• 09 Avqust 2020

ÇOX ÇALIŞMAQ, YOXSA DOĞRU ÇALIŞMAQ?

1.Çox çalışmaq kifayət deyil

Ağır rejimdə və həddindən artıq çox çalışan bir çox insan hədəfində olan uğurlu nəticəni əldə edə bilmir. Əgər siz bütün gününüzü uğur qazanacaqsınız deyə çox çalışıb işdən gec ayrılırsınızsa, həmin günün sonunda yorğun düşməyiniz qaçınılmazdır. Bu şəkildə çalışma şəkli sizin üçün uğurun ilk açarıdırsa, onu əldə etmək də bir o qədər çətin olacaqdır. Gördüyünüz yeganə iş həddindən artıq çox çalışmaqdırsa, özünüzü heç də uğurlu hiss etməməyiniz normaldır. Çünki siz özünüzü uğur qazanmağa deyil, çox çalışmağa fokuslayırsınız. Uğurlu insanların çoxu bir plan və proqram daxilində çalışarkən, fərdi inkişaflarına da vaxt ayıran insanlardır.

2.Məktəb həyatında alınan yüksək qiymətlər, iş həyatındakı uğurun qarantı deyil

Gənclərin əksəriyyəti tələbəlik illərində əldə etdiyi uğurun ona kariyera yolunda da faydalı olacağına inanır. Bu düşüncə tərzi bir mənada doğru olsa da, iş həyatındakı uğur buna bağlı deyil. Çünki sizi işə götürən adam üçün sizin universitet illərində aldığınız yüksək qiymətlər deyil, onun işini qabağa aparacaq qabiliyyətiniz önəmlidir. Əgər öyrəndiklərinizi gördüyünüz işdə tətbiq edə bilmirsinizsə deməli heç nə öyrənməmisiniz. Siz öyrəndiyinizi iddia edirsinizsə bunu gördüyünüz işdə göstərmək bacarığına da sahib olmalısınız. Necə deyərlər: Ayinəsi (güzgüsü) işdir kişinin lafa (sözə) baxılmaz. Şəxsin görünür rütbeyi-ağlı əsərində.

3.Qabiliyyət və bilgi ilə birlikdə yaxşı ünsiyyət də önəmlidir

Hər gün işə gedib özünüzü müdirinizə göstərməkdən çox, rəhbəriniz sizi dəqiq, yaxşı görünüşlü, həyəcanlı və işinizə fokuslanmış görmək istəyir. Bunu bacara bilənlər daha şanslıdır. Yəqin siz də birisi haqqında çox professional və çox optimisdir sözləri deyildiyini duymamısız. Ancaq hamımız çox pessimist, heç gülmür və güvənilən biri deyil kimi ifadələri çox eşitmişik. Çünki iş yerlərində mənfi tərəflər ön plana çıxar və ətrafdakılar tərəfindən danışılmağa başlanar. İş yoldaşlarınızla qurduğunuz münasibətlər və xoş ünsiyyətiniz də kariyera yolçuluğunuzda sizin haqqınızda xoş sözlər deyilməsinə səbəb olar. Son olaraq unutmayın. Gəncliyimizdə düşüncələrimizi formalaşdıran bütün mövzular sevgi ilə əlaqəlidir. Sonra isə bütün sevgimiz düşüncəmiz olur.

Dr. Eldar Kərimov

islamveirfan

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 6 dəfə.

Müşfiq Xəlilov

Read Previous

TÜRKİYƏDƏN AZƏRBAYCANA NÖVBƏTİ DƏSTƏK NÜMAYİŞİ

Read Next

Hər haqsızlıq zülmdür