• 23 Aprel 2024

Hz. Əbu Bəkirdən xatirələr

Əbu Hüreyrə (r.a) belə rəvayət edir:

Bir gün səhər namazından sonra Peyğəmbərimiz (s.ə.s) səhabələrinə belə buyurdu:

“ Bu gün aranızda oruclu olan varmı?

Hz. Əbu Bəkr (r.a) “ Mən orucluyam Ey Allahın Peyğəmbəri!” deyə cavab verdi

Daha sonra Peyğəmbərimiz (s.ə.s)

“ Bu gün kim bir yoxsulu doyuzdurdu?” deyə soruşdu.

Hz. Əbu Bəkr (r.a) “Mən” dedi.

Bu səfər də Peyğəmbərimiz (s.ə.s)

Bu gün aranızda kim bir cənazə namazına iştirak etdi?

Hz. Əbu Bəkr (r.a) yenə “Mən” dedikdə, Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:

Bu xüsusiyyətlər kimdə olarsa, o mütləq cənnətə girər. [1]

Hz. Ömər (r.a) belə nəql edir: Peyğəmbərimiz (s.ə.s ) Təbuq səfərinə gedən səhabələrin maddi ehtiyacını qarşılamaq üçün hər kəsə imkan daxilində sədəqə verməsini əmr etdi. Hz. Ömər (r.a) buyurur ki: O əsnada  mənim malım xeyli çoxalmışdır. Qəlbimdən “ Əgər Hz. Əbu Bəkiri xeyir işdə ötəcəyim bir gün varsa, o bu gündür” dedim və sahib olduğum malı sayaraq, onun yarısını Peyğəmbərimiz (s.ə.s) apardım. Peyğəmbərimiz (s.ə.s) gətirdiyim sədəqəni gördükdə:

“Ey Ömər! Uşaqların üçün bir şey saxladın mı? deyə soruşdu:

“ Ey Allahın Rəsulu! (s.ə.s) gətirdiyim mal qədər də onlara saxladım” deyə cavab verdim.

Bir müddət  sonra Hz. Peyğəmbərimizin (s.ə.s) hüzurunda olduğum halda  (s.ə.s) yanına Hz. Əbu Bəkr (r.a) gəldi. O da bu səfər üçün sədəqə gətirmişdi. Peyğəmbərimiz (s.ə.s) ona da:

“Ey Əbu Bəkr! Gətirdiyin sədəqədən başqa, uşaqlarına bir şey saxladın mı?

Hz. Əbu Bəkr (r.a) :

 “Ey Allahın Peyğəmbəri ! (s.ə.s)  mən onlara Allahın və Peyğəmbərinin razılığını saxladım”.

Hz. Ömər (r.a): O zaman qəlbimdə bunu  düşündüm:

“ Mən heç bir zaman xeyir işlərdə Hz. Əbu Bəkri (r.a) keçə bilmərəm”[2].

Onun hədəfi çox böyük idi. Son olaraq da bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm.

Bir gün sevimli Peyğəmbərimiz (s.ə.s) ətrafındakı səhabələrə cənnəti bu şəkildə izah etmişdir: “Cənnətin qapıları vardır. Kim dünyada ən çox hansı xeyr əməli daha çox işləmişsə,  o, o qapıdan  cənnətə daxil olacaqdır . Cihad qapısı, namaz qapısı, sədəqə qapısı, oruc tutanlar üçün hazırlanmış Rəyyan qapısı….”.

Bütün bunları Peyğəmbərimiz (s.ə.s) dedikdən sonra, o məclisdə olan səhabələrdən biri; “ Kaş ki, o qapıların birindən  daxil ola biləydim! deyə  içindən bir his keçirdi. O əsnada Hz. Əbu Bəkir də (r.a) orada idi. Onun ağlından isə başqa fikirlər keçirdi. (Çünki Onun hədəfi daha böyük idi.)

“Ey Allahın Peyğəmbəri! (s.ə.s) bizim içimizdən cənnətin o qapılarının hamısından daxil ola biləcək kimsə olacaq mı?” deyə Hz. Əbu Bəkr (r.a) Peyğəmbərimizdən  (s.ə.s)  soruşdu:

Peyğəmbərimizdə (s.ə.s): “Ey Əbu Bəkr! İnşallah sən onlardan olacaqsan” [3]deyə buyurdu.

Allah ondan razı olsun. O çox böyük bir insan, çox dəyərli bir mömin, çox fərqli bir rəhbər idi. Uca Allah aramızda Hz. Əbu Bəkr (r.a) kimi insanların sayını çoxalsın.  Amin!


[1] Müslim, Fəzailus-Səhabə 12

[2] Əbu Davud, Zəkat 41; Tirmizi, Mənakib,16

[3] Buxari, Savm, 4; Müslim, Zəkat, 86

Read Previous

Sual: Nafilə namazları məsciddə qılmaq daha fəzilətlidir yoxsa evdə?

Read Next

Bəla və müsibət başımıza niyə gəlir?