• 28 Mart 2024

Gündə 10000 uşaq yetim qalır

gunden_10_bin_yetimSavaş, xəstəlik və yoxsulluq kimi başlıca səbəblərə görə dünya yetimlərinə hər gün ortalama 10 min uşaq əlavə olunur. Yetimləri hədəf edən missionerlər isə kiçik yaşda sahipləndikləri yetimləri xristyanlaşdırırlar. Missioner yetimxanalarının 70 faizini müsəlman ailələrin uşaqları təçkil edir.
İHH İnsani Yardım Təşkilatı, “Tarixi, proses içərisində missionerlik və missionerlərin yetim fəaliyyətləri” başlıqlı bir hesabat nəşr etdi. Dünyadakı yetimlərin sayı, missionerlərin xüsusilə müsəlman yetimlərələ əlaqəli icra etdiyi fəaliyyətlər və bu fəaliyyətlərinin iş sahələrini göstərən hesabat təəccüblü nəticələr ortaya çıxardı.
Hesabata görə dünyada müharibə, xəstəlik, yoxsulluq kimi səbəblərə görə təxminən 400 milyon yetim var. UNICEF hesabatlarında 200 milyon yetim məlumatı yer alsa da bu hesabatlara Çin, Myanmar, Əfqanıstan kimi 52 ölkə daxil edilməmişdir. Altı ildir davam edən Suriya savaşı səbəbiylə 800 min uşaq daha bu yetimlərin arasına əlavə edildi. Hesabata görə ayrıca dünya yetimlərinə hər gün 10 min uşaq daha əlavə olunur və ildə 2.5 milyon yetim qaçırılaraq satılır.
İnsanları xristianlaşdırmaq məqsədiylə çalışan missionerlər, xüsusilə Afrika, Cənub-Şərqi Asiya, Orta Asiya və Balkanlar kimi kasıblığın, cahilliyin və xüsusilə kommunist rejimlər səbəbiylə insanların dinlərindən uzaq tutulduqları əraziləri hədəf alırlar. Missioner təşkilatların bəzilərinin gizli, bəzilərinin də açıqdan çalışması səbəbiylə dəqiq bir rəqəm verilməyən hesabatda, missionerlərin on milyonlarla yetimlə maraqlandıqları ifadə edilir. Yalnız ABŞ mərkəzli “Save The Children” təşkilatının 120-dən çox ölkədə 166 milyondan çox uşaqla maraqlandığı və yetim kəndləri başda olmaq üzrə missioner yetimxanalardakı uşaqların yüzdə 70-nin müsəlman ailələrdə doğulduqları amma dinlərini dəyişdirdikləri ifadə edilir.

Mənbə:islamveihsan.com

Read Previous

Allahın bizi əfv etməsi üçün lazım olan şərtlər

Read Next

“Nə tökərsən aşına o da cıxar qarşına”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.