• 29 Mart 2024

Bu gün Günəş tutulması olacaq

Bu gün Günəş tutulması olacaq

 

ABŞ, Afrika və Avropanın bəzi bölgələri “hibrid tutulma”ya şahid olacaq.

Bu gün ABŞ, Afrika və Avropanın bəzi bölgələrində nadir Günəş tutulması baş verəcək. Bəzi bölgələrdə tam, bəzilərində isə natamam Günəş tutulması gözdənildiyi üçün, bu təbiət hadisəsi «Hibrid tutulma» adlandırılır.

Ayın Günəşin üzünü tam tutmasını görmək, əsasən, Keniyanın şimalında yaşayan sakinlərə nəsib olacaq. Artıq paytaxt Nayrobidə «Həndz on Yunivörs» adlı təşkilat sakinləri «hibrid tutulma» haqqında məlumatlandırmağa və bu nadir hadisəyə şahid olmaq üçün toplaşmağa çağırır. 4 turizm şirkəti də bu məqsədlə Nayrobidən Keniyanın şimalına səyahət təşkil edib.

Avropada, daha dəqiq desək, Portuqaliyada «hibrid tutulma» natamam olacaq. Paytaxt Lissabonda yerləşən Astronomiya Observatoriyasının hesablamasına görə, burada Ay Günəşin üzünü 10-23 faiz tutacaq. Lakin Madeyra adasında bu faizin 25-27 olacağı proqnozlaşdırılır.

Mütəxəssislər «hibrid tutulma» zamanı insanların xüsusi təhlükəsizlik tədbirləri olmadan birbaşa Günəşə baxmamasını tövsiyə ediblər.

Mənbə: Associated Press

Read Previous

Məsciddə azan oxunmazdan əvvəl namaz qılmaq olarmı?

Read Next

“Marmaray”da qəza baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.