• 18 Aprel 2024

“FETÖ cəmiyyətdəki 3 boşluqdan istifadə edib”

din-az_2016-08-30_07-59-32
Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz, Fəthullahçı Terror Təşkilatının (FETÖ) cəmiyyətdəki 3 boşluqdan istifadə etdiyini, həmin boşluqların “təhsil, mənəviyyat, güc və nüfuz” olduğunu bildirib.

“Din.az” bildirir ki, “A24.az”ın məlumatına əsasən, Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz 15 iyul gecəsi baş verənlərə toxunaraq belə dedi: “15 iyul gecəsi hər bir türk vətəndaşı kimi saat 10-a yaxın xəbərlər aldıq. Bizim vəzifəmiz yalnız namaz qıldırmaq deyil. O gecə böhran masası yaratdıq və məscidlərdə dualar oxutdurduq. Biz bundan əvvəl də dövlət çevrilişləri gördük, acı xatirələrimiz oldu. Lakin bu çevriliş əvvəlkilərə oxşamır, bu, özünü dini camaat adlandıranların rəhbərliyi altında reallaşdırılır. Bu dini mühit, bizim zəkatlarımızı toplayaraq, sədəqələrimizi oğurlayaraq övladlarımızın beynini dəyişdirərək, eləcə də dindən istifadə edərək bu nöqtəyə gəlib çatdı. Şübhəsiz ki, vətəndaş “Dini İşlər İdarəsi nə üçün bizə xəbərdarlıq etmədi?” deyə bilər.

Dini İşlər İdarəsi nüfuz sui-qəsdinə məruz qaldı…

FETÖ təşkilatının fikirlərinin məscidlərə daxil edilmədiyini, lakin bəzi fərdi səhvlərə yol verildiyini qeyd edən Görməz dedi: “Son 3 il ərzində tək qaldığımızı deyə bilərəm. Dini İşlər İdarəsi nüfuz sui-qəsdinə məruz qaldı. Nifaq hərəkatı ilə mübarizə aparmaq çox çətindir. Məlumat sahibi olmaqla alim olmaq bir-birindən fərqli şeylərdir. Bir insanın özünü 40 il cəmiyyətə fərqli şəkildə tanıdaraq “qızıl nəsil yetişdirəcəyəm” vədi verib, gənclərin düşüncəsini dəyişdirib cəmiyyəti ələ alaraq, cəmiyyətin imkanlarıyla alınan silahları cəmiyyətə doğru yönləndirən insanın bu xüsusiyyətlərə layiq olması mümkün deyildir.

“3 boşluğumuzdan istifadə edildi…”

Gələcəkdə eyni səhvlərə yol verməmək üçün belə mənfi halları aşkar etməyə çalışacaqlarını deyən Görməz, təşkilatın cəmiyyətdəki 3 boşluqdan istifadə etdiyini bildirib. Bu boşluqların “təhsil, mənəviyyat, güc və nüfuz” olduğunu qeyd edən Görməz, fikirlərini belə davam etdirib:

“Nə olduğunu deyil, nə üçün və necə olduğunu düşünməliyik. Bu təşkilat bizim təhsil boşluğumuzdan istifadə etdi. Onlar paralel təhsil yaratdılar. Müxtəlif dünya görüşünə malik insanların uşağını göndərmək məcbriyyətində qaldığı sistem meydana gəldi. İkinci boşluq mənəviyyat oldu. Cəmiyyət olaraq bu boşluqlarımızı doldurmalıyıq”.

Mehmet Görməz, “FETÖ” təşkilatının hədəflərinə nail olmaq üçün haramları da savab etdiyini bildirib və belə deyib:

“Himmət (yardım) məfhumunun müəyyən vaxtdan sonra xəraca çevrildiyini gördük. Bu təşkilatın fəaliyyətini davam etdirmək üçün hər cür yoldan istifadə edildi. Məqsədə çatmaq üçün haramı savab etdilər. FETÖ əxlaq adı altında əxlaqsızlıq etdi. Tədbir məfhumunda isə hər cür qeyri-əxlaqilik diniləşdirilir. İmtahan suallarını oğurlamaq bütün nəsillərin gələcəyini oğurlamaq və milyonlarla insanın haqqını pozmaqdır”.

Read Previous

Hicrət və Məhərrəm ayı

Read Next

DİNİN DİLİ ƏDƏBDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.