gizli şirk içində boğur. Özümüzü qazanmış zənn edirik amma itirdiyimizin fərqinə belə varmırıq.
Dünya həyatının vazkeçilməz, müstəsna bir yer olmadığını hamımız bilirik. Onsuz da vazkeçilməz olsaydı dünya öz özündən belə küsüb durmazdı. Ev avtomobil və mövqe arxasında bir ömür xərclənib gedir. Bu vaxt düşmənliklər, qəlb qırmalar, hər cür fırıldaqlıqlar artır və bütün bunların yanında günahlarla dolu bir dəftər doldurmuş oluruq.
Həyat bu qədər ucuz və bu qədər mənasızdır mı? Hər şeyi mədənin və cinsiyyət orqanının ixtiyarına vermək insan üçün heyvanlaşmanın, heyvandan aşağı olmanın səbəbi deyil mi? İnsan olaraq yaradılmaq, insan olaraq bu dünyaya göndərilmək ən böyük rütbə ikən insanın özünü qəflət uçurumlarına atmasının mənası nədir?
Bütün bu suallar və məsələlər ətrafında dönüb dolaşıb həqiqəti tapmaq məcburiyyətindəyik. Bunun üçün də “sorğulanmamış bir həyat heç yaşanmamış bir həyatdır” deyirik.
Mənbə:islamveihsan.com

Read Previous

Zəkat verməyənlərin axirətdəki aqibəti

Read Next

Dünyanın ən böyük iftar süfrələri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.