• 17 Sentyabr 2019

CAMAATLA NAMAZ QILMAĞIN FƏZİLƏTİ

Əziz möminlər, ibadətlərdən bir qisminin camaatla yerinə yetirilməsinin bir çox fərdi və ictimai faydaları vardır. Namaz kimi hamıya fərz olan ən mühüm bir ibadəti camaatla qılmaq müsəlmanlar üçün ən faydalı əməllərdən biridir. Heç şüphəsiz ki, Uca Allah camaatla birlikdə qılınan namaza daha çox savab verməkdədir

Sevimli Peyğəmbərimizin (səs) xəbər verdiyinə görə bir insan dəstəmaz alar, sonra məscidə gedər və bütün bunları namaz qılmaq niyyətilə edərsə onun gəzməsi də namaz hökmündədir. Atdığı hər addım günahlarına kəffarə, həmçinin bir dərəcə yüksəlməsinə səbəb olur; bunun sayəsində də Allahın mərhəməti üzərindən əksik olmaz.[1]

Allah Rəsulu (səs) hər sahədə olduğu kimi camaat namazına davam etməsi xüsusunda da  ümmətinə gözəl nümunə olmuşdur. Vəfat etdiyi gün belə, iki nəfərin köməyi ilə camaat namazına gəlmişdir. Əsvəd (r.a.) belə demişdir: Aişə (r. anha)-nın yanındaydıq. Namaza davam etməkdən və ona hörmətdən bəhs etdik. Sonra o belə dedi:

Rəsulullah (səs) vəfatına səbəb olan xəstəliyə düçar olduğu vaxt azan oxundu. Peyğəmbərimiz, (səs) “Əbu Bəkrə deyin, camaatla namaz qıldırsın.” buyurdu… Əbu Bəkr çıxdı və namaz qıldırmağa başladı. Allah Rəsulu (səs) özündə bir az yüngüllük hiss etdi. İki nəfərin köməyilə məscidə çıxdı. İndi ağrıdan yerdə sürünən ayaqları gözümün önündədir. Əbu Bəkr dərhal çəkilmək istədi. Allah Rəsulu (səs) isə ona yerindən tərpənməməsi üçün işarə etdi. Sonra da gəlib Əbu Bəkrin arxasında namaz qıldı.”[2] Çünki o; “Məscidə qonşu olanın namazı, ancaq məsciddə qılındığı halda  (kamil mənada) namaz olur.” – buyurmuşdur.[3]

Həzrət Əlidən (r.a.) hədisdə sözü gedən  qonşunun kim olduğu soruşduqda o, bu cavabı vermişdi: “Müəzzini eşidən hər kəs.”[4]

Bəli, azanı eşidən hər kəs yaxın-uzaq demədən məscidə, camaat namazına gəlməlidir. Ancaq üzrlülər bundan istisnadır. Uca Allah camaat namazı üçün məscidə gələn bəndələrinin hər addımına savab verir. Belə olduqda məsafə uzaq olduqdca savab artır. Rəsulullah (səs) belə buyurur: “Namazdan ən çox savab alanlar uzaqdan gəzərək gələnlərdir. İmamla birlikdə qılmaq üçün namazı gözləyən də, evində tez qılıb yatandan çox savab qazanır.” [5]

Bundan başqa Peyğəmbərimiz (səs), camaat namazını tərk edənlərin acı aqibətindən danışarkən belə buyurur: “Bir kənd və ya düzənlikdə üç nəfər bir yerdə olsa və nmazı camaat halında qılmasalar şeytan onları məğlub edər. Elə isə camaat namazına davam edin. Şüphəsiz ki, sürüdən ayrılan qoyunu qurd yeyər”[6]

Möhtərəm möminlər, Allah Rəsulu (səs) camaat namazı ilə bağlı gətirilən bəhanələri qəbul etməmişdir. Belə ki, bir gün Peyğəmbərimizin (səs) yanına gözləri kor olan Abdulla bin Ummu Məktum adında bir səhabə gəlib belə dedi: -Ya Rəsulallah! Məni məscidə aparacaq heç kimim yoxdur, – icazə ver  namazı evimdə qılım. O da, icazə verdi. Abdulla geri dönüb gedəndə Rəsulullah onu çağıraraq: -Sən namaz üçün azan oxunduğunu eşidirsənmi?-deyə soruşdu. O da: -Bəli, cavabını verdi. Bu halda Peyğəmbərimiz (səs)-buyurdu: -Onda camaat namazına gəl.[7]

Peyğəmbərimiz (səs) camaat namazına o qədər əhəmiyyət verərdi ki, insanların tək başına namaz qılmalarına heç razı olmazdı. Əbu Səid əl Xudri (r.a.) belə nəql edir: “Bir nəfər məscidə gəldi, ancaq Rəsulullah (səs) namaz qılıb qurtarmışdı. Buna görə də: -Hansınız bu insana sədəqə verərək savab qazanmaq istəyir?- buyurdu. Bu sözlərdən sonar  dərhal bir nəfər qalxdı və onunla birlikdə namaz qıldı.”[8]

Yezid bin Amir (r.a.) belə nəql edir: “Allah Rəsulu namaz qılarkən yanına gəldim. Oturdum və camaat namazını qılmadım. Peyğəmbərimiz (səs) namazdan sona bizə tərəf dönəndə bir kənarda oturduğumu gördü. –Ey Yezid müsəlman olmamısan?-buyurdu. Mən: -Omuşam, ya Rəsulallah!-dedim. Allah Rəsulu (səs): -Elə isə camaat namazı qılmağına sənə nə mane olur?-buyurdu. –Sizin namaz qıldığınızı düşünüb evimdə qılmışdım, -dedim. Bu halda Peyğəmbərimiz (səs) belə buyurdu:- Əgər namaza gəlib camaat namaz qıldığını görsən, sən də onlara qoşul. Əgər daha əvvəl namazı qılmısansa, bu sənin üçün nafilə olar. Evdə qıldığın da fərz yerinə keçər.”[9]

Möhtərəm müsəlmanlar, xütbəmi bir hədisi-şəriflə yekunlaşdırıram: “Camaatla qılınan namaz, tək başına qılınan namazdan iyirmi yeddi dərəcə çox fəzilətlidir.”[10]

      Camaat namazi

9 Mart  2012 / 16  R. Axır  1433


[1]Buxari, Azan, 30; Müslim, Məsacid, 272.

[2]Buxari, Azan, 39

[3]İbn Əbi Şeybə, I, 303

[4]Beyhəqi, əs-Sünənül-Kübra, III, 57

[5]Buxari, Azan, 31

[6]Əbu Davud, Salət, 46

[7]Müslim, Məsacid, 255

[8]Tİrmizi, Salət, 50

[9]Əbu Davud, Salət, 56

[10]Buxari, Azan, 30.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 158 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Hədis dərsləri. 02. 10. 2006

Read Next

Harama Aparan Yol Və Vasitələrin Hökmü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.