• 29 Mart 2024

Bu ölkədə oruc tutmaq qadağandır.

imagesPekində müsəlmanların çoxluq təşkil etdiyi 9 milyon əhaliyə sahib Şincan Uyğur Muxtar vilayətində dövlət məmurları və tələbələrin Ramazan ayında oruc tutması qadağan edilib.

Anspress-in məlumatına görə, Pekində Şincan bölgəsinin rəsmi internet saytında yerləşdirilən əsasnamədə Ramazan ayında oruc tutmağın qadağan olunduğu bildirilir.

Qəbul edilən qərar bölgədəki türk və müsəlman əhalinin etirazına səbəb olub. Qərar Hotan bölgəsinə də şamil edilib. Əsasnaməyə əsasən, dövlət məmurları və tələbələrə Ramazan ayına xas olan dini ibadətlərin icrası, məscidə getmək və zəkat vermək qadağan edilib.

Xatırladaq ki, bundan əvvəlki bir neçə ildə də həmin bölgədə oruc tutmaqla bağlı qadağa qoyulmuşdu.

mənbə:

din.az

Read Previous

Ramazan Təqvimi (2014/1435)

Read Next

Ərəb ölkəsində Ramazana xas olan qadağa

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.