• 28 Mart 2024

Eşşək südünün bəzi xəstəliklərin müalicəsi zamanı içilməsi caizdirmi?

sudSual: Eşşək südünün bəzi xəstəliklərin müalicəsi zamanı işlədildiyini eşidirik. İçilməsi caizdirmi?

Cavab: Heyvanların südü hökm baxımından onların ətinə tabedir. Belə ki, heyvanın ətinin mübah, məkruh və ya haram olmasına müvafiq olaraq südün hökmü də dəyişir. Odur ki, əti halal olan bir heyvanın südü halal, əti haram olan bir heyvanın südü isə haramdır. Uzunqulağın südünün hökmünə gəlincə, Hz. Peyğəmbərin (s.ə.s) hədisinə görə (Buxari, Zəbaih, 27; Müslim, Zəbaih, 36) ev uzunqulaqlarının əti haram olduğu üçün onların südü də bu hökmə daxildir. Onu da qeyd etmək lazımdır ki, əgər xəstəliyin müalicəsi üçün sözügedən südün istifadəsi nəzərdə tutularsa, müxtəlif hədisi-şəriflərdə (Əbu Davud, Tibb, 11) haram olan şeylərlə müalicənin qadağan edilməsini nəzərə alaraq bunun da caiz olmadığını vurğulamaq lazımdır. Ancaq bu südün istifadəsində zərurət yaranarsa, yəni başqa çarə olmazsa, müxtəlif ayə və hədislərə söykənərək İslam hüquqşünaslarının ortaya qoyduğu “zərurətlər haram olan şeyləri mübah edər” qaydasına əməl edilməlidir.

Mənbə:irfandergisi.com

Read Previous

Alış-verişlərdə alınan behlərin qaytarılmaması cazidirmi?

Read Next

Peyğəmbər əfəndimiz (səv)-in uşaqlara olan sevgisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.