• 19 Mart 2024

BU GÜN PEYĞƏMBƏRİMİZİN DOĞUM GÜNÜDÜR. (BİZ SƏNİ GÖRMƏDƏN SEVDİK YA RASULALLAH)

resimBu gün İslam aləmində ən müqəddəs günlərdən biri hesab olunur. Çünki sevimli peyğəmbərimiz hz. Məhəmməd (səv) məhz bu gün yəni 571-ci ildə rəbiuləvvəl ayının 12-də dünyanı şərəfləndirmişdir. Atasının adı Abdullah, anasının adı Əminə, Süt anasının adı Həlimədir. Daha dünyaya gəlməmişdən 2 ya öncə atasını, altı yaşında isə anasını itirmişdir.
Qurani kərimdə “Ənbiya” surəsində Allahu təala Onun üçün: Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar) buyurmuşdur. Bir başqa surədə isə Allahu təala belə buyurur:“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”. (Əhzəb 21)

Hicri təqvimin 632-ci ilində bəşəriyyətin sonuncu Peyğəmbəri hz. Məhəmməd (səv) dünyasını dəyişsə də onun mövludu fəlsəfəsini onu sevənlər daha da genişləndirdilər. Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salmaqla hər bir müsəlmən onun yüksək insani keyfiyyətlərindən, əxlaqı dəyərlərindən ibrət götürür, əməli saleh, xoşxasiyyətli, gözəl əxlaqlı olmağa çalışır. Adı gözəl, özü gözəl peyğəmbərimiz kimi.

Rəbbimiz bizləri özünə layiqli bir qul peyğəbər əfəndimiz hz. Məhəmməd (səv)-ə layiqli ümmət eləsin.

Read Previous

DANIŞMAQ ƏDƏBLƏRİ (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

AĞAC YENƏ BAR VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.