• 07 İyun 2020

Fitrə və Mahiyyəti

Fitrə sədəqəsi zəkatın bir növüdür və Ramazan ayına məxsus bir ibadətdir. Bəzi fiqh ədəbiyyatlarında “bədənin zəkatı” deyə adlandırılmışdır. Çünki “fitr” yaradılış demək olub, yaşayan ağıllı- dəli, böyük-kiçik hər insan üçün verilən bir yaradılış şükrünün sədəqəsidir. Bu səbəblə ailə başçısı məsuliyyətindəki ailənin yaradılmış hər bir fərdi adına ayrı-ayrı şükür sədəqəsi olan fitrəni verməklə mükəlləfdir. Hətta yaradılma nemətinə nail olduğundan şükür mənasında bayram gecəsi doğulan uşağın belə fitrəsini vermək lazımdır.

Fitrə, Ramazan orucunun fərz qılındığı hicrətin ikinci ilində fərz qılınmışdır.[1]

Fitrə, Ramazan ayının sonuna çatmış, əsl ehtiyaclarından başqa nisab miqdarında bir mala sahib olan hər müsəlman özü və vəlayətindəkilər üçün verməsi vacib olan ibadət şəklidir. Yəni hər ailə başçısının özü və məişətini təmin etməklə mükəlləf olduğu ailə üzvlərinin sayı qədər fitrə miqdarını müəyyən zaman və şərtlər daxilində yoxsullara verməsi şərtdir.

Fitrə sədəqəsi vermənin müstəhəb olduğu vaxt, sübh namazı vaxtının girməsi ilə bayram namazına qədər olan vaxtdır. Belə ki, fitrə sədəqəsi yoxsulların ehtiyaclarını təmin etmək və onların da bayram sevincinə iştirak etmələrində mühim rol olan bir vasitədir.

Fitrənin miqdarı veriləcək yoxsulun həyat şərtlərinə görə bir günlük qida ehtiyacı deyil, fitrə verən şəxsin gündəlik ehtiyacı əsas alınaraq bir yoxsulun iki dəfəlik (günorta və axşam, yaxud səhər və günorta) yemək pulunun ən aşağı həddi qədər olmalıdır.


[1] Buxari, Zəkat, 407

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 13 dəfə.

Araz İbrahimli

Read Previous

QURANİ-KƏRİMİN ECAKARLIĞI VƏ ÜSLUBU

Read Next

İntihar etmək