• 28 Mart 2024

Bütün məktəblərdə hicaba yaşıl işıq

hicab08102013-1732-1Rusiya Dövlət Dumasının təhsil komitəsi iki məktəbli forması barəsində qanun layihəsini müzakirə edib və bütün regionlarda məktəbli geyimi ilə bağlı yerli orqanların qərar verməsinə icazə verən qanun layihəsini Dövlət Dumasının müzakirəsinə çıxarmaq barədə qərar qəbul edib, – “İnterfaks”.

Ümumrusiya Xalq Məclisindən olan deputat Olqa Timofeyovanın təklif etdiyi qanun layihəsinə görə, regionlarda vahid məktəbli formasını müəyyənləşdirmək yerli bələdiyyələrə həvalə olunacaq. Bununla yanaşı qanun layihəsi əsasında regionlara yalnız ümumi tövsiyələr vermək təklif olunur. Yəni, ümumilikdə məktəbli formasının yerlər üzrə şəraiti nəzərə alaraq tətbiq edilməsi təklif edilir.

“Məktəblərin özlərinə məktəbli formasının ümumi formasını müəyyən etmək həvalə olunmalıdır. Bu və ya digər yerlərdə şəraiti nəzərə alaraq məktəblərin məsləhətçilərinə, valideyinlər şurasına da tövsiyələr verməsi üçün imkanlar yaradılmalıdır”, – deyə Dumanın təhsil komitəsinin üzvü Qriqori Balxin bildirib.

Deputat Oleq Smolin isə bildirib ki, qanun layihəsinin bu formada qəbul olunması artıq bəzi regionlarda yaşanmış hicabla bağlı problemləri tam şəkildə həll edəcək.

Mənbə:

xezerxeber.com

Read Previous

MƏKTƏB QİYMƏTLƏRİ UŞAQLARIN HƏYATINDA ÖNƏMLİ YER TUTUR

Read Next

Hicablı polislər üçün xüsusi uniforma

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.