• 19 Mart 2024

Dünya müsəlman alimlər birliyindən müsəlmanlara tarixi çağrı: “Türkiyənin ətrafında birləşin”

Dünya Müsəlman Alimlər Birliyi, Hollandiyanın, Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə Ailə və Sosial Politikalar naziri Fatma Betül Sayan Kayaya yönəlmiş skandal rəftarını və buna etiraz edən Türk vətəndaşlarına “sərt müdaxiləsini” qınadı.
Birlikdən verilən yazılı açıqlamada, Hollandiyanın ölkə sakinlərinə, Türk siyasətçiləri və Türkiyəyə qarşı mövqeyinin “siyasi və əxlaqi olaraq qəbul edilə bilməz” olduğu vurğulandı. Bütün bu hərəkətlər “Türkiyənin daxili işlərinə müdaxilə və müstəqil Türk seçicisinin qərarına təsir göstərmə” olaraq qiymətləndirildi.
Türk siyasilərinin, fərqli ölkələrdə yaşayan vətəndaşları ilə bir araya gəlmə və milli məsələlərə dair fikir mübadiləsi etmə haqqı olduğu vurğulanan açıqlamada, “Ərəb və Müsəlman dünyası ilə müstəqil dünya ölkələrinin, vətəndaşlarının siyasətçilərlə bir araya gələ bilməsi, vətəndaşlarının yaşadığı ölkələrdə fikirlərini sərbəst ifadə etməsi çərçivəsində Türkiyənin yanında yer alması lazımdır.” İfadəsinə yer verildi.
Qərb dünyasında hakim olan irqçi düşüncələr və fəaliyyətlər mövzusunda xəbərdarlıq edilən açıqlamada bu rəftarın, Müsəlman və Ərəb hökumətləri ilə xalqlarına qarşı təxribata səbəb olduğu, dünya sülhünə zərər verdiyi vurğulandı. Ayrıca birlik tərəfindən prezident Ərdoğana tam dəstək verildiyi ifadə edilərkən, Müsəlman xalqlara da Türkiyə ətrafında birləşmələri üçün səslənildi.

Mənbə:Türkiyə qəzeti

Read Previous

Erməninin müsəlman olması

Read Next

Danışarkən nələrə diqqət etməliyik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.