• 04 İyul 2020

FRANSADA AVROPANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLİR

Fransanın Strasburq şəhərində Avropanın ən böyük məscidi tikilir. “İslam İcması Milli Görüş”ün (IGMG) səyləri ilə ərsəyə gələn “Eyyub Sultan” məscidinin tikintisinə 2018-ci ildə başlanıb. 2022-ci ildə fəaliyyətə başlaması planlaşdırılan məscidin tikintisinin başa çatması üçün yardım kampaniyası başladılıb.

Smeta dəyəri 32 milyon euro olan məscid tikintisinin 60%-nin bitdiyi bildirilir.  1.5 hektar ərazidə Osmanlı memari üslubu ilə tikilən kompleksin 3 min nəfərlik məscidi, konfrans zalı, məktəbi, kitabxanası, müəllimlər otağı, restoranı, butikləri və 600 avtomobil yerlik maşın və velosiped dayanacağı olacaq. Həmçinin, məscidi hər biri 44 metr olan 2 minarəsi olacaq.

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 27 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ALMANİYADA MƏSCİDDƏ İLK TƏRAVİH NAMAZI QILINDI

Read Next

Övladlıq götürmək