• 19 Mart 2024

Hədəf Cənnətdirsə

Cennete-Giden-YolDinimizin iman əsaslarından ən əhəmiyyətli şərtlərindən biri axirətə imandır. Yəni dünya həyatından sonra yeni bir həyat var və insan yox olub getmir. Dünya həyatı bitdikdən sonra yeni bir səfərə başlayır. Dinimiz, bunun bir “əbədiyyət səfəri” olduğunu bildirir. Yəni bu dünya müvəqqəti, o dünya isə daimidir. Yaşadığımız bu dünyanı insan qurmadı, insan bu dünyada sadəcə olaraq rol verilmiş aktyorlardan biridir. Bu dünyanın içində daş da var, ağac da, böcək də. Ancaq insana, bu dünyadan sonra gələcək dünyada da bir rol verilmişdir. İnsan orada da var olacaq amma orada, bu dünyadan apardığı həyat kitabının keyfiyyətinə görə yer alacaqdır. Yəni müvəqqəti dünyada hazırlanan həyat dosyamız, qalıcı dünyadakı həyatımızın keyfiyyətini təyin edəcəkdir. Bəs görəsən əbədi aləm necə bir şeydir? Təbii ki, oraya gedib gələn yoxdur. Oraya dair bütün məlumatları, ancaq və ancaq bu dünyanı və o dünyanı yaradan Uca Allah bilir. Biz sadəcə olaraq Onun bildirdiyi qədər bilirik. Bu səbəbdən insan, qaçınılmaz olaraq bu dünyanı və o dünyanı qiymətləndirərkən Allahu təalanın verdiyi məlumatlara baxmaq məcburiyyətindədir. “O dünya məni maraqlandırmır” deyilə bilər mi? Əlbəttə ki, deyilə bilməz. Çünki belə deyildiyində əslində bu dünyanın da mənasını itirmək qaçınılmazdır. Çünki bu dünyadakı hər qənaətin, hər davranışın, hər hadisənin, hər yaranmanın əbədi aləmə əks olunan ölçüsü olmaq məcburiyyətindədir. O dünyaya əksolunan bütün bunları yox fərzetdiyimizdə, bu dünyada yaşamağın da bir mənası qalmır. Bu dünyada sizin üçün boş görülən hər hansı bir davranış, bir başqası üçün qiymətli bir sərmayə ola bilər. Eyni şəkildə bir başqasının özü üçün içi boşalmış fərzetdiyi bir hərəkət sizə təsir edə bilər və bu dəfə siz, “Bunun bir qarşılığı olmalıdır” deyə bilərsiniz. Çox sadə bir mühakimə belə, bu dünyada qarşılıqları kifayət qədər verilməyən davranışların gerçək qarşılıqlarının veriləcəyi bir dünya olmasını lazımlı görə bilər. Bəli, buna İslam “Axirət yurdu” deyir. Hətta kainat nizamını quran, dünya-axirət tarazlığını təşkil edən Uca Allahın insanlığa öndər olaraq göndərdiyi Elçi (s.a.v.) “Gerçək həyat axirət həyatıdır.” (Buxari, Riqaq, 1) deyir. Bu dünyada insanoğlundan istənən isə ona verilən şeylərlə “Axirət yurdunu qazanmaqdır.” (Qəsəs, 77) Mövlana həzrətləri “Əslində hər an, canının bir hissəsi ölüm halındadır. Hər an, can vermə zamanıdır və hər an, ömrün tükənməkdədir.” deyir. İnsan dünya-axirət anlayışına üsyan etsə belə anbəan ölümə doğru səfər etdiyi həqiqətinə qarşı gələ bilmir. İnsan üçün məqbul olan, doğru olan, həqiqəti qəbul edib ona görə bir dünya həyatı qurmaqdır. Bu dünya həyatının keyfiyyəti mövzubəhs olduğunda da ən azından “Axirətdə müdafiə oluna biləcək bir həyat” dan söz etmək lazımdır. Müdafiənin isə, Allah Təala ilə görüşmə halında, yəni həqiqi Hakim olan Uca Rəbbimizin hüzurunda, dünyada etdiklərimizin ən incə detalına qədər, ən həssas kameralardan daha böyük həssaslıqla yazılan “Kiramən katibin qeydləri” nın şahidliyində reallaşacağını da unutmamaq lazımdır. Bəlkə burada ən böyük diqqətlərdən biri, “unutmamaq” nöqtəsində göstərilməlidir. Çünki dünya həyatı unutdurar. İnsan zəifdir, çünki. Onun üçün ilahi mesaj xəbərdar edər insanı: “Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!”(Loğman, 33) Əbədiyyət yurdunda iki son dayanacaq var. Əbədi xoşbəxtliklər yurdu Cənnət və “ölümü belə axtartdıracaq” (Zuxruf, 74-77; Fatir, 36) hər cür fəlakətin mərkəzi “əzab dünyası” Cəhənnəm. İnsan cənnətini də bu dünyada inşa edəcək, cəhənnəminin atəşini də bu dünyadan aparacaq. “Ölümü və həyatı yaradan Qüdrət”, “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Ən-Nisa, 165) buyurur. Peyğəmbərlər Cənnətin yolunu göstərən və Cəhənnəmin yoluna qarşı xəbərdar edən ilahi mesajlarla gəldilər və insanlara rəhbərlik etdilər. Son ilahi mesaj, Həzrəti Məhəmməd (səv)-lə gələn Quran-Kərimdir. Cənnət səfərinə çıxacaq olan da orada yol işarələrini tapar, Cəhənnəmdən çəkinmək istəyən də. Hətta bəlkə “Bizə atəş saylı günlər xaricində toxunmaz” deyə təsəlli tapan da. (Ali İmran, 24) O gün hökm Allahındır. (Ən’am, 62) Cənnət səfəri da Onun hökmüylə başlayır, Cəhənnəmə doğru aparılmaq da. Hər kəs etdiyinin qarşılığını alır, heç kimə ən kiçik bir haqsızlıq edilməz. “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (Zilzal, 6-8) Cənnətə girə bilmənin yolu Allahın kitabında, Rəsulullahın hədisi-şəriflərində bir yol xəritəsi halında insanın önünə qoyulmuşdur. İnsanoğlu “Mən nə etsəm də əbədi xoşbəxtlik yurdunun yolunu tapsam” ya da “hansı addımlarım məni oddan olan bir uçurumun kənarına aparar?” Kimi bir qarışıqlıq içində buraxılmamıştır. Hətta lütf-u ilahi o qədər böyükdür ki, insanı, kainatı, cənnəti də özlüyündə yaratmış olmasına baxmayaraq, sanki insana Cənnət verməyə borclu olduğunu ifadə buyurmaqdadır. “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”(Tövbə, 111) İnsan dünyada canını və malını Allah yoluna qoyacaq, Allah Təala da ona cənnət mükafatını hazırlayacaq. Halbuki can və mal da həqiqətdə insana Allahın lütfündən ibarətdir. Canı və malı Allah üçün vermək nə deməkdir? Bu, ən əsasda, Füzulinin “Canı cana diləmiş verməmək olmaz ey dil – Nə niza eyləyin keçmək nə sənindir, nə mənim.” Dediyi kimi bir həssaslıq sahibi olmaq deməkdir. Bu ana həssaslıq üzərinə bir həyat intizamı meydana gəldiyi təqdirdə insanın yuxusu belə cənnət səfərinin bir mərhələsi halına gələ bilər. Quranda bir neçə ayədə cənnət üfüqünə gedişdə ana şəxsiyyət çərçivəsi “İman və saleh əməl” üzərinə oturar. “İman gətirib yaxşı əməllər edənlər isə, Rəbbinin izni ilə içində əbədi qalacaqları və altından çaylar axan cənnətlərə qoyularlar. (İbrahim, 23) İman, bütün həyatı Allah yolunda keçirmək və “Ondan gəldik, Ona dönəcəyik” idrakını bir qəlb həssaslığı halına gətirmək deməkdir. Saleh əməl isə, bütün bir həyatı Allahın razı olacağı davranışlar toplusu halında yaşamaq deməkdir. Buradan baxanda, susuz qalmış itə su vermək də insana cənnət yolunu açacaq, ailəsiylə yaşadığı həyatda, bir yetimin başını oxşamaq da, yoldan insanlara əziyyət verən bir şeyi qaldırmaq da, gözəl söz də, bir möminin könlünə sevinc daşımaq da, təbəssüm də.
Quranda, “Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin.” (Müzzəmmil, 20) buyurulur. Yəni nəyi var nəyi yoxsa insana Uca Allah verdiyi halda Allah Təala, insanın, ehtiyac sahiblərinə etdiyi yardımı “Allaha verilmiş borc” kimi təqdim edir. “Sədəqələri Allah alır” buyuraraq, insanın kasıba hər hansı bir yaxşılığın, sanki Allah Təalanın əlinə verilmiş olduğunu bildirir. Sonra gün gəlir, qulluq imtahanını vermiş olanlara Allah Təala “Girin qullarımın arasına və girin cənnətimə” deyə səslənir. Gözəl borc, ən gözəl şəkildə “Cənnət əvəzi” halında ödənir.
Nə xoşbəxtdir o kəslər ki, onlar qulluq imtahanını tamamlayaraq cənnət nemətinə qovuşmuşlardır.

Mənbə:altinoluk.com

Read Previous

“Son əməliyyatlar erməni tərəfinin belini qırdı”

Read Next

Türkiyədə öldürülən 7 PKK snayperi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.