• 16 Aprel 2024

Dindarlara “iPhone” qadağası

1347840714_apple-iphone-5-review-0579610x407[1]

İsrailin Brey Brak şəhərində Lior Qrazer adlı ravvin “iPhone”dən istifadə etmənin günah olduğunu bildirərək “iPhone sındırmaq mərasimi” təşkil edib. Din xadimi, bu cihazdan istifadə edən dindarların iyrənc və nifrətə layiq insanlar olduğunu deyib.

Ölkəsində “Dürüstlük moizəçisi” kimi məşhur olan Lior Qrazer açıqlamaları ilə kifayətlənməyərək məhəllə sinaqoqunda “əxlaqi hərəkət” mövzusunda moizə oxuyub və kürsünün üstünə qoyduğu iPhone-nu çəkiclə sındırıb.

Xatırladaq ki, daha əvvəl də bəzi yəhudi din xadimləri çox funksiyalı mobil telefonları pisləyən bəyanlar yaymış, bu fikirlərini başda pornoqrafiya olmaqla bir çox günah əməlin bu telefonlarla mümkün olması ilə açıqlamışdılar.

Son hadisə isə ölkə ictimaiyyəti arasında bu barədə mübahisələri yenidən alovlandırıb./anspress/

Read Previous

Tabut texnologiyasında böyük yenilik!

Read Next

Zaman – Namaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.