• 22 Sentyabr 2020

HEÇ DÜŞÜNMƏZMİSİNİZ?

«Wired Magazine» adlı bir jurnalın araşdırmalarına görə insan vücudundakı ayrı-ayrı orqanların toplam satış qiyməti 45 milyon dollardır. Bu qiyməti söyləmək üçün jurnal əməkdaşları ABŞ-dakı rəsmi qiymətləri əsas götürüblər. Təbii ki, 3-cü qrup ölkələrdə, qeyri-qanunu yolla əldə edilən orqan ticarətində bu qiymətlər dəyişir.
İnsan vücudunun ən bahalı orqanı sümük iliyidir. Bu iliyin qramı 23 min, kilosu isə 23 milyon dollardır. DNA-ların qiyməti 1.3 milyon dollardan başlayır. Ağ ciyər 116.400 dollar, böyrək 91.400, ürək isə 57 min dollara satılır. Araşdırmalara görə yumurtalıq hücrələrini satan qadınlar 8 ildə 224 min dollar qazana bilərlər. Kişilər isə bu məbləği qazanmaq üçün 20 il boyunca hər ay 12 sperim hücreyrəsini satmalıdır.
Siyahı kifayət qədər uzun və cazibdir. Bədənizinizdəki hər şeyi alıb, sata bilərsiniz. Bircə… ağıdan başqa. Qəlbinizi də satarsınız, böyrəyinizi də, birinin dilinə də sahib ola bilərsiniz, gözünə də.
Hər orqanın alınıb satıldığı bu dünyada bircə ağıl alınmaz, satılmaz, transfer edilməz.

Ağıllı birinin bir qəza nəticəsində ağlını itirməsi mümkündür, amma axmaq birinin başqa birindən ağıl satın alması imkansızdır. Ağıl insanda ya var, ya da yox. Bu gözlə görülməz, əllə tutulmaz bir orqandır. Onun varlığı insanın davranışlarına baxaraq müəyyənləşdirilir. Davranışında anormallıq gördüyünüz birinə məcnun deyərsiniz, dəli deyərsiniz, axmaq deyərsiniz. Təbii ki, siz də «öz ağlınızla» dəyərləndirərsiniz başqalarının davranışını.

Ağıllı insanlar savadlı ola bilər, savadlı insanlar isə heç də həmişə ağıllı olmurlar. Başqa sözlə desək ağıl və bilik iki fərqli məvfumdur. Bilik məhdud, ağıl ümumidir. Bir fizikin bildiyini bir həkim bilməyə bilər və bu onun savadsız olduğu anlamına gəlməz. Bir riyaziyyatçı şeridən, romandan bəlkə bir şey anlamaz, amma ən çətin riyazi əməliyyatları gözüyumulu icra edə bilər. Bir beyin cərrahından ağıl dişinizi müalicə etməsini tələb edə bilməzsiniz… Bunu etməyəcək qədər «ağlınız» varsa təbii ki…
Bir sahədə bilik sahibi olmaq üçün o sahə üzrə yazılmış ədəbiyyatlardan faydalna, təcrübə ilə bir şeylər əldə edə bilərsiniz. Nə qədər çox oxuyub, nə qədər çox praktik işlə nəzəriyyəti birləşdirsəniz o sahədə o qədər çox bilik sahibi olacaqsınız. Amma «ağıllı olmaq» üçün oxunacaq ədəbiyyat, toplanacaq təcrübə yoxdur. Ağıllı olmağın yeganə yolu «düşünməkdir», hadisələri «oxumaq», olaylardan nəticə çıxartmaq…
Allahın kitablarını, – kainatı, kitabı və insanı, – tanımaq, yaradılış haqqında düşünmək, varlığınızı sorğu-sual etməkdir ağıllı olmaq. Ağıllı olmaq haqqla batili bir birindən ayırmaqdır. Sadəcə pislə yaxşı arasındakı fərqli bilmək deyil, eyni zamanda iki pisdən ən az ziyanlı olanı seçə bilməkdir ağıllı olmaq. Sorular və sorunlar qarşısında aciz qalmamaq, problemlərə çözüm tapmaqdır ağıllı olmaq.

İnsan beyni gün ərzində 50.000-80.000 əməliyyat aparır. Bütün insanlarda beyin bu sistemlə çalışır. Beyin öyrəndiklərini analiz edər, yadda saxlayar, unudar, silər, lakin öz-özündən bilik ürətməz. Hər insanın beynin gücü onun şəxsi təcrübəsi və bilikləri ilə mütənasibdir. Beynə doğuluşdan bütün insanlar sahib olsa da ağıl doğuluşdan sahib olduğumuz bir nemət deyil. Biz «düşündükcə» onu inkişaf etdirir, onu cilalıyıq. Yerə düşən almanın niyə düşdüyünü «düşünmədikcə» yer çəkimini kəşf etmək mümkün ola bilməzdi. Yüz illərlə o alma o ağacdan düşmüş, buna yüzminlərlə, milyonlarla insan şahid olmuşdur. Biri almanın tozunu silib yemiş, biri eləcə toz-tozlu, amma sadəcə Nyuton sual vermiş, düşünmüşdür: «göydəki ay düşmürsə, ağacdakı alma niyə düşür?». Kəşf olunan hər elmi yenlik əslində var olanın bilinməsi, başqa sözlə desək birinin suallara cavab tapan düşüncəsidir.
Siz sual verib düşünəcəksiniz ağlınız o sualın cavabını tapacaq. Sizi «dahi» edən başqalarının sormadığını sormaq, başqalarının düşünmədiyini düşünməkdir.

Ağıl, hər insanda fərqli, hər insanda müxtəlif səviyyədədir. Eyni hadisədən fərqli nəticə çıxartmaq ağılın «səviyyəsinin» göstəricisidir.
Allahı tanımaq, Onun kitablarını oxuyub anlamaq, söylədiklərinə iman etmək bilikli insanın deyil, ağıllı insanın işidir (Bəqərə/269; Ali İmran/7, 190; Maidə/58, 100; Ənam/32, 151…). Buna görə Quran tez-tez sual verər: «siz heç düşünməzmisiniz?» və xəbərdar edər «ağlını istifadə etməyənlər pisliyə məhkumdur» (Yunus, 100). Ağıllı olmaq hadisələr arasında məntiqi bağlılığı tapmaq, analiz etmək, nəticə çıxartmaq, bir qənaətə varmaqdır. Hər kəs doğuşdan bir beyinə sahibdir. Hər kəsin beyni gün ərzində eyni əməliyyatları icra edər. Amma hər kəs fərqli ağıl sahibidir və ağıl yalnız düşüncə ilə «inkişaf edər, suallarla formalaşar».
Ağıllı olmaq verilən bir nemət deyil, qazanılan nemətdir.
Ağıl, nəsildən nəsilə ötürülən miras deyil, fərdi qazanılan sərmayədir.
Savadlı olmaq ağıllı olmaq deyil. Amma ağıllı olmaq eyni zamanda savadlılığın da göstəricisidir.

P.S. Sahi siz heç düşünməzmisiniz?…

Rüzgar Kəskin (G.Qafarova)

wwww.azerislam.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 18 dəfə.

Müşfiq Xəlilov

Read Previous

OSKARLI REJİSSORDAN FATİHƏ AÇIQLAMASI

Read Next

Hacət namazı nədir, necə qılınır?