• 13 Noyabr 2019

Evini Kəbəyə bənzətdi, mühakimə olundu

ev-kab-namMədinəyə yaşayan və evinin fasadını qara rəngləyərək Kəbə görünüşü yaradan səudiyyəli vətəndaş haqqında mühakimələr başlandı.

Mədinə Əmirliyinin mətbuat katibi Muhəmməd Mustafa bin Seyf Saleh, sosial şəbəkələrdə və mediada qeyd edilən xəbərlərə əsasən, şəhərdə tikilən binanın fasadının qara rəngə boyandığını və ona Kəbə görünüşü verildiyini bildirdi.

Bina ilə bağlı mühakimələrin başladığını deyən Saleh, ev sahibinin, evin rəngini və xarici görünüşünü dəyişdirmək məcburiyyətində olduğunu qeyd etdi.

Əvvəllər belə tikililərə icazənin verilməsilə bağlı iddiaları təkzib edən Seyf Saleh, Mədinə Əmirliyinin, bələdiyyələrin aşağı komissiyası ilə birgə işlədiyini bildirdi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 113 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Maraqlı söhbət…

Read Next

İngiltərə müsəlman ölkəsi olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.