• 29 Mart 2024

Hacı Allahşükür Paşazadə erməni katolikosuna məktub göndərib

haciQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, Şeyxin məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır.

Xidmət rəhbəri məktubun detallarının açıqlanmadığını bildirib.

Qeyd edək ki, A. Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, A. İnciqulyan bundan imtina edərək, üçüncü ölkəyə getmək istədiyini bildirib.

A. İnciqulyan Şeyxdən ona yardım etməsini istəyib.
Mənbə
ANS PRESS

Read Previous

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başladı

Read Next

Azərbaycanda qeyri-adi təbiət hadisəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.