• 24 Sentyabr 2020

Fərasət: Hər İki Dünyanı Qazanmaq

Mal, mülk, şöhrət və məqam kimi dünya nemətlərini Allahı sevər kimi sevmək və axirəti unutmaq dünyanı özünə “tanrı” etməkdir. Allah bu kimsələri, “Xeyr siz tez keçən dünyanı sevirsiniz və axirəti buraxırsınız”[1] buyuraraq qınamışdır.

Dünya nemətləri də axirət nemətləri də insan üçündür. İnsan qısa və keçici olan dünya nemətlərini seçib axirət nemətlərini tərk etməməli, hər iki dünyanın nemətlərinə talib olmalıdır. Uca Allah dünya nemətlərini istəyənlərə dünya nemətlərini, axirət nemətlərini istəyənlərə axirət nemətlərini verər.[2]

Ancaq sadəcə dünyanı istəyənlərə axirətdə nəsibləri yoxdur:

“İnsanlardan kimisi; “Ey Rəbbimiz! Bizə dünyada (mal, mülk) ver deyərlər (axirəti unudarlar), belə kimsələrin axirətdən nəsibləri yoxdur.”[3]

Həm dünya həm də axirət nemətlərini istəyənlərə isə qazandıqlarının qarşılığını verər:

“İnsanlardan bir qismi də; “Ey Rəbbimiz! Bizə dünyada da axirətdə də yaxşılıq ver, deyərlər.”[4]

Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

“Kim (sadəcə) dünyanı sevərsə axirətinə zərər verər. Kim də (sadəcə) axirəti sevərsə dünyasına zərər verər. Siz sonsuz olanı ( axirəti) keçici olan dünyadan üstün tutun”[5] “Hər xətanın əvvəli dünya sevgisidir”[6] buyurmuşdur. Bunun mənası dünyanı tərk edin demək deyil, dünyada da qazanın ancaq axirətinizə zərər verməyin deməkdir.

Dünya, ailə, övlad, əqraba, mal-mülk, heyvan, bağ-baxça sevgisi Allah sevgisinin zəifləməsinə hətta yox olmasına səbəb ola bilər. Bu insanın xüsranı deməkdir. Bundan qurtulmaq üçün dünya və nemətlərini Allahın razı olduğu yerlərə xərcləmək, imanı və Onun rızasını ön planda tutmaq lazımdır.


[1] Qiyamət, 75/21

[2] Ali-İmran, 3/145

[3] Bəqərə, 2/200

[4] Bəqərə, 2/201

[5] Hakim, 4, 308

[6] Beyhaqi, Şüabul İman, 7,308

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 7 dəfə.

Araz İbrahimli

Read Previous

Peyğəmbər əleyhissəlamın şeytan ilə danışması

Read Next

PREZİDENTDƏN İLAHİYYAT İNSTİTUTUNA YENİ TƏYİNAT