• 18 Oktyabr 2019

Cümə günü və namazı.

Əziz müsəlmanlar! Bu günkü xütbəmizin  mövzusu cümə günü və namazı haqqında olacaqdır.

Uca Allah Qurani-Kərimdə öz ismiylə yad etdiyi Cümə surəsinin doqquz və onuncu ayələrində  cümə günü və namazın əhəmiyyətini bildirərək belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman  Allahı zikr etməyə tələsin və alış – verişi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! ( Yenə öz işinizə qayıdın! )  Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!

Sevimli Peyğəmbərimiz də (səs) cümə namazı haqqında belə buyurur:

“Əzanı eşidən hər kəsə cümə namazını qılmaq fərzdir.”[1]

“Cümə namazını cəmaatla qılmaq hər müsəlmanın üzərinə fərzdir. Ancaq bu dört sinif, yəni kölə, qadın, həddi buluğa çatmamış uşaq və xəstə olan kimsələr müstəsna.”[2]

Əziz müsəlmanlar! Demək ki, Qurani-Kərimin bu açıq ifadələrinə, Rəsulullahın (səs) bu hədisi şəriflərinə görə, Cümə namazını qılmaq Uca Allahın qəti əmridir. Bu baxımdan ağıllı,  azad, kişi olan və xəstə olmayan hər bir müsəlmana cümə namazı qılmaq fərzdir. Bu şərtləri daşıdığı halda cümə namazını qılmayan kimsə günahkardır.

Allahın Rəsulu (səs) digər bir hədisi-şərifində isə belə buyurur:

“Bəzi kimsələr, ya Cümələri tərketməkdən vaz keçsinlər, ya da Uca Allah, onların qəlblərinə mütləq möhür vuracaqdır. Sonra da onlar qafillərdən olacaqdır.”[3]

“Heç bir məqbul üzürü olmadığı halda Cümə namazını tərk edən kimsə, silinməyən və dəyişdirilməyən kitabda münafiq olaraq yazılır.”[4]

Görüldüyü kimi yuxarıdakı ayə və hədisi şəriflər Cümə namazının nə qədər əhəmiyyətli olduğunu  açıq bir şəkilşdə ifadə etməkdədir.

Cümə gününün və namazını fəzilətinə dair diğər hədisi şəriflərdə isə Rəsulullah (səs) belə buyurur:

Güməşin doğduğu  günlərin ən xeyirlisi Cümə günüdür.”[5]

“Bir kimsə, gözəl bir şəkildə abdəst aldıqdan sonra Cüməyə gələr və xütbəni susaraq dinləyərsə, o kimsəinin üç gün də artıqlamasıyla, bu Cümədən digər cüməyə qədər olan vaxt içərisindəki günahları bağışlanır.”[6]

Əziz möminlər, heç bir zaman unutmayaq ki, Cümə günü bütün günlərin əfəndisi və ən ulusudur. Cümə günündə elə bir saat vardır ki, bu saatda Uca Allaha edilən dualar mütləq qəbul olunur və əsla rəd olunmaz.

Cümə günü möminlərin bayramıdır. Cümə günü həccə getməyə imkanı olmayan möminləin həccidir. Cümə günü Cənabı Haqqın rəhmət və məğfirətinin coşub daşdığı bir gündür.

Xülasə Cümə günü, fəzilət və əzəmət yönündən saymaqla qurtarmayacaq qədər  böyük və müstəsna bir gündür.

Hər bir müsəlman, Cümə günü madi və mənəvi təmizliklər etməli, təmiz paltar geyməli, və gözəl qoxular vuraraq namaza gəlməlidir. Daha sonra sakit və diqqətli bir şəkildə xütbəni dinləməlidir. Yoxsullara imkan daxilində sədəqə verməli və beləlilkə  bu günün bayram olduğunu onlara da his etdirməlidir.

Son olaraq Hz Peyğəmbərin (səs) Cümə namazının əhəmiyyətinə dair söyləmiş olduğu   hədisi-şərifi təkrar oxuyaraq xütbəmi yekunlaşdırıram:

Allah Rəsulu (səs) belə buyurur:

“Bəzi kimsələr, ya Cümələri tərk etməkdən vaz keçsinlər, ya da Uca Allah, onların qəlblərinə mütləq möhür vurucaqdır. Sonra da onlar qafillərdən olacaqdır.”[7]

8. İyul  2011 / 7  Şaban  1432


[1] Əbu Davud, Darəktuni, ət-Tac, c. 1, s. 275.

[2] Əbu Davud, Beyhaki, Hakimc, ət-Tac, c. 1, s. 274.

[3] Müslim, Riyazüssalihin və Tərc., c ıı, s. 441.

[4] Şafii, ət-Tac, c. ı. S. 274.

[5] Müslim, Əbu Dabud, Tirmizi, Nəsai, ər-Tac, c. I, s. 272.

[6] Müslim, Riyazüssalihin və Tərc., r. ıı, s. 440.

[7] Müslim, Riyazüssalihin və Tərc., c ıı, s. 441.

      Cuma ve gunu ve namazi

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 695 dəfə.

Müşfiq Xəlilov

Read Previous

İslamda Borc.

Read Next

DANIŞMAQ ƏDƏBİ

One Comment

  • uca Allah subhankə və təala SİZLƏRDƏN RAZI OLSUN.

Leave a Reply to hidayət A. Cancel reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.