• 19 Aprel 2024

Həccə gedənlər üçün təhlükə var?

imagesSəudiyyə Ərəbistanında “dəvə qripi” adlandırılan virusdan ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkədə 688 nəfər “dəvə qripi” virusuna yoluxub, 282 nəfər ölüb.

Qeyd edək bir müddət öncə bu virusadan ölənlərin sayı 190 nəfər olub.

Bir müddət sonra müqəddəs torpaqlara həcc ziyarəti başlanacaq. Azərbaycandan da xeyli sayda insan bu ziyarətdə iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) azərbaycanlı zəvvarların bu təhlükə ilə qarşılaşmamaları ilə bağlı görüləcək tədbirlər barəsində məlumat veriblər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova anspress-ə açıqlamasında bu və ya digər fors-major hallar olduqda Səudiyyə Ərəbistanın Həcc Nazirliyindən bununla bağlı direktivlər aldıqlarnı söyləyib: “Həcc ziyarəti yaxınlaşana yaxın bizə nə direktiv gələcəksə, biz də ona uyğun hərəkət edəcəyik. Bura vaksinlərdən istifadə məsələsi də daxil ola bilər. Azərbaycandan həcc ziyarətini təşkil edən bir təşkilat olaraq QMİ onların hər birinə əməl edəcək. Hələ ki, bununla bağlı olaraq bizə heç bir direktiv daxil olmayıb”.

Ancaq müqəddəs məkanlara ziyarətin başlanmasına çox az zaman qaldı. Yaxşı olardı ki, QMİ xəstəlik təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görərdi ki, hacı olmaq istəyən soydaşlarımız problem yaşamasınlar.

mənbə:

din.az

Read Previous

Dünya bu şəhərdən danışacaq

Read Next

Ölüm xəbəri uşaqlara necə verilməlidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.