• 29 Mart 2024

GƏMİLƏRİ YANDIRAN ƏNDƏLÜSÜN FATİHİ

tarik bin ziyadTariq bin Ziyad (670 – 720)

Tariq bin Ziyad Arxanızda dəniz, önünüzdə düşmən…” deyərək Kordovanı fəth etməyi özünün və əsgərlərinin qarşısında məqsəd qoyan Əməvi komandiridir. Hal-hazırda Aralıq dənizi ilə Atlantik Okeanını birləşdirən, Avropa ilə Afrika qitələrini ayıran boğaza Cəbəllütariq Boğazı adı verilmişdir. Ərəb dilində “cəbəl” dağ deməkdir. Cəbəllütariq, “Tariqin dağı” mənasına gəlir.

Tariq bin Ziyad Afrikanın qərbindəki fəthlər zamanı əsir alındı. Əməvi Xəlifəsi Vəlid bin Əbdülməlik zamanında fəth etmək üzrə vəzifələndirilən Musa bin Nusayrın əmri altına girən Tariq, qabiliyyəti və zəkasıyla diqqətləri qısa müddətdə üzərinə çəkdi. Müsəlman olunca Musa bin Nusayr tərəfindən azad edilmiş və Şimali Afrika Səfərinə komandir olaraq təyin edilmişdir. Ardından Tancaya vali olaraq təyin olunmuş Tariq, Əndəlüsə göndərilincəyə qədər bu vəzifədə qaldı. Əndəlüsün fəthinə hazırlıq məqsədiylə edilən kəşf səfərlərinə qatıldı. Səfərdən döndüyündə özünü tarixə qızıl hərflərlə yazdıracaq tapşırıq ilə şərəfləndirildi.

İspaniyada Vizigot Kralı ilə Julianus’un arası dəymişdi. Julians Krala hirsli olduğu üçün Musa bin Nusayrı İspaniyanın fəthinə təşviq etdi. Ayrıca kralın qızına göz qoyduğu üçün müsəlmanların İber Yarımadasına girməsinə köməkçi olacağına söz verdi.

İspaniyadakı daxili qarışıqlıqlardan istifadə etmək istəyən Musa bin Nusayr, (Əməvi xəlifəsi 1. Vəlidin əmrində Şimali Afrika və İspaniya valisi olaraq vəzifə etmiş Müsəlman Ərəb komandirdir.) Tariq bin Ziyadı 7000 nəfərlik bir ordu ilə İspaniya üzərinə vəzifələndirdi. Ordusuyla dənizə açılan Tariq yuxusunda Hz. Muhamməd (səs)-i gördü. Hz. Muhamməd (səs) ona “Tariq! Sən işinə davam et, Müsəlmanlara qarşı mərhəmətli ol və verdiyin sözə vəfa göstər!” buyurmuş, sonrada səhabələriylə birlikdə Əndəlüsə girmişdir. Bu yuxudan sonra Tariq bin Ziyadın özünə inancı bir qat daha artmışdı və özünü daha güclü hiss etmişdi. Ordusu ilə Cəbəllütariq boğazını keçən Tariq bin Ziyad ordusunu quruya çıxartdıqdan sonra gəmiləri yandırmışdır. Gəmilərin hamısının yandırıldığını görən əsgərlər üçün yalnız tək bir yol qalmışdı, tək qurtuluşun zəfər olduğunu anlayan Tariq bin Ziyadın ordusu artıq fəthə yönəlmişdir.

Tariq bin Ziyad, 28 Aprel 711-ci ildə Cəbəllütariqdə qərargah qurdu. İlk olaraq Cəzirtul Hadra adı verilən yer alındı, bununla birlikdə bir çox kölə və qənimət ələ keçirildi. Bu fəthdən sonra şimala doğru irəliləmək istəyən Tariq bin Ziyadın ilk hədəfi Kordoba şəhəri idi. Vizigot Kralı o günlərdə Şimalda Franklarla məşğul olurdu. Bu fürsətdən yararlanan İslam ordusu İspaniyadakı irəliləməsinə davam etdi. Bu təhlükəni hiss edən kral (50.000-100.000) ətrafındakı ordusuyla Müsəlmanlar üzərinə getməyə qərar verdi. Bunu eşidən Tariq bin Ziyad düşmən ordusunun özündən 10-15 qat böyük olduğunu öyrənincə, Xəlifədən əsgər göndərməsini istədi. Xəlifə 5.000 adamdan ibarət olan qüvvəni Tariq bin Ziyadın köməyinə göndərdi.

İki ordu Ləkkə vadisində qarşılaşdı, Kralın ordusu təchizat və əsgər baxımından böyük bir üstünlük daşıyırdı. Bunu görən Tariq bin Ziyad çıxış yolu axtarmağa başladı. Ordusunu dəstələrə ayıraraq hər bir bölüyə fərqli taktikalar verdi. Ardından əsgərlərinə tarixə keçəcək bir xitab edərək əsgərlərdəki cihad eşqinin təkrar alovlanmasını təmin etdi. Döyüş Ramazan ayının son günlərindən bayram sonuna qədər davam etdi. Tariq bin Ziyad bayramın son günü düşmənlə vuruşaraq kralın yanına qədər getdi, nizəsi ilə kralı öldürdü. Tariq bin Ziyad bu döyüşdən sonra Əndəlüsün qapısını yaxşıca araladı, İslamın Avropaya sıçramasını təmin etdi. Ordusunu üç yerə ayırıb fərqli bölgələrə göndərdi. Bu şəkildə Əndəlüsdəki İslam dövlətinin genişlənməsini təmin etdi. Üç il kimi qısa müddətdə İspaniyanın hamısı fəth edildi. Müsəlman olduqdan sonra həyatının hamısını cihad yolunda xərcləyən Tariq bin Ziyad İslamın Avropa və Afrika bölgəsinə yayılmasında böyük xidmətləri olmuşdu. Səkkizinci əsrin əvvəllərində vəfat etdi.

Read Previous

Süfrə duası

Read Next

Anam-atam Sənə fəda olsun ya Rasulallah

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.