• 19 Aprel 2024

Dində sol əl ilə yemək günahdırmı?

Əvvəlcə, bu barədə peyğəmbərimizdən (s) rəvayət olunan hədislərə nəzərə salaq. 

Ömər bin əbu Sələmə rəvayət edir ki: “Mən Rəsulullahın tərbiyəsində böyüyən bir uşaq idim. Yemək yeyərkən əlimi boşqabın hər tərəfində gəzdirməyə vərdiş etmişdim. Bir gün Peyğəmbər (s) mənə belə dedi: “Oğlum! Allahın adını zikr et, sağ əlinlə və yalnız qarşından ye””. 

Digər bir hədisində Məhəmməd peyğəmbər (s) buyurub: “Əsla sol əlinizlə yeyib-içməyin. Çünki şeytan sol əli ilə yeyib-içər”.

Başqa bir hədisdə peyğənbərimizin dilindən deyilir: “Sağ əlinizlə yeyin, sağ əlinizlə için. Bir şey verdiyiniz zaman sağ əlinizlə verin, bir şey aldığınız zaman da sağ əlinizlə alın”.

Bu hədislərdən belə nəticə çıxara bilərik:

Hədislərdən də göründüyü kimi, Rəsulullah (s) bizə yemək yeyərkən sağ əllə yeməyimizi tövsiyə edir. İslamda sağ  əllə yemək, sol əllə yeməmək ədəb qaydalarından hesab edilir.

Bu barədə  İslam alimlərinin fikirlərinə müraciət etmək yerinə  düşər.

Şafei alimlərinin bir çoxu sağ əllə yeməyin məndub olduğunu söyləyiblər. İmam Qəzali və İmam Nəvəvi də bu haqda belə hökm veriblər.  Ancaq İmam Şafei özünü “Risalə” kitabında bunun “vacib” olduğunu deyib.

İbn Ərəbi Şeytana nisbət edilən bütün əməllərin haram oluğunu deyib.

İmam Qürtubi də sağ əllə yeməyin məndub olduğunu deyir.

Bütün bu deyilənlərdən sonra sağ əllə yeməyin peyğəmbərimizin (s) bir sünnəsi olduğunu və bu məsələdə çox həssas davrandığını görürük. Bu səbəbdən də sağ  əllə yeməyə daha çox vərdiş etməliyik

 

Read Previous

Haram ay nə deməkdir?

Read Next

Namaz qılan bir insanın bankda işləməsi gunahdırmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.