• 28 Mart 2024

İbn Teymiyyə və Onun sözdə davamçıları

   imagesCA807HEWGünümüzdə İslam mirasını, alimlərini, fəqihlərini topdan inkar edib, İbn Teymiyyədən başqa kimsəni mötəbər alim saymayan məlum firqə hər kəs tərəfindən tanınır.

    Müsəlman alimlərin yoluna müxalif olduqları günəş qədər aydın olan bu firqənin, İbn Teymiyyə bağlılğı nə qədərdir?

    Bu yazıda “davamçıların” İbn Teymiyyəyə müxalif olduqları bir qism məsələləri toplamağa çalışacayıq. Müvəffəqiyyət Allahdandır.

Müxalifət -1. Rafizilərin topdan, sorğu sualsız müəyyən/şəxsən təkfiri məsələsi.

Günümüz “sələfilərinin” bir çoxunu digər mövzularda olduğu kimi, bu mövzuda da hər çalınan havaya oynayarkən görmək mümkündür. Onlardan bir çoxu rafiziləri qeyd şərtsiz təkfir edir, hətta onların küfründə şübhə edənlərin belə təkfirindən bəhs edirlər.

Bəziləri isə biraz daha “üsulçu” bir yanaşma sərgiləyərək belə deyirlər: “Şiələri təkfir etmirik, rafiziləri edirik”. Lakin, bu “üsulçulara” şiələri rafizilərdən necə ayırdıqları soruşulduqda tam səviyyələrinə layiq bir cavab alırıq: “Azərbaycandakıların hamısı rafizidir!”

Rafiziliyi şiəlikdən seçə bilmədiyi halda, rafiziləri təkfir etməyi mənasız həyatının şüarına çevirmiş virtual qəhramanlarımızı, davamçıları olduqlarını iddia etdiklərini İbn Teymiyyənin məhz rafizilərlə bağlı bəzi sözləriylə tanış etmək yerində olardı.

İbn Teymiyyə rafizilərə qarşı öz sərtliyiylə məşhurdur. Bu sərtliyinə rağmən onun sözlərindən anlaşılan rafiziləri kafir saymadığı, ümumən bəzi fikirlərinə küfr desə belə müəyyən/şəxsi təkfirə yanaşmadığıdır.

İbn Teymiyyənin bəzi ümumi sözləriylə dediyimizə etiraz edilə bilər. Lakin bizim gətirdiyimiz sitatlar daha təfsilidir və buna binaən etibara alınmağa daha layiqdirlər. Beləliklə İbn Teymiyyənin rafizilərin dini haqda sözləri:

Əhməd İbn Teymiyyə rafizilərlə nigahın səhihliyini haqqında:

“Sual: Rafizilərdən qız alınarmı?

    Cavab: Xalis rafizilər hava, bidət və zəlalət əhlidir. Müsəlmanın öz vəlayəti altında olan qadını onlarla evləndirməməsi lazımdır.

    Əgər müsəlmanın özü – tövbə etməsini umursa – rafizi bir qadınla evlənərsə nigah səhihdir.

    Əgər rafizi qadının tövbə etməsini ummursa, uşaqlarıda pozmaması üçün belə rafizi qadınla evlənməyi tərk etməsi daha əfdaldır.”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 32/43

    Darul Vəfa: 1426/2005

 

1

Təliq: İbn Teymiyyə rafizi qadınla nigahı səhih sayır. Məlumdur ki, kitab əhlindən olmayan kafirlərlə nigah səhih deyildir. Ortaya iki ehtimal çıxır:

    1. İbn Teymiyyə kitab əhli olmayan kafir qadınlarlarla nigahı caiz görür.

    2. İbn Teymiyyə rafiziləri kafir saymadığı üçün nigahlarını səhih sayır.

    Bu iki ehtimaldan birini seçməyi isə “davamçılara” buraxıram. Doğru bir nəticəyə gəlmələri üçün isə, İbn Teymiyyənin sıradakı sözlərini də oxumalarını tövsiyə edirəm.

  İbn Teymiyyə başqa bir yerdə deyir:

  “Onların təkfirinə və Cəhənnəmdə əbədi qalması məsələsinə gəlincə bu barədə də alimlərin iki məşhur görüşü var. İmam Əhməddən də iki rəvayət gəlmişdir.

    Harurilərdən olan sapıq Xavariclər, Rafizilər və bənzərləri haqda iki görüş var.

    Doğru olan budur ki, onların şəriətə müxalif olduğu bilinən sözləri küfrdür. Eləcədə onların kafirlərin müsəlmanlara etdiyi cinsdən olan felləri. Mən bunun dəlillərini başqa yerdə zikr etdim.

    Lakin, bunlardan müəyyən şəxsin təkfirinə və Cəhənnəmdə əbədi qalacağı mövzusuna gəlincə, bu məsələ təkfirin şərtləri və maneələrinin aradan qalxmasına bağlıdır.

    Biz vad, vaid, təkfir və təfsiq nasslarını ümumi olaraq səsləndiririk. Lakin, ziddi olmayan bir gərəklilik onda meydana çıxana qədər, müəyyən şəxsin bu ümumi hökmə daxil olduğuna qərar vermirik.”

   Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 28/273

    Darul Vəfa: 1426/2005

 

  Təliq: İbn Teymiyyənin sözlərini bəndlər halında gözdən keçirək:

    1. Rafizilərin küfründə ittifaq yox, iki məşhur görüş vardır.

    2. Bu iki görüş həmçinin Əhməd bin Hənbəldən nəql edilib.

    3. Ümumi sözlərə küfr deyilsə belə, müəyyən təkfir üçün prosedur vardır və bu prosedur əhliyyət sahibləri tərəfindən tətbiq edilər.

    4. İbn Teymiyyə bidətçilərin bəzi sözlərinə küfr desədə, müəyyən təkfir üçün maneələrin olduğunu qeyd edir.

  Digər bir yerdə deyir:

  “Sual: Yəhudi və xristianları, rafizilərdən üstün tutan adam haqqında nə deyərsiz?

    Cavab: Həmd Allaha məxsusdur. Muhəmmədin – sallalahu aleyhi və səlləm – gətirdiyinə iman edən hər kəs – onda bəzi bidətlər olsa belə – onu inkar edənlərin hamısından daha xeyirlidir!

    İstər bu xavariclik bidəti olsun, istər şiyə, istər mürciyə, istər qədəriyyə istər qeyrisi.

2

    Çünki yəhudi və xristianlar kafirdirlər. Onların küfrü, İslam dinində bilinməsi qaçınılmaz olan bir küfrdür.

    Bidətçi isə özünün Rəsulullaha – sallalahu aleyhi və səlləm – uyduğunu, müxalif olmadığını hesab edirsə o kafir deyildir!

    Hətta bidətçilərin kafir olduğu fərz edilsə belə, onların küfrü Rəsulullahı – sallalahu aleyhi və səlləm – yalanlayanların küfrü kimi deyil.”

  Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 35/122

    Darul Vəfa: 1426/2005

 Təliq: Bu sözlərdə İbn Teymiyyə rafiziləri açıq aydın mömin adlandırır. Həmçinin onların təbii olaraq yəhudi və xristianlardan üstün olduğunu deyir. Lakin, bəzi insanların və ya firqələrin müəyyən bir yönüylə kafirlərdən daha şərli olması mümkün və rastlanan bir şeydir. Ümumilikdə isə, ən fasiq və bidətçi insan kafirdən daha xeyirlidir.

Müxalifət – 2. Mushafa (Qurani-Kərim) dəstəmaz olmadan toxunmaq məsələsi.

“Sələfiyyə”nin bu mövzudakı görüşü məşhurdur. Onlara görə mushafa toxunmaq üçün dəstamaz şərt deyil. Gəlin  görək İbn Teymiyyə bu haqda nə deyir?

Mushafa təmiz olmadan toxunmaq barədə Əhməd İbn Teymiyyəyə verilən sual və cavabı:

    “Sual: Dəstəmazsız olaraq Mushafa toxunmaq caizdir yoxsa yox?

   Cavab: Dörd imamın məzhəbi/görüşü budur ki, Mushafa ancaq (hər iki hədəsdən də) təmiz olan toxuna bilər. Necəki, Rasulullahın – sallallahu aleyhi və səlləm – Amr bin Hazma yazdığı məktubda deyilir: “Qurana ancaq təmiz olan toxunar!”

    İmam Əhməd belə demişdir: Şəkk yoxdur ki, Nəbi – sallallahu aleyhi və səlləm – bunu ona yazmışdı.

    Bu həmçinin, Salman Əl Farisinin və Abdullah bin Ömərin görüşüdür. Səhabədən bunlara müxalif olan kimsə məlum deyil.”

   Qaynaq: Əhməd bin Teymiyyə: Əl Fətəval Kubra: 1/280

    Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

Müxalifət – 3. Zikrləri saymaq üçün təsbehdən istifadə məsələsi.

Ölkəmizdəki “təsbeh düşmənçiliyi” uzun illərdir məlum firqə tərəfindən davam etdirilir. Hətta məşhur sələfi şeyxlərindən birinin bu məzmunlu səfehcə işlədilmiş sözlərinə şahid oldum: “Təsbeh İslama buddizmdən bulaşıb və bu bütpərəstlərin adətidir. Dolayısıyla haramdır…”.

Əhməd İbn Teymiyyə xırda daşlar, meyvə dənələri (çəkirdək) və təsbehlə zikr etmək, daha doğrusu edilən zikri bu şeylər vasitəsilə saymaq barədə deyir:

    “Zikrin barmaqlarla sayılması Sünnətdir. Necəki, Nəbi – sallallahu aleyhi və səlləm – qadınlara demişdi: “Zikr edin və barmaqlarla sayın. Çünki onlar (Qiyamətdə) sorğu-sual olunacaq və danışdırılacaqlar.”

3

 

 

    Zikrin meyvə dənələri, xırda daşlar və bənzəri şeylərlə sayılmasına gəlincə bu gözəl işdir! Səhabədən – Allah onlardan razı olsun – belə edənlər vardı. Nəbi – sallallahu aleyhi və səlləm – möminlərin anasını xırda daşlarla zikr edərkən gördü və və buna etiraz etmədi. Əbu Hureyrənin də bunlarla zikr etdiyi rəvayət edilmişdir.

    Muncuqlar və bənzərlərinin nizama düzülmüş şəkliylə (təsbehlə) zikrə gəlincə insanlardan bunu kərih görənlər (xoş qarşılamayanlar) və kərih görməyənlər vardır.

    Niyət yaxşı olduqda bu əməl (təsbehlə zikr) məkruh olmayan gözəl bir əməldir!

    Lakin, buna ehtiyac olmadan təsbeh əldə etmək, boyundan asmaq və ya bilərzik kimi qola taxmaq surətilə onu insanlara göstərmək və bənzəri əməllərə gəlincə bu ya insanlar üçün riyadır/göstərişdir, ya da haqqında riyakarlıq şübhəsinin doğmasına səbəb və ehtiyac olmadan riyakarlara bənzəməkdir ki, bunun birincisi haram, ikincisi isə ən yaxşı halda kərahətdir.

    İnsanların Namaz, Oruc, Zikr, Quran oxumaq kimi xüsusi ibadətlərdə riyakarlığı günahların ən böyüklərindəndir…”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmu Fətava: 22/506

    Mədinə: 1425/2004

Müxalifət – 4. Müsəlmanların xəbərini kafirlərə çatdıran müsəlman cəsusun hökmü.

Bu məsələdə də “davamçıların” mövqeyi məşhurdur. Hətta Əbu Muhəmməd Əl Maqdisi və eyni məktəbin digər yazarları bu haqda uzun uzadı məqalələr yazmış və fəqihlərin icmasına müxalif görüşlərini insanlara icma olaraq təqdim etmişlər. Onlara görə cəsusluq riddət səbəbidir.

Bu məsələdə İbn Teymiyyəyə müxalifdirlərmi?

Əhməd İbn Teymiyyə dünyəvi məqsədlərlə cəsusluq edənin küfrə düşməyəcəyi haqda deyir:

    “Bəzən elə olur ki, insan onlarla (kafirlərlə) qohumluq və ya bir ehtiyac səbəbilə dostluq edir və bu hərəkəti sadəcə imanını azaldan bir günah olur. Lakin bu səbəblə kafir olmur.

    Necəki Hatib bin Əbi Bəltəa Nəbinin planlarını müşriklərə yazmış və onun haqqında Uca Allah bu ayəni endirmişdi:

    “Ey iman gətirənlər! Mənim də sizin də düşməniniz olanları, sevgi göstərərək özünüzə dost tutmayın!” (Əl Mumtəhinə: 60/1)

   

  Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 7/320-321

    Darul Vəfa: 1426/2005

4

 

 

Müxalifət – 5. İkrahın sərhədləri məsələsi.

Ünsiyətdə olduğum bir çox “sələfi” xüsusən də təkfirə meyilli qanad ikrahın mötəbərliyi üçün ancaq ölümü şərt qoşarlar. Halbuki, İbn Teymiyyəyə görə maaşı ala bilməmək belə ikrahdır. Hətta işverən maaşı ödəmək üçün özünə səcdə edilməsini şərt qoşsa, bu hal ikrah sayılacağı üçün işçinin səcdə etməsi caizdir.

Əhməd İbn Teymiyyə “Əl Fətəval Kubra” adlı əsərində deyir:

    “Birisinin önündə daim (əyilərək) yeri öpən kimsə günahkar olarmı? Bunu ikraha məruz olduğu halda, mal almaq üçün edərsə eyni şəkildə günahkar olarmı?

 (Məxluqa səcdə etməyin haram olduğu haqda qısa danışdıqdan sonra deyir) Ancaq insan buna (məxluqa səcdə etməyə), etmədiyi zaman döyülmək, həbs, malının alınması, beytul maldan haqq qazandığı maaşının kəsilməsi və bənzəri zərərli nəticələrə götürəcək şəkildə məcbur edilərsə, alimlərin əksəriyyəti qatında bu feli etməsi caizdir.

    Çünki, onların əksəriyyətinə görə ikrah, spirtli içkilər qəbul etmək və bənzəri haramları mübah qılar.

    Bu, İmam Əhməd və digərlərindən məşhur olan görüşdür.

    Lakin, bununla bərabər məcbur edilən şəxs qəlbiylə bunu rədd etməli və imkan daxilində bundan imtinaya can atmalıdır.

    Uca Allah kimin sadiq/səmimi olduğunu bilərsə ona yardım edər. Belə birisi sadiqliyinin bərəkətiylə bu cür şeylə əmr edilməkdən azad olunar.

Bir qrup alimə görə isə, ikrah sadəcə qadağan edilmiş sözləri söyləməyi mübah qılar, felləri deyil. Bu görüş İbn Abbasdan və bənzərlərindən bu şəkildə rəvayət edilmişdir: “Təqiyyə ancaq dillə olar”.

    Bu həmçinin İmam Əhməddən gələn digər bir rəvayətdir.

    Ancaq bu kimi işlərin (səcdə və digər haramların) vəzifədə yüksəlmək, mal artırmaq məqsədilə edilməsi caiz deyil.

    İnsan belə şeylərə (səcdə etməyə) məcbur edildiyi zaman, küfr kəliməsini söyləməyə məcbur edilən kimsənin caiz olan bir mənaya niyət etməsi kimi, bunun uca Allah önündə boyun əymə olduğuna niyət edərsə daha yaxşı olar. Allah daha gözəl bilir.”

  Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətava Əl Kubra: 1/56

    Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

Müxalifət – 6. Hz. Yusufun – aleyhissalam – kafir qanunlarına əsasən işləməsi məsələsi.

Son dönəmdə bir çoxumuz “Hz. Yusufa atılan iftiraya cavab” şəklində uzun uzadı yazılara şahid oluruq. “Sələfilər” Hz. Yusufun əsla qeyri-islami qanunlara əsasən hərəkət etmədiyini deməklə bərabər, əksini iddia edənləri peyğəmbərə iftira və küfrlə ittiham edirlər.

5

 

Elə isə İbn Teymiyyənin “peyğəmbərə iftirası və küfrü” ilə tanış olaq.

 Əhməd İbn Teymiyyə Hz. Yusufun hər məsələdə Allahın dininə görə hərəkət edə bilmədiyi haqda deyir:

“Siddiq Yusufun – aleyhissalam – Misir məlikinin xəzinədarlğını öz öhdəsinə götürməsi bu babdandır. O hətta kraldan onu xəzinədarlığa təyin etməsini istəmişdi. Halbuki kralda, xalqıda kafir idilər. Necəki uca Allah buyurur:

    “Daha öncədə Yusuf sizə açıq dəlillərlə gəlmişdi. O zamanda sizə gətirdiyindən şübhə içində idiniz.”

    “Ey zindan yoldaşlarım! Çoxlu rəbblərmi xeyirlidir yoxsa tək Qahhar olan Allah?”

    “Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın verdiyi isimlərdən başqa bir şey deyil.”

    Məlumdur ki, onlar kafir olduqları üçün, malların toplanmasında, və kralın yaxınlarına, ailəsinə, ordusuna və rəiyyətinə xərclənməsində mütləq öz adətləri və qanun qaydaları vardı. Və bu xərcləmələr Nəbilərin yolu və ədaləti üzrə deyildi.

    Lakin Yusufun hər istədiyini etməsi və Allahın dinindən gördüyü hər şeyi həyata keçirməsi mümkün deyildi. Çünki, xalq onun dəvətini qəbul etməmişdi. Ancaq ədalət və ihsan qismindən mümkün olan şeyləri edirdi.

    Hakimiyyət vasitəsilə ailəsindən olan möminlərə elə ikramlar etdiki, hakimiyyətdə olmadan bunları etməsi mümkün deyildi.

    Bütün bunlar uca Allahın bu ayəsinə daxildir: “Allahdan bacardığınız qədər qorxun.”

    İki vacib cəm edilməsi imkansız şəkildə bir araya gələrsə, daha önəmli olan önə alınar və bu halda digər vacib vacib sayılmaz. Həmçinin daha önəmlini önə aldığı üçün ikinci/digər vacibi tərk edən, həqiqətdə vacibi tərk edən sayılmaz.

    Eyni qaydada iki haram bir araya gələrsə və onlardan böyük olanı ancaq kiçik olanını etməklə mümkün olarsa, bu halda kiçik haramı işləmək – bu vacibin tərki adlansa belə – həqiqətdə haram olmaz.

    Bu, ümumi olaraq haram felin edilməsi adlansada zərəri olmaz. Bu kimi şeylər, üzr səbəbilə vacibin tərki və ya haramın racih məsləhət yada zərurət səbəbilə, yaxud da daha haram olan şeyin dəfi üçün işlənməsi adlanır.”

      Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 20/34-35

    Darul Vəfa: 1426/2005

   Təliq: Hz. Yusuf kralın və ailəsinin haqq etmədiyi malları onlara verirdi? Yoxsa öz tasarrufuyla hərəkət edən müstəqil hökmdar idi? İbn Teymiyyənin sözlərindən bu cavab aydındır. Onun bu sözlərdən sonra, iki vacibin zidləşməsi haqqında izahıda dediyimizi təsdiqləyir. Hz. Yusufun belə davranması sözsüz ki, qınanacaq bir şey deyil və o məsləhət

səbəbilə belə hərəkət etmişdir. Diqqət çəkmək istədiyim nöqtə, “sələfilərin” küfr dediyi görüşün İbn Teymiyyə tərəfindən dilə gətirilməsidir…

 

 

6

 

Müxalifət – 7. İnsanın uzaqdan eşidə biləcəyini söyləməyin şirk olması məsələsi.

   Hənbəli alimlərindən Əhməd İbn Teymiyyə özünün “Əl İstiğasə fir Rəddi aləl Bəkri” adlı kitabında vəli üçün uzaqdan duyma şəklində kəramətin varlığını qəbul etmişdir. Halbuki müasirlərdən onun davamçısı olduğunu iddia edən bir çox kimsə uzaqdan duyma özəlliyini Allaha xas qılaraq bunu şirk sayır.

İbn Teymiyyə deyir:  “Əgər bir kimsə desə: “Uzaqda olan diri və ya ölü birindən bir şey istəmək yanında olan birindən istəmək kimidir. Çünki, Nəbilər və Vəlilər uzaqda olanların müraciətini duyar. Onlardan hərhansı biri uzaqdakı insanların ona müraciətini duyar.”

Cavabən deyərik: Belə bir şey normal halda muhaldır/imkansızdır. Belə şeylər bəzi formalarda vaqe olduğu zaman, bu xarquladə (adətin pozulması/olağanüstü) babından sayılar.

    Adət bəzən mərtəbəcə kiçik olanın daha böyük olanı duyması şəklində pozular. Səriyənin (bin Zuneym) Ömərin “Ya Səriyə dağa doğru! Ya Səriyə dağa doğru!” şəklindəki müraciətini eşitməsi kimi.

    Adətin bunun əksinə bir formada pozulması da caizdir. (Yəni mərtəbəcə yüksək olanın daha aşağı səviyyədəkini eşitməsi)

    Lakin bunun müəyyən bir şəxs barəsində sabit olması ancaq onun haqqında belə bir şeyin vaqe olmasına dəlalət edən hüccətlə mümkün olar.”

     Qaynaq: İbn Teymiyyə: Əl İstiğasə fir Rəddi aləl Bəkri: 1/150-151

    Riyad: Darul Vətən: 1417/1997

 

Müxalifət – 8. Ölüm ayağında olan kimsənin yanında Yasin surəsini oxumaq. Müasir “davamçılar” bu işi edənlərə qarşı qılınc sıyırsalarda, İbn Teymiyyə bunu müstəhəb əməllərdən saymışdır.

 Əhməd İbn Teymiyyə “Əl Fətəval Kubra” adlı əsərində deyir:

    ” Ölüm ayağında olana Yasin surəsini oxumaq müstəhəbdir.”

 

     Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətava Əl Kubra: 1/56

    Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

 

Müxalifət – 9. Saqqalın bir tutamdan artığını kəsmək.

Bu , sələfilərin ən çox şiddət göstərdiyi və anlayış səviyyələrinin zahirlərində əks olunduğu bir məsələdir. Onlardan bir çoxu saqqalın bir tükünə belə toxunmağı haram sayar və saqqalını bir tutamdan qısaldanı günahkar hesab edərlər. Hətta öz səfeh fətvalarıyla məşhur şeyxlərindən Salih Favzan saqqalı azaldanların elm tələbəsi olmadığını iddia edir.

7

 

Əhməd bin Teymiyyə saqqalın bir tutamdan artığını kəsməyin nəyinki haram, hətta məkruh belə olmadığı bildirir və bu görüşü Əhməd bin Hənbələ nisbət edir:

     “Saqqalları uzatmağa gəlincə saqqal öz halına tərk edilər. Lakin, bir tutamdan artıq qalanı kəsilərsə bu məkruh olmaz. Əhməd bin Hənbəl də belə demişdir. Daha öncə zikr edildiyi kimi, İbn Ömərdə belə davranmışdır. Həmçinin saqqaldan seçilib, uçuşan tüklər də kəsilə bilər.

    Amr bin Şueyb atasından o da babasından rəvayət etmişdir ki, Nəbi – sallallahu aleyhi və səlləm – saqqalının enindən və uzunundan kəsərdi. Bunu Tirmizi rəvayət etmişdir.

   

   Qaynaq: Əhməd ibn Teymiyyə: Şərhul Umdə fil Fiqh: 1/236

 Məktəbətul Ubeykan: 1413/1993

 

Müxalifət – 10. Namazda əlin göbək altında deyil, sinədə tutulması.

“Sələfilər” namazda əllərini sinədə bağlayarlar və bununla kifayətlənməyib əlini göbək altında tutanları bidətlə ittiham edərlər. Görəsən, cəhalət bataqlığına sapılanmış bu cahillərin öz məzhəblərindən və ardınca getdiklərini zənn etdikləri İbn Teymiyyənin də “bidətçi” olduğundan xəbərləri varmı?

İbn Teymiyyə nəinki əli göbək altına qoymağı müdafiə edir, sələfilərin etdiyini əli sinədə tutmaq formasını da məkruh sayır.

Əhməd bin Teymiyyə namazda əlin qoyulacağı yer haqqında deyir:

  “İbn Qudəmə dedi: Əllərini (bağladıqdan) sonra göbəyinin altında tutar.

İbn Teymiyyənin şərhi: Yəni, (açılış) təkbiri gətirildikdən sonra əllərini aşağı salar, sağ əlini sol əlinin biləyi üzərinə, sağ əliylə biləyi tutacaq şəkildə və ya sağı solun üzərində yayıb hər iki əlinin barmaqlarını dirsəklərə doğru yönəldəcək şəkildə tutar. (sonra bu mövzuda dəlilləri zikr edir)…

   Rukudan qalxanda isə belə etmək (əlləri bağlamaq) müstəhəb deyil. Çünki, sünnətdə bu cür varid olmamışdır. Digər bir səbəb isə odur ki, namaz qılanın rukudan qalxanda az zamanı var və bu zamanda səcdəyə hazırlaşmalıdır.

(Əlin yeri haqda Əhməd bin Hənbəldən gələn görüşlər)

  Əlini göbəyinin altında və ya sinəsinin altında (mədə üzərində) tutmalıdır. Bu variantların hər ikisi də kərahətsiz olaraq caizdir.

 

      1. İlk variant (göbək altı) İmam Əhməddən gələn rəvayətlərdən birinə görə daha əfdaldır. (Hənbəlilərdən) Xiraqi, Qadi və başqaları bu görüşə üstünlük vermişlər.

    Bunu Əhməd, Əbu Davud və Daraqutni Əbu Cuheyfədən belə rəvayət etmişlər: “Əli – radiyallahu anh – dedi: Əli əlin üstünə qoyub göbək altında tutmaq sünnətdəndir.”

Bu, eyni zamanda İbn Məsud kanalıyla Nəbidən – sallallahu aleyhi və səlləm – rəvayət edilmişdir. İmam Əhməd bu hədisi dəlil gətirmişdir.

İbn Batta Əbu Hureyrədən – radiyallahu anh – belə rəvayət etmişdir: “Namazda əlini göbək altında tutmaq sünnətdəndir.”

8

   Səhabə “sünnətdəndir” dedikdə bundan Nəbinin – sallallahu aleyhi və səlləm – sünnəti anlaşılır.

    (Əli göbək altında tutmağa digər bir səbəb isə) Bu şəklin məkruh olan təkfirdən (namazda əli sinəyə qoymaq) uzaq olmasıdır.

    2. Digər bir rəvayətə görə sinədən aşağı (mədə üzərinə) qoyması daha əfdaldır. Bunu əshabımızdan (Hənbəlilərdən) bir qrup, aşağıdakı hədislər səbəbilə  tərcih etmişdir.

    Cərir Əd Dabbi dedi: “Əlinin – radiyallahu anh – sağ əliylə solun biləyindən tutub, göbək üzərinə qoyduğunu gördüm.” Bunu Əbu Davud rəvayət etmişdir.

   3. Hər iki formada eynidir (əli göbək altına və üstünə qoymaq). Bu mövzudakı hədislərin müxtəlif olması səbəbilə Əbu Musa və qeyriləri bu görüşü tərcih etmişlər.

    Namazda əllərin sinəyə qoyulmasına gəlincə bu məkruhdur! İmam Əhməddə belə demişdir.

  Əbu Eyyubdan, onun da Əbu Məşərdən belə dediyi zikr edilmişdir: “Namazda təkfir məkruhdur”. Sonra isə təkfiri açıqlayaraq belə demişdir: Təkfir – Namazda əlini sinəsinə yaxın (vəya sinəsi üzərinə) qoymasıdır.”

  Qaynaq: Əhməd ibn Teymiyyə: Şərhul Umdə fil Fiqh: 1/236

 Məktəbətul Ubeykan: 1413/1993

 

 Hənbəli alimlərindən Şəmsuddin İbn Qeyyim də eyni görüşü qeyd edir:

  “Əllərin qoyulacağı yer haqda Əhməddən fərqli rəvayətlər gəlib. Göbəyin üstünə və altına qoyulacağı rəvayət edilib.

  Əbu Talibin rəvayətində deyilir: “Əhməddən Namaz qılarkən əlini hara qoyduğunu soruşdum, “göbəyin üstünə və ya biraz aşağı, hər ikisidə də sərbəstlik var, istər göbəyin üzərində, istər üstündə, istər altında tutar” deyə cavab verdi.

    Əlidən – radiyallahu anh – belə gəlmişdir: “Əli əlin üstünə qoyub göbək altında tutmaq sünnətdəndir.”

    Amr bin Malik, Əbul Cəvzədən o da İbn Abbasdan Əlinin hədisinin bənzərini rəvayət etmişdir. Ancaq bu rəvayət səhih deyil.

 Səhih olan Əlinin – radiyallahu anh – hədisidir. Muzəni rəvayətində isə belə deyir: “Göbəkdən azacıq aşağı qoyulmalıdır.”

    Əlləri sinəyə qoymaq isə məkruhdur. Çünki Nəbidən – sallallahu aleyhi və səlləm – təkfiri qadağan etdiyi rəvayət edilib. Təkfir, əlləri sinəyə qoymaqdır.”

   Qaynaq: İbn Qeyyim: Bədəiul Favəid: 3/981-983

  Daru Aləmil Favəid

 

Məlum firqənin banisi olan Muhəmməd bin Abdil Vəhhab da eyni görüşü müdafiə edərək deyir:   “(Rəsulullahın namaz şəkli) … Sonra sağ əlini solun üzərinə bir qismi bilək, bir qismi biləkdən yuxarı olacaq şəkildə qoyardı.

  Əlini qoyduğu yer haqqında isə səhih heçnə gəlməyib. Lakin, Əbu Davud Əlidən – radiyallahu anh – belə rəvayət etmişdir: Əli əlin üstünə qoyub göbək altında tutmaq sünnətdəndir.”

 Qaynaq: Muhəmməd bin Abdil Vəhhab: Muxtəsar Zadil Məad: 13

9

Read Previous

Namazda topuqları birləşdirmək məsələsi

Read Next

Böyük günahların ən böyüyü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.