• 29 Mart 2024

Həccin qəbul olma şərtləri

Həcc ibadətinin qəbul olması üçün dörd şərt qaçınılmazdır.

  1. Müsəlman olmaq: Bu (şərt) həccin həm fərz olmasının, həm də etibarlı olması üçün şərtdir.
  2. Xüsusi məkanlar: Həcc ibadəti məkan olaraq Ərəfat, Kəbə və ətrafında yerinə yetirilir.
  3. Xüsusi vaxt. Ərəfatda vəqfə, ərəfə günü zəvval vaxtından qurban bayramının birinci günü səhər vaxtı dan yeri ağarıncaya qədər, ziyarət təvafı isə, bayramın günü səhər vaxtından, ömrünün axırına kimi edilə bilər. Ancaq ziyarət təvafını bayramın birinci günündə etmək vacib olduğu üçün, ziyarət təvafını bu üç gündə etməyib, gecikdirənə vacibi tərk etdiyi üçün, qurban cəzası lazım olar.
  4. Ehram: hər hansı bir şəxsin, həcc və ümrə etmək niyyətilə, digər vaxtlarda halal olan bəzi davranışları özünə həcc və ümrə müddətində haram etməsi deməkdir. Xalq arasında ehramlı kişinin geydiyi iki hissədən ibarət olan örtüyə də “ehram, ehram dəsmalı” deyilir.

Read Previous

18 ÖLKƏDƏKİ 329 TÜRK MEMARLIQ ƏSƏRİ KİLSƏYƏ ÇEVRİLİB

Read Next

AĞDAM RAYONUNUN İŞĞALINDAN 27 İL ÖTÜR