• 28 Mart 2024

Direktorların nəzərinə (VideoÇarx)

48319

Təhsil Nazirliyihnin təlimləri gələn il yanvar ayının 21-dən başlayaraq 3 ay ərzində davam edəcək.

Zülfiyyə Veysova 9 ildir ki, Bakı Avropa liseyinin direktoru vəzifəsində çalışır. 33 illik pedoqoji təcrübəsi olan Zülfiyyə xanım şagirdlərin içində olmaqla onların hər biri ilə maraqlanır və diqqət qayğı göstərir. Məktəbdə olduğu günün bir hissəsini də müavinləri ilə iclaslar keçirib günlük, həftəlik, illik planlarını quran Zülfiyyə Veysova öz kadrlarına etibar edir. Bu isə elə müasir təhsilin tələb etdiyi idarəçilik sistemidir. Şagirdlərin də idarə etmədə iştirakını vacib sayan Zülfiyyə Veysova bunun üçün xüsusi uşaq təşkilatı da y

aradıb. Onun sözlərinə görə demokratik məktəbdə demokratik idarəetmə olmalıdır. Amma təəssüf ki, bu gün bəzi direktorlar daha çox avtoritarlıqla məktəbi idarə etməyə çalışırlar.

Uzun illərdir pedoqoji fəaliyyətlə məşğul olan Təhsil şurasının sədri Əjdər Ağayev bu günün təhsil sistemində kifayət qədər dəyişikliklər olduğunu amma direktorların iş prinsipində heç bir dəyişikliyin olmadığını deyir. Onun sözərinə görə 20-25 il əvvəl direktor ən azı 5 il pedoqoji təcrübəsi olan və idarəetmə qabiliyyətinə malik ixtisasını gözəl bilən şəxslər olurdusa, son ildə bu kimi meyarlar nəzərə alınmadı.

Məktəblərin sayının artması bu vəzifəyə təsadüfi təyin olunanların da ortaya çıxardı. Hansı ki, heç bir il də müəllimlik fəaliyyəti olmayan bu şəxslər məktədbi idarə edə bilməməklə yanaşı təhsilin keyfiyyətinin də aşağı düşməsinə səbəb oldular. Amma prezident İlham Əliyevin Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyasının imzalaması bu sahəyə də diqqəti artırdı. Çünki strategiyada nəzərdə tutulan 5 istiqamətdən biri də məhz məktəbin idarə edilməsi işinin təşkil edilməsidir. Bu strategiyada da nəzərdə tutulduğu kimi direktor bir sıra xüsusiyyətlərə malik olmalıdır.

Təhsil Şurasının sədri, Əjdər Ağayev: “Pedoqoji prosesi bilməlidir. Hardansa gəlib məktəb direktoru olmaq caiz deyil. Tədrisi bilməlidir pedoqoji təhsilli olmalıdır. İqtisadi siyasi məsələlər bilməlidir. Beynəlxalq daxili əlaqələri yaradan- yəni menecerlik qabiliyyətinə malik olan insanlar direktor olmalıdır”.

Məhz buna görə də artıq Təhsil Nazirliyi planlar həyata keçirməyə balayıb. Gələn aydan direktorlar üçün kurslar təşkil olunacaq. Nazirliyin təhsilin keyfiyyətinin qiymətləndirilməsi sekt

orunun müdiri Emin Nəsrullayev deyir bu təlimlər ehtiyat kardların hazırlanması və mövcud direktorarın səriştəsini daha da artırmaq məqsədi daşıyır. Təlimlər pilot xarakter daşıdığı üçün ilk olaraq Bakı məktəblərini əhatə edəcək. Artıq sənəd qəbuluna başlanılıb. Müsabiqə 3 mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə minimal 5 il pedaqoji təcrübəsi olan namizədlər Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki elan edilmiş müsabiqəyə qoşulmalıdırlar.

Təlimlər gələn il yanvar ayının 21-dən başlayaraq 3 ay ərzində davam edəcək. Sonda Nazirlik tərəfindən yekun qiymətləndirmə aparılaraq müəyyən nəticələr əldə etmiş şəxslərə uğur sertifikatı veriləcək.

Mənbə: ANS TV

Read Previous

Cənub qaz dəhlizi ilə bağlı ilk saziş imzalandı

Read Next

SURİYADA QORXUNC BOMBALAMA NƏTİCƏSİNDƏ 240 UŞAQ OLMAQLA BƏRABƏR 1179 NƏFƏRİN HƏYATINI İTİRDİYİ BİLDİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.