• 29 Mart 2024

Doğru və dürüst olmaq

42152844166748924082846
Əziz müsəlmanlar! insanın qiyməti söylədiyi söz və etdikləri əməlləri ilə ölçülür. Bir insanın sözü özünə, özü sözünə və əməllərinə uyğun gəlirsə, o insan dürüst və doğru bir insandır. Bu yüksək xususiyyətə sahib olan kimsə hər kəs tərəfindən etibarlı və güvənilən bir insan kimi tanınır. Onun, hər imanlı könüldə sevgiləri olur və hər kəs tərəfindən sevilib hörmət göstərilir. Çünki bu insanlar Peyğəmbərlərin sifətlərindən olan sidq (sözündə və işində doğru olmaq) sifətini daşıyır.
Doğruluq insanı xoşbəxt və bəxtiyar etdiyi kimi, doğruluğun ziddi olan yalançılıq, sözündə və işində doğru olmamaq da, insanı o nisbətdə bədbəxt və pərişan edər. Bunun üçün dinimiz İslam, doğru olmağı mədh edib övmüş, yalançılığın da çirkin bir xususiyyət olduğunu açıq bir şəkildə ifadə etmişdir.
Fərtləri yalançı və saxtakar olan bir cəmiyyət, özünü fəlakət və müsibətlərdən qurtara bilməz.Yalançılığın və saxtakarlığın hökm sürdüyü bir cəmiyyətdə rahatlıq, əminamanlıq, huzur və səadət yoxdur. Yalançılıq insanı cənnətdən uzaqlaşdıraraq cəhənnəmə yaxınlaşdıran pis bir xəstəlikdir. Yalançılıq Müsəlmanı Hz. Peyğəmbərdən ayıran, Peyğəmbərimizdən olma şərəfini itirən bir haldır. Necəki, Peyğəmbərimiz (səs) من غشنا فليس منا “Bizi aldadan bizdən deyildir” buyurmaqdadır.
Dilindən heç vaxt yalan əksik olmayan, alış verişdə, ticarətdə hər cür hiyləni işlədən, dinə və dindarlara hucum edən, haq və huquq nədir bilməyən, zəyiflərin haqqını alan, gücünə güvənib müsəlmanlara zülm edən bir kimsə; mən doğruyam, mən haq yoldayam deməklə heç vaxt özünə bəraət qazandıra bilməz. Bu düşüncədə olan kimsələr bu sözləri ilə yalançı olduqlarını bir daha subut edirlər. Çünki, doğru olmadıqları halda doğru olduqlarını iddia edirlər.
Əziz möminlər! Doğruluq və dürüstlük Allahın əmr etdiyi şəkildə olduğu zaman doğruluq sayılmaqdadır. Yoxsa hər kəsin arzusuna və idialına görə doğruluq anlayışı məqbul deyildir. Əks halda Firavun tipli insanların, Əbu Cəhil və Əbu Ləhəblərin, dinə və imana hucum edən əhli küfrün də doğru olmaları gərəkirdi.
Hz. Peyğəmbər (səs) bir kəlamında “Məni hud surəsi qocaltdı” buyurmasına səbəb, bu surədəki “Əmr olunduğu kimi (düz) yolda ol.” ayəsidir. Demək ki, doğruluq düşündüyümüz kimi deyil, əmr olunduğumuz kimidir. Bəli İslamda doğruluğun əsası budur. Necəki hər bir mömin beş vaxt namazın hər rəkatında oxuduğu Fatiha surəsinin اهد نا الصراط المستقيم “Bizi doğru yola yönəlt!” ayəsi bu doğruluğu qəsd edər.
Allahın rəhməti, Rəsulullahın şəfaəti doğru olanların üzərinədir. Doğru yoldan azanlara, haqqı batili ayırmayanlara, nəfis və şeytana qul olanlara Allah da acımaz Rəsulullah da. Doğruluq insanı səlamətə, yalançılıq isə fəlakətə aparır. Bunun üçün Peyğəmbərimiz (səs) bir Hədisi-Şərifində belə buyurur: “Doğruluqdan ayrılmayın. Çünki doğruluq insanı yaxşılığa, yaxşılıqda cənntə aparır. Qul doğruluqdan ayrılmayınca Allah da ondan ayrılmaz. Yalandan hökmən çəkinin! Çünki, yalan insanı doğru yoldan azdırır və onu cəhənnəmə aparır. Yalan ilə imanın bir yerdə olması mümkün deyildir. İnsan yalançılığı buraxmayınca həqiqi mömin ola bilməz.”
Uca Allah sözündə və işində doğrıu olanları belə təsvir edər: “Şüphəsiz ki: “Rəbbimiz Allahdır!” deyənlərin, sonrada doğru yolda olanların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri yaxşı əməllərin əvəzi olaraq orada qalacaqlar.” “Şüphəsizki: “Rəbbimiz Allahdır!” deyən sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!”
Əziz möminlər! Btün bunlarla yanaşı həqiqi müsəlman sözündə əməlində doğru olmaqla bərabər doğru və sadiq insanarla bərabər olmağa diqqət yetirəndir. Necəki Uca Allah belə buyurur:
“Ey iman edənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla bərabər olun!”

28 Fevral 2014 / 28 R. Axır 1435

Read Previous

QƏBİRSTANLIQDA BAŞDAŞI QADAĞASI

Read Next

DOĞRULUQ (GÖRÜNTÜLÜ XÜTBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.