• 24 Avqust 2019

Dua edərkən diqqət ediləcək 10 xüsus

Duanın məqbul olunması üçün bəzi ədəb qaydaları vardır. Sufilərə görə bunun ən önəmli şərti  qəlbin sükunətidir.   Çünki Allah Təalanın, qəflət içində edilən duanın qəbul etməyəcəyinə inanılır. Duanın qəbul olunmasının başqa bir şərti də halal loxmadır.  İmam Qəzəli Əl-İhya Adlı əsərinin dua  ədəbi bölməsində bu şərtlərə belə təmas etmişdir.

  • Dəyərli vaxtları axtarmaq; Dua üçün bəlli bir zaman olmamaqla birlikdə müəyyən vaxtlar vardır ki, bu vaxtlarda duaların qəbul olunacağına dair nass (Dəlil) varid olmuşdur. Ərəfə günləri, Ramazan ayı, Cuma və qəndil gecələriylə səhər vaxtları bu timsaldandır
  • Dəyərli hallardan faydalanmaq; Oruc, Cihad, yağış yağması kimi bərəkətli vaxtların olduğu dəmlər, dua üçün təşviq edilən zamanlardır.
  • Qibləyə dönərək əlləri qaldırıb dua etmək: “Rəbbiniz; qulları əllərini qaldırıb ondan bir şey istədikləri zaman onları boş geri çevirməkdən həya edər” buyurulmuşdur (Tirmizi, Ebu Davud)
  • Duanı gizlicə yəni qışqırıb-bağırmadan etmək; Belə ki, Rəsulullah;  “Sizin dua ettiyiniz nə qeyibdir nə də kar. Sizin dua etdiyiniz sizinlə atlarınızın boynu arasındadır. Yəni yanınızdadır.” (Buxari və Müslim) buyurduğu gimi Allah Təala da: “Rabbinizə könüldən ve gizlicə dua edin!” (əl-Araf, 7/55) buyurur.
  • Duada qeyri səmimi ifadələrdən çəkinmək; Dua edən kimsə göstərişdən uzaq duraraq ixlas və səmimi sözlərlə Rəbbinə iltica edərsə Allah bundan daha çox razı qalar
  • Allahdan çəkinərək və qəbulunu umaraq dua etmək; …Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (əl-Ənbiya, 21/90) buyurulmaqdadır.
  • Allaha qarşı duanın qəbul olması barəsində hüsn-zənn bəsləmək. Həzrəti Peyğəmbər belə buyurmuşdur. “Dua  etdiyiniz zaman qəbul olunacağına inanaraq dua edin. Bilmiş olun ki, qəflətlə olunan duaları Allah qəbul etməz” (Tirmizi)
  • Dua etməkdə israr və davamlılıq; Peyğəmbər əfəndimiz belə buyurur:  “Dua etdim, Allah qəbul etmədi”-deyə tələsmədiyiniz  müddətcə, Allah sizin dualarınızı qəbul edər. (Buxarı)
  • Duaya başlayarkən Allahın adını çəkərək başlamaq.
  • Duanın batini şərtlərinə uymaq: Duaların məqbulə keçməsi üçün tövbə, haq sahibləriylə halallaşmaq kimi batini şərtlərinə diqqət etmək, dualarımızın Allah dərgahında qəbulunu asanlaşdırar.

Bu şərtləri ehtiva edən bir dua,  könül qapılarını da, səma qapılarını da Allahın izniylə açacaqdır.

Mənbə: islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 231 dəfə.

Tərlan Lətifov

Read Previous

Duası qəbul olanlar

Read Next

ƏXLAQ HAQQINDA PEYĞƏMBƏR ƏFƏNDİMİZİN (SƏS) HƏDİSLƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.