• 19 Mart 2024

Din qardaşının xətasını görənlər nə etməlidir?

gunahlari terketmekİmam Şafi (rəhmətullahi aleyh) buyurur:
“Əgər qardaşına gizlicə, ixlas və şirin bir dillə nəsihət etsən, həqiqətən nəsihət etmiş olarsan. Əgər hər kəsin içində diqqətsizcə qüsurunu üzünə vursan, onu yıxmış olarsan və ya arsız edərsən.”
Möminlərin bir-birlərinə kömək edərək xeyr işlərdə yarışmaları, İslam qardaşlığının təməllərini təşkil edir. Cənabi-Haqq belə buyurur:
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Əl-Maidə, 2)
Möminlər olaraq həm özümüz xeyr işlər görməli, həm də qısqanclıq və həsəd kimi pis duyğuları bir kənara buraxaraq din qardaşlarımızın də xeyr işlər görmələri üçün onlara köməkçi olmalıyıq, yol göstərməliyik.
Cənabi-Haqq buyurur:
“…(Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!! ..” (Əl-Bəqərə, 148)
“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.” (Ali-İmran, 133)
Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurur:
“İnsanlardan elələri vardır ki, onlar xeyir işlərə açar, şər işlərə isə kilid kimidirlər. Elələri də vardır ki, şər işlərə açar, xeyir işlərə kilit kimidirlər. Allahın, əllərinə xeyrin açarlarını verdiyi kəslər nə xoşbəxtdirlər! Allahın, şərrin açarlarını əllərinə verdiyi kəslərə də təəssüflər olsun! “(İbn-i Macə, Müqəddimə, 19)
Digər tərəfdən möminlər, bir-birlərini ədəbli və əxlaqlı olmağa da təşviq etməlidirlər. Bir mömin, din qardaşının bir səhvini gördüyündə, ona yumşaq bir üslub və münasib bir dil ilə nəsihət edib səhvini düzəltməsinə köməklik göstərməlidir.
Bir müsəlman, din qardaşını günah işləyərkən və ya günah işləməyə meyletdirici məkanlarda görərsə, ondan dərhal üz çevirməməli, əksinə içinə düşdüyü bu vəziyyətdən onu qurtarmaq üçün əlindən gələn səyi göstərməlidir. Çünki, belə bir vəziyyətdə olan birisinin dostlarının köməyinə daha çox ehtiyacı vardır.
Bu xüsusdakı gözəl bir misalı Yezid bin Esam belə izah edir:
“Şam əhlindən, güclü-qüvvətli, nüfuz sahibi bir kimsə var idi. Tez-tez Həzrəti Ömər (ra)-ın yanına gələrdi. Bir müddət hz. Ömər (radıyallahu anh) o kimsəni görə bilmədi. Ətrafındakılara:
«-Falan Şəxs nə edir, artıq görünməz oldu?» Deyə soruşdu.
«-Ey Möminlərin Əmri! O içkiyə qurşanmışdır. »Dedilər.
Həzrəti Ömər (radıyallahu anh-) dərhal katibini çağırıb:
“-Yaz! Ömər bin Xəttabdan filan kimsəyə. Sənə salam olsun! Özündən başqa heç bir tanrı olmayan, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli və ehsanı bol olan Allaha həmd edirəm. Ondan başqa heç bir tanrı yoxdur, dönüş də Onadır!” Dedi.
Həzrəti-i Ömər -radıyallahu anh- məktubu yazdırdıqdan sonra yoldaşlarına dönərək:
“-Qardaşınızın Allaha yönəlməsi və Allahın da tövbəsini qəbul buyurması üçün dua edin!” Dedi.
O şəxs Həzrəti-i Ömərin məktubunu alınca; “Allah, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan…” cümləsini təkrar təkrar oxudu:
“Allah məni həm əzabı ilə qorxutmuş, həm də günahlarımı bağışlayacağını vəd etmiş.” Deyərək ağladı və gözəlcə tövbə etdi. Həzrəti Ömər (radıyallahu anh) bunu xəbər alan kimi yoldaşlarına:
“Sizlər də belə edin! Bir qardaşınızın yoldan çıxdığını, günaha batdığını gördükdə onu doğru yola gətirməyə, Allahın əfvinə güvendirməyə çalışın. Tövbəsinin qəbul olunması üçün də Allaha dua edin. Ona bəddua edərək onun əleyhində şeytana köməkçi olmayın!” Dedi.” (İbn-i Kəsir, Təfsir, IV, 76; Əbu Nuaym, Hilyə, IV, 97-98)
Əbu Zər (radıyallahu anh) belə deyir:
“Qardaşın halını pozduğu zaman, onu sevdiyin tərəfindən tutaraq xəbərdar et!”
Bir qardaşımız istiqamətini pozduğu zaman, ondan əlaqəmizi kəsməyib onu söhbətlərə gətirə bilsək, onun düzəlmə ehtimalı daha da qüvvətlənər. Bunun əksinə olaraq onunla əlaqə kəsilərsə, o adam da günahında israr edər və tamamilə uzaqlaşmış olar. Bizlər də qardaşlıq vəzifəmizi yerinə yetirməmiş olarıq.

Read Previous

Uşaqlarımıza namaz necə sevdirilməlidir?

Read Next

Peyğəmbərimiz (səv)-i tanımağın ən feyizli yolu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.