• 19 Aprel 2024

DÖRD AYDA HAFİZ OLDU, BÖYÜK HƏDİYYƏ QAZANDI

87653_darica----da-hafizligini-bitiren-hafize-umre-odulu-gerceklestirildi-Türkiyə cümhuriyyəti Kocaeli Rayonu Darıca qəsəbə Müftülüyünün “Akminare” Qız Quran kursunda 2012-2013 təhsil-tədris ilində 4 ayda hafizlik təhsilini tamamlayaraq, Diyanət İşləri Başkanlığında keçirilən imtahan nəticəsində “hafizlik diplomu” almağa haqq qazanan Merve YILMAZ, Darıca Müftiliyi tərəfindən Ümrə ilə mükafatlandırıldı.

Akminare Qız Quran Kursu tələbəsi Merve Yılmaz, 2 ildə tamamlaması düşünülən hafizliyini 4 ayda bitirdi. Müvəffəqiyyəti ilə göz dolduran Mərvə, eyni il içində hafizlik imtahanını da müvəffəqiyyətlə keçdi. Müftilik, müvəffəqiyyətli şagirdi ümrə ilə mükafatlandırdı.

Darıca qəsəbə Müftüsü; hafızlığın bitirdiyi zaman Ümrə ilə hədiyyələndiriləcəyini söylədiyi Merve Yılmazın 01/01/2014 tarixində Darıcadan Müqəddəs torpaqlara uğurlandığını 15/01/2014 tarixində Ölkəmizə döndüyünü xəbər vermişdir.

Müftü: “Hafizlik, bu dünyadakı heç bir mövqe və vəzifə ilə müqayisə edilə bilməyəcək dərəcədə çox böyük bir nemətdir. Hafizlik tacını geyən Hafizimizə verilə biləcək ən böyük hədiyyənin ümrə olduğunu düşündük. Hafizimizi Rasüllullah’ın hüzuruna göndərərək, hafizlik məsuliyyətini heç unutmayacaq bir mükafat ilə mükafatlandırmağı uyğun gördük” dedi.

Hafiz Merve YILMAZ: “Başda Müftümüz Remzi bəy olmaqla Ümrəyə getməyimdə əməyi olan hər kəsə çox təşəkkür edirəm. Söyləyəcək söz tapa bilmirəm. Allah onlardan razı olsun. Allah bütün qardaşlarımıza müqəddəs torpaqlara getməyi nəsib etsin” deyə bildirdi.

mənbə:

dinihaberler.com

Read Previous

Sual: Namazda Qurani-kərimi kitabdan oxumaq olarmı, namazı batil edərmi? Məsələn, bir kimsə namazda uzun-uzadı Qurani-kərim tilavət etmək istəsə bunu edə bilərmi?

Read Next

DÜNYA XALQLARINDAN SALAMLAŞMA NÜMUNƏLƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.