• 19 Oktyabr 2019

Həftənin Xütbəsi: Şəhidlik

dsc04926
Möhtərəm möminlər, şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.
Bildiyimiz kimi şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Belə ki bir ayədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Bu gün İslam həyatımıza döndükcə insanların bu mövzu ilə, yəni şəhidliklə, şəhidlərin əslində kimlər olması ilə sualları daha da çoxalır.
Şəhidlərin kimliyi haqqında Rəsulullahdan(səs) xeyli rəvayətlər vardır.
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) soruşdu: “İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdi: “Ya Rəsulullah, Allah yolunda öldürülən şəhiddir” Rəsulullah(səs) buyurdu: “Elə isə ümmətimin şəhidləri azdır”. Ya Rəsuləllah, elə isə kimlər şəhiddir” – deyə səhabələr soruşdu. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir”
Bu hədisdə keçən “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən, göründüyü kimi Rəsulullah(s.ə.s) şəhidliyi Allah yolundan başqa ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. İmam Malik və Tirmizinin nəql etdiyi bir rəvayətdə də “Bu beş adam şəhiddir – deyərək yuxarıda keçənləri zikr etdikdən sonra – dağıntı altında qalan da şəhiddir” – deyə əlavə etmişdir.
Həzrət Cabirdən rəvayət edilən bir rəvayətdə də Rəsulullahın (s.ə.s) “Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir” deyilməkdədir.
Said bin Zeyd (r.a) rəvayət edir ki, Rəsulullahı dinlədim belə dedi: “Kim malını müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə etdiyi zaman öldürülərsə o da şəhiddir.”
Yuxarıdakı hədislərdə allah yolunda deyil fərqli yönlərdə həyatlarını itirənlərin şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı unutmamaq lazımdır ki bu insanların bu məqamı qazanarkən müsəlman olması və dininə bağlı olması əsas şərtdir.
Xütbəmə bir ayə ilə son verirəm:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.
Uca Allah bütün şəhidlərimizə rəhmət etsin! Xüsusiylə Qarabğda olan məscidlərimizdən tövlə kmi istifadə edən erməni quldurları ilə mübarizə apararkən canını fəada edən şəhidlərimizə cənnət savabı versin. Onların qanını yerdə qoymasın.
Uca Allah, Qarabağda olan Məscidlərimizdə yenidən əzan oxuya bilmək, namaz qıla bilmək üçün bizə güc və qüvvət versin!
Uca Allah, namusunu, malını, torpağını, ailəsini müdafiət edərkən öldürülən bütün müsəlman bacı və qardaşlarımıza şəhidlik savabı yazsın.

8 Aprel 2015/30 Cəm. Axır 1437

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 233 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Ölüyə nə üçün təlqin oxunur?

Read Next

“Son əməliyyatlar erməni tərəfinin belini qırdı”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.