• 19 Mart 2024

HAMİLƏ QADINLAR NAMAZ QILARKƏN ÇƏTİNLİK ÇƏKİRSƏ NƏ ETMƏLİDİR?

images1Fərz və ya vacib namazlarda başlanğıc (iftitah) təkbiri və hər rükətdə Qurandan lazım olan miqdarı oxuyacaq qədər ayaq üstə durmaq namazın rüknlərindəndir. Belə olan halda ayaq üstə durmağa gücü çatan kimsənin oturaraq qıldığı fərz və ya vacib namaz məqbul deyil. Xəstəliyindən ötrü namazda rüku və səcdə edə bilməyən şəxs namazı oturaraq  – bardaş quraraq və ya ayaqlarını yana və ya önə doğru uzadaraq – qıla bilər. Ayaqlarını yana və ya qibləyə uzadaraq da olsa yerə otura bilməyən ayaq üstə və ya stul, kürsü və s. üstündə oturaraq namazını əda edə bilər. Narahatlığı olduğu üçün ayaq üstə namaz qılmaqda çətinlik çəkən İmran İbn Husaynın (r.a) sualına cavab olaraq Allaın Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Namazı ayaq üstə qıl, əgər buna gücün çatmazsa oturaraq, yenə gücün çatmazsa söykənərək qıl.” Nəsainin rəvayətində belə bir əlavə var: “Əgər gücün çatmazsa, arxası üstə qıl. Allah heç kimə gücünün çata bilmədiyindən artığını yükləməmişdir.”[1]

Xəstə və ya üzrlü (namazını ayaq üstə əda edə bilməyən) şəxs üsuluna görə, namazını ima[2] ilə qılar. İma ilə namaz qılan adam azca əyilərək rüku, bir az da əyilərək səcdə edər. Bununla yanaşı bədənin baş ilə birlikdə əyilməsi ilə də ima etmiş olar. Bir adam ayaq üstə dayanmağa gücü çatdığı halda, rüku və səcdə etməyə gücü çatmırsa, ayaqda və ya oturaraq ima edə bilər. Ancaq oturaraq ima etməsi daha uyğundur. Başı ilə ima etməyə gücü çatmayan kimsə namazını qəzaya buraxar, gözləri, qaşları və ya qəlbi ilə ima edərək namazı əda edə bilməz.[3]

Xəstə bir yerə söykənərək ayaq üstə namaz qıla bilirsə fərz namazları oturaraq qıla bilməz.

Bundan əlavə bir müddət ayaq üstə qılmağa gücü çatan kimsə həmin müddət ərzində ayaq üstə durmalı, sonra oturaraq namazını tamamlamalıdır. Hətta iftitah təkbirini ayaq üstə ala bilən bu təkbiri ayaq üstə almalı, sonra oturub namazının geri qalanını qılmalıdır.

Narahatçılığı səbəbilə səcdəyə tam şəkildə əyilə bilməyənin, səcdə yerini kürsü və ya yastıq kimi bir şeylə yüksəltməsinə ehtiyac yoxdur. Rüku və səcdələri gücü çatdığı qədər əyilərək ima (işarə) ilə etməlidir.

Cabir (r.a) Rəsulullahdan (s.ə.s) belə nəql edir: “Hz. Peyğəmbər (s.ə.s) bir xəstə ziyarətinə getmişdi. Xəstənin yastıq üstünə qoyulan bir taxtaya səcdə etdiyini gördü. Allah Rəsulu dərhal bunları götürtdürərək belə buyurdu: “Əgər gücün çatarsa, namazı yer üzərində qıl. Buna gücün çatmazsa ima (işarə) ilə namaz qıl və səcdəni rükudan daha çox əyilərək et.”[4]

Rüku və səcdəni tam olaraq etməyə gücü çatan bir şəxs (xəstə) ima ilə namaz qılarsa, bu doğru deyil namazını təkrar qılmalıdır.

Hamilə qadın namazda rüku və səcdə etməsi özünə və ya qarınındakı uşağa zərər verəcəksə, yuxarıda izah edilənlərdən özünə uyğun gələn şəkildə namazını əda edər. Yəni namaza başlayandan qurtarana qədər ayaq üstə dayana bilmirsə ilk rükətə ayaq üstə başlamalı sonrakı rükətləri təhiyyatda olduğu kimi oturaraq davam etməlidir. Azca əyilərək rüku, bir az da əyilərək səcdə etməlidir. Amma qarşısında nə isə qoyub onun üstünə səcdə etməz. Əgər buna da gücü çatmırsa namazını stulda oturaraq ima ilə qıla bilər.

Bir məsələdə var ki, qadın hamiləlik dövründə özünə və ya körpəsinə zərər gələcəyinə özbaşına qərar verə bilməz. Buna inanclı həkim qərar verməlidir. Amma qadın ayaq üstə duranda və ya rükü və səcdələrdən sonra özünü halsız, narahat hiss edirsə bu zaman namazını oturaraq qılar.


[1]Buxari, Təqsir, 19; Əbu Davud, Səlat, 175; Tirmizi, Səlat, 157; İbn Macə, İqamə, 139; Bax. Bəqərə, 2/286.

[2] İma namazda başı qabağa tərəf əyməklə edilən işarədir (hərəkətdir).

[3] Mövsili, əl-İxtiyar, I, 76-78.

[4] Zeyləi, Nəsbur-Rayə, II, 75.

MƏNBƏ:

MENEVİYYAT.AZ

Read Previous

QADINLAR QAŞLARINI ALA BİLƏRMİ?

Read Next

PEYĞƏMBƏRİMİZ (SƏV)-İN BİR GÜNÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.