• 28 Mart 2024

Dalğa okean sahilində istirahət edən tələbələri apardı

53804

Portuqaliyada okean sahilində istirahət edən tələbələri dalğa aparıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Lissabonun cənubunda okean sahilində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfərin taleyi haqqında məlumat yoxdur.

Lissabon universitetlərindən birində oxuyan tələbələr Setubal yarımadasında, Sezimbra şəhəri yaxınlığında villa icarəyə götürüblər. Yerli hökümət nümayəndlərinin sözlərinə görə, gənclər okeanın sahilində olarkən hündür dalğa onları okeana aparıb.

Zərərçəkmişlərdən biri sahilə qədər üzüb və köməyə çağırıb. Xilasedicilər sudan 1 nəfər tələbənin meyidini çıxarıb. Qalan tələbələrin axtarışı davam edir. Əməliyyata hərbi helikopter də cəlb edilib.

Mənbə: ANS PRESS

Read Previous

Fransada hicaba icazə veriləcək? (VİDEO)

Read Next

Səlim Müslümov: “182 manata görə o boyda məsuliyyətin altına girməyə dəyərmi?” (VİDEO)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.