• 21 İyun 2019

Hicab qadağası ləğv edildi

hicabMəhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.

Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib.
ANS PRESS-in məlumatına görə, məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.
Almaniyada bəzi ərazilərində müəllimlərin dövlət məktəblərində hicab geyinməsi qadağan edilmişdi və belə qadağanların qoyulmasına icazə verilmişdi. Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra, 2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərara aldı ki, belə qadağanlar Almaniyanın əsas qanununa – Konstitusiyada nəzərdə tutulmuş dini azadlıqlara ziddir.
Bunu etməklə məhkəmə belə bir nəticəyə gəldi ki, dövlətin dinə münasibətdə neytrallığı dövlət məktəblərindəki müəllimlərin dini simvollardan istifadəsinin qadağanını zəruri etmir.
Hollandiya və İsveçrə kimi bir sıra başqa Avropa ölkələrində isə ictimai yerlərdə tam hicabın qadağanı debatlara çıxarılıb, lakin lazımi siyasi çoxluq əldə edilmədiyindən təkliflər indilik bir kənara qoyulub.

mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 98 dəfə.

calal calalov

Read Previous

Prezident ümrə ziyarətində

Read Next

Peyğəmbərimiz (səv) Əfəndimizin şəxsən özünün öyrətdiyi salavatı şərifə:

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.