• 19 Aprel 2024

Gen xariqəsi

Genetika elmində edilən yeni kəşflərdə hər insanın özünəxas başqa bir şifrəsinin olduğunu da ortaya çıxarmışdır.

Üstəlik bu gen deyilən şeylər o qədər kiçikdir ki, yer üzündəki bütün canlıların genləri bir yerə yığılsa, bir dərzi üsküyünü belə doldurmaz.

Mikroskopla belə görünməyən bu genlər hər canlı hüceyrəyə yerləşirlər və bütün insan, heyvan və bitkilərə öz xüsusiyyətlərini verirlər. Bir üskük altı milyarddan artıq insanın ayrı-ayrı bütün fərdi xüsusiyyətlərini doldurmayacaq qədər kiçik görünə bilər, ancaq bu xüsusdakı həqiqətlər tərəddüdə yer qoymur.

Bəs yaxşı, elə isə gen deyilən bu şey necə olur ki, sayı bilinməyəcək qədər çox canlının xüsusiyyətlərini içində gizləyə bilir? Necə olur ki, inanılmayacaq qədər kiçik bir yerdə ayrı-ayrı hər birinin psixologiyasına qədər bütün xüsusiyyətlərini mühafizə edə bilir?!

Mikroskopla belə görülə bilməyən kiçik bir gen içində saxlanan bir neçə milyon atomun yer üzündəki bütün həyatı qəti olaraq idarə edə bilmə keyfiyyəti, yalnız hikmət sahibi bir yaradıcının sonsuz bir elm və qüdrətinin əsəri ola bilər, başqa heç bir nəzəriyyəyə imkan yoxdur.

Belə ki, bu həqiqətə işarə edərək Uca Rəbbimiz belə buyurur:

“(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik.” – deməməniz üçündür.” (əl-əraf, 172)

Ancaq zəmanəmizdə kəşf edilə bilmiş olan bu və buna oxşar ilahi qüdrət və sənət təzahürləri ağılları aciz qoyur. Elə buna görədir ki, hələ XIX əsrdə Ziya Paşa bu hikmətli beyti söyləmişdir:

Sübhanə mən təxayyəra fı sunihil-ukul Sübhanə mən bi-qudrətihi yacizul-fuhul.

“Sənəti qarşısında ağılların heyrətə düşdüyü, qüdrəti ilə ən üstün alimləri belə aciz qoyan Allah- Təalanı təsbih edirəm…”

Mənbə: Təfəkkür, Osman Nuri Topbaş.

Read Previous

Allahın qədərindən Onun başqa bir qədərinə qaçırıq

Read Next

Arı kimi olmaq.