• 25 Avqust 2019

Dünyada ən çox yayılmış 10 din və xüsusiyyətləri

yaygin_dinler10. ŞİNTOİZM

4 milyon camaatı ilə ŞİNTOİZM Yaponiyanın yerli dinidir. Əvvəllər isə Yaponiyanın rəsmi dini qəbul edilirdi.
Şintoizm’in hər hansı bir qurucusu olmamaqla birlikdə tarixi M.Ö.VII əsrə qədər gedəbilir. ŞİNTOİZM digər dinlərə qarşı olduqca tolerand bir dindir.
Bu dinin başlıca əsasları milli bir din olması və təbiətə sitayiş etməyə əhəmiyyət verməsidir. İnanclarına görə bir-birləriylə həm ər-arvad, həm də qardaş olan Göy ilə Yer Tanrısı, Yapon adalarını meydana gətirmişdir.
Bu iki ilah inancı ətrafında gəzən başqa Tanrı inancları da vardır. Deyilənlərə görə Yaponiya da 8.000.000 ilah vardır.

9- CAİNİZM (JAİNİSM)

4.2 milyon camaatı ilə bu gün Hindistanda azlıq olmaqla birlikdə ABŞ, Qərbi Avropa və Afrikada böyüyən birliklər halında varlığını davam etdirməkdə olan Cənubi Asiya mənşəli bir din və fəlsəfədir.
Təxminən e.ə. 500-cü illərdə Hindistanda başlamışdır. Qurucusu, Nataputta Vardamanaya digər adıyla Mahavirdir. Müqəddəs mətnləri isə “Ain Agamaları Sidantalar” dır.
Ruhani azadlıq və qurtuluş anlayışı əsasında qurulmuş olan Cainizm bütün canlıların bərabər olduğunu və xüsusilə şiddət qarşıtlığını müdafiə edir.
Hər insan hərəkətlərindən məsuldur və hər canlı ölümsüz və sonsuz bir ruha malikdir. Bu ruh həyatın ruhani təbiətinə uyğun və hörmətli şəkildə, doğru yaşamağımızı, düşünməyimizi və hərəkət etməyimizi təmin edir.

8-KONFÜÇYÜSÇÜLÜK

6.4 milyon mənsubu var. Köhnə bir Çin əxlaqı və Çin fəlsəfəsi sistemi olub başlanğıcda Konfutsinin təlimlərindən yola çıxaraq inkişaf etmişdir.
Konfüçyüsçülük: əxlaq, ictimai, siyasi, fəlsəfi və sözdə dini düşüncələrdən ibarət olan kompleks bir sistem olub Şərqi Asiyanın mədəniyyəti və tarixi üzərində də böyük təsiri olmuşdur.
Konfutsi, yeni bir din qurmamış, Çinin köhnə dini anlayışını yaşatmağa çalışmışdır.

Bu səbəblə o uca bir varlıq olaraq, Taoyu qəbul etməklə birlikdə, əvvəlkilərin həyat, ölüm, dinclik, şərəf kimi dəyərlərin qaynağı olaraq gördükləri və ‘Şang-ti’ deyə adlandırdıqları ‘Tien”i mənimsəmişdir.
Konfüçyüsçülük, Çində alimlər, yazıçılar, yüksək məmurlar, şahzadələr və imperatorluq ailəsi tərəfindən din olaraq qəbul edilmişdir.
E.ə. 140-ci ildən başlayaraq 1912-ci ilə qədər dövlət dini olaraq tanınmışdır. Hal-hazırda Çində buddizm və Taoizmlə birlikdə rəsmi xüsusiyyətə sahib bir dindir.

7- Bəhailik

19. əsrdə doğulmuş, dünyanın demək olar ki, bütün ölkələrində mənsubu olan bir dindir. Dünya vətəndaşlığı ideyasına sahib bir inanc olub dünyada 5 milyondan çox mənsubu var.
Bahai tarixi, 1844-cü ildə Babın (Seyyid Əli Məhəmməd) yeni bir çağın gəlməkdə olduğunu və yeni bir Peyğəmbərin gələcəyini elan etməsiylə başlayır. Bahailiğin qurucusu, ləqəbi Bahaullah olan Mirzə Hüseyn Əlidir.
Özünün bütün müsəlman aləminin gözlədiyi adam olan “Qaim”, “Mehdi” olduğunu elan edir.
Bu hadisələr və onun köhnə dini quruluşa görə çox yenilikçi və radikal fikirləri ortaya qoyması üzündən İranda işgəncələrə və təzyiqlərə məruz qaldı. Beləcə Bab güllələndi.
Babın ölümündən sonra Babilərə Mirzə Hüseyn Əli (Bahaullah) liderlik etdi. Bahailikdə dua, namaz və oruc kimi qanunlar var. Namaz, fərdi edilən bir sitayişdir və camaatla namaz yoxdur. 2-21 Mart tarixləri arasında Müqəddəs Sayı 19-dan ibarət 1 Bahai Ayı müddətində oruc tutulur.
Dua, namaz, oruc fərdin öz sorumluğundadır, əsas məqsədi yaşama mövzusunda onu meditasyona yönəltmək, xarakterini düzəltməsinə yol göstərməkdir.
Bəhailik, dünyada bəzi ölkədə rəsmi din olaraq tanınmaqla birlikdə bəzi yerlərdə xoş qarşılanmamaqdadır. Xüsusilə hələ də İranda olan bəhailər dövlət xidməti və universitet təhsilindən məhrum qalmaqdadırlar.

6- MUSƏVİLİK

Yaşayan ilahi mənşəli dinlər arasında mənsubu ən az olan tək tanrılı dindir. Zamanımızda yer üzündə təxminən 14 milyon Yəhudi vardır.
Yəhudiliyin, dinlər tarixində xüsusi bir yeri vardır və bu din, ən köhnə ilahi mənşəli din olaraq qəbul edilməkdədir.
Keçmişi bir neçə min il geriyə gedən bu dinin başda gələn xüsusiyyətlərindən biri İsrail oğulları ilə Tanrı arasındakı “Əhd”-ə müqəddəs kitablarında geniş yer ayrılmasıdır. Bu səbəblə bu din, bir “Əhd dini” olaraq da bilinməkdədir.
İsrail oğullarının başına gələn bütün çətinliklərin, onların bu əhdə uymamaları, verdikləri sözü tutmamalarından irəli gəldiyi, həm öz müqəddəs kitablarında, həm də Quran-ı Kərimdə ifadə edilməkdədir.
Yəhudilər, Tövratda keçən müxtəlif ifadələrə əsaslanaraq özlərini dünya millətləri arasından seçilmiş qövm olaraq görərlər.

5- SİHİZM

Ümumi olaraq 16 və 17-ci əsrlərdə Şimali Hindistanda yaşamış olan on Gurunun təlimlərini təməl alan bir dindir. 1500-cü illərdə ortaya çıxmışdır.
Dünyadakı böyük dinlərdən sayılan Sihizmin 23 milyondan çox mənsubu vardır.
Sihizm dininə inananlara Sih deyilir. Sihizmin ana inancı “Tək Yaradıcının” olmasıdır.
Sihizm hər yerdə, hər zaman var olan və sonsuz xüsusiyyətlərə sahib tək bir Tanrı inancı üzərinə quruludur və bunu müdafiə edirlər. Sih Gurularının (Dini liderlər) birbaşa Allahdan ilahi mesaj aldığına və reinkarnasiyaya (Ruhların yeni bədənlərə təkrar dönməsi) inanarlar.
Bütün varlıqların, öldükdən sonra fərqli bədənlərə keçən bir ruha sahib olduğuna inanılar. Bu ruh köçü sərbəstliyə, azadlığa çatana qədər davam edər.
Sih dini qurtuluşun tək yolu olaraq görülməz, digər dinlərdən olan insanlar da qurtuluşa nail ola bilərlər.
Sih ənənəsində ölən kəslərin cəsədinin yandırılması geniş yayılmışdır, lakin, nadir hallarda basdırma və s. tətbiqlər də görülməkdədir.

4- BUDDİZM

708 milyonluq əhalisiylə Buddizm, həyatdakı acı, iztirab və hüzursuzluğun qaynaqlarını açıqlayan və bunların aradan qaldırılması yollarını göstərən bir təlimlər toplusudur. Fərqli görüşlərə görə Buddizm din və ya fəlsəfə olduğu düşünülür. Budizmdə təlimlərin zirvə nöqtəsini meditasyon kimi mənəvi cəhətdən saflaşma üsulları, reankarnasiya deyilən doğum-ölüm halqasının təkrarı və Karma deyilən səbəb-nəticə zənciri kimi anlayışlar təşkil edir.
Buddist mətinlərindəki “Oyanmış”, “fərqində” olan adama Buddha deyilir. Siddhartha Gautama Buddizmin qurucusu olaraq qəbul edilir.
Budizmdə hər canlı sonsuz bir ölüm və yenidən doğum dönüşü içində, altı aləm deyilən fərqli həyat formaları arasında təkrar-təkrar var olar.

3- HİNDUİZM

1 milyardlıq əhalisiylə Hinduizm, adından da aydın olacağı kimi Hindistan və ətrafında geniş yayılmışdır. Hinduizm mistik bir dindir. Bilinən ən köhnə dindir.
Nə zaman və kim tərəfindən qurulduğu haqqında dəqiq bir məlumat yoxdur. Hindi (Hinduizm dininə inanan) yolunu, sevgi, şiddətdən uzaq durma, yaxşı davranışlar və düzgünlük qanunları təyin edər.
Bütün Karmalar təmizlənənə, Tanrı fərq edilənə qədər hər varlıq yenidən bədənlənir. (Reinkarnasiya)
Hinduizmə görə insanın həyatlarında başlarına gələn pisliklər və fəlakətlərin Tanrı ilə əlaqəsi yoxdur, Allah əsla heç bir şəkildə pisliyə və fəlakətə səbəb olmaz.
Tanrı, fizika qanunlarını və təbiət qanunlarını yaratması kimi, Karma qanununu da var etmişdir ki, Şəxs , öz taleyini özü yazır, ancaq “Sevgi” olan Allah, əgər dərin bir şəkildə istənsə insanların karmalarına yaxşı təsirə səbəb olacaq bir şəkildə müdaxilə edə bilər.
Hinduizmdə Buddizmdən fərqli olaraq peyğəmbər inancı vardır. Ancaq buradakı peyğəmbər ilə Yaxın Şərq peyğəmbərləri arasında bir fərq vardır.
Yaxın şərq dinlərində peyğəmbər Allah tərəfindən seçilir. Hinduizmdə isə bu anlayış insan tərəfindən qazanılır. Bir çox dəfə enkarnasiya olmuş və Karmasını təmizləmiş olan saflaşmış ruh vəhy yolu ilə Allah ilə ünsiyyətə keçə bilər. Dini bayramlar, xaç, müqəddəs ilahilər və evlərdə məbəd tətbiq olunan adətlərdəndir.

2- İSLAM

1.3 milyard camaatı ilə İslamiyyət dünya üzərindəki ən məşhur 2-ci dindir. İslam, Hz. Məhəmməd (səs) vasitəsilə 7-ci əsrdə yayılmağa başlamışdır.
“Hz. Məhəmməd (səs) yalnız insanlar üçün deyil, bütün aləmlər (canlı- cansız, insi-cinni, ruhani-cismani) üçün göndərilən bir rəhmət peyğəmbəridir. “(Ənbiya 21/107)
Müsəlmanlar, İslamın müqəddəs kitabı Qurani-Kərimi təşkil edən surələrin Cəbrayıl adındakı mələk vasitəsilə şifahi olaraq peyğəmbərləri Hz. Məhəmmədə (səs) endirildiyinə inanır. Dünyadakı müsəlmanların çoxu Yaxın Şərqdə, Afrikanın ortasında və şimalında, Asiyanın qərbi və cənub-şərqində və Balkan yarımadasında yaşamaqdadır. Bundan başqa Avropa, Avstraliya və Amerika kimi digər qitələrdə da on milyonlarla müsəlman yaşayır.

1- Xristianlıq

2.1 milyardlıq əhalisiylə Yaxın Şərq mənşəli dünyadakı ən çox tərəfdarı olan Təktanrılı dindir. Xristianlar, dünyanın hər yerinə yayılmış olmaqla birlikdə sıx olaraq Avropa, Amerika, Cənubi Afrika və Avstraliyada yaşamaqdadırlar.
Hz. İsaya (əs) inananlara ilk olaraq Antakya / Tarsus bölgəsində xristian deyilməyə başlanmışdır. Xristianlar üçün Hz. İsa (əs), Məsihdir.
Xristianlığa Hz İsa Tanrının oğlu və şəxsən özüdür. Baba (Allah) ilə insanlar arasında vasitəçi mövqeyində olduğuna inanılar.
Minlərlə məzhəbi olan Xristianlığın başlıca məzhəbləri, Roma Katolik Kilsəsi (1.2 milyard nəfər), Protestant kilsələri (360 milyon) və Ortodoks Kilsəsinin (170 milyon).

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 928 dəfə.

calal calalov

Read Previous

Saleha bir xanımın 22 özəlliyi

Read Next

Fala baxmaq və baxdırmaq (video)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.