• 28 Mart 2024

İbrət alınacaq yaşanmış bir həyat hekayəsi

ibretlikhekayeİran-İraq müharibəsində ərini itirən bir qadın, üç uşağıyla birlikdə aclıq və səfalət içərisində günlərini keçirirdi.
İtirdiyi ərindən qalan az miqdarda var dövlət isə çoxdan bitmişdi. Bir gün ac, bir gün tox yaşayırdılar. Qadın özünün aclığı barəsində heç bir şey fikirləşmirdi. Onun yeganə dərdi ərindən ona yadigar qalmış olan üç körpəsi idi. Bu körpələrin aclıq çığırıqlarına heç cürə tab gətirə bilmirdi.
Kərkük şəhərinin küçələrində isə səfalət hökm sürürdü. Heç kim heç kimə kömək edəcək vəziyyətdə deyildi. İşsizlik son nöqtəyə çatmışdı. Qadının çevrəsi də onun kimi pərişan halda idi. Bir gün qadın, yıxılmağa üz tutmuş evinin pəncərəsindən yola doğru ümidsizcə baxarkən bir taksinin qapının önündə dayandığını, içindən də bir yolçunun endiyini gördü. Qadın öz özünə “Buraya müştəri gətirdiyinə görə hər halda taksi şoferində az çox pul vardır” deyə düşündü. Bütün cəsarətini və ümidini toplayaraq evdən çıxıb yola doğru qaçdı. Yaxınlaşıb sükan arxasında əyləşmiş və avtomobilini hərəkət etdirmək üzrə olan sürücüyə səsləndi:
“Məni dilənçi filan zənn etməyin. Üç uşağımla üç gündür ac yalavacam. Bu gedişlə namusumun ləkələnilməsindən qorxmağa başlamışam. Allah rizası üçün kömək edin. Mən aclıqdan ölməyə razıyam. Lakin uşaqlarımın qışqırıqlarına dözə bilmirəm”.
Gözlənilməz bir anda gələn bu Allah rizası üçün kömək tələbi onsuz da güc bəla ilə dolanan sürücünü çaşdırmışdı. Dərin-dərin düşünməyə başladı.
Cibində bir miqdar pulu var idi. Ancaq bu pulu aylardır yığırdı. Çünki avtomobilinin dörd təkəri də köhnəlmişdi. Onları dəyişdirmək üçün çırpınırdı. Bir yandan da hər axşam evə gələndə xanımı da onu azarlamaqdan geri qalmırdı:
“-Nə Zaman dəyişdirəcəksən bu təkərləri? Evə biraz gec gələndə ağlıma pis fikirlər gəlir. Görəsən bir qəza mı etdi köhnə təkərlərlə? deyə qorxu içində gözləyirəm.”
O an üçün nəfsi ilə şeyta əlbir olub vəsvəsə verməyə başladılar:
 “-Sən Onsuz da çətin dolanan onlardan çox fərqi olmayan kasıb birisisən. Onlara kömək edəcək vəziyyətdə deyilsən. Sür get öz işinə davam et. Daha sonra imkanın olanda gəlib yardım edərsən.

 “Lakin imanı və vicdanı da səslənərək dinc durmurdular:

“-Pul Dediyin şey belə gün üçün lazım olur. Allahın razılığının haradan gələcəyini bilmək olmaz. Yığdığın pulu bu möhtac xanıma verməlisən. Tam yeridir! “

Nəhayət nəfsini və şeytanı məğlub edərək cibindəki pulun hamısını qadına uzatdı və:

“- Al bacım, sən namusunla yaşa. Bu pul, bir müddət səni dolandırar. Sonrasına da Allah başqa səbəblər yaradar.” dedi. Minnət etməməsi üçün də dərhal qaza basıb oradan uzaqlaşarkən, qadının:

“-Sən bizim ehtiyacımızı qarşıladın, Allah da sənin ehtiyacını qarşılasın.” duasını eşitmiş və gün ərzində qulaqlarında cingildəyən həmin bu duaya “Amin” demişdi. Axşam evə gəlincə yenə həmişəki sualla qarşılaşdı:

“- Hələ də avtomobilin təkərlərini dəyişdirməmisən eləmi?”

 Lakin, heç bir şey hiss etdirmədən:

“-Bir ustayla razılaşmışıq. Yeni təkərlər gələndə dəyişdirəcək.” Deyərək qadını susdurmağa çalışdı.

Bu hadisədən bir neçə gün keçmişdi. Bir gün işini qurtarıb evə gələrkən, “bu dəfə nə deyəcəyəm” deyə düşünürdü.

 Lakin heç gözlənilməz bir vəziyyətlə qarşılaşmışdı.

Xanımı, üzərində ünvan yazılmış olan bir kağızı ona verdi və belə dedi:

“- Bu gün evə usta gəldi, mənə bu ünvanı verdi. Sabah yanıma gəlsin təkərlərini dəyişdirəcəm, deyib getdi.

Xanımına bildirməsə də bunun nə demək olduğunu anlamamışdı. Çünki belə bir ustanı həqiqətən tanımırdı. Maraqla səhəri gözlədi.
İlk işi kağızda yazılan ünvana getmək oldu. Qəribə burasındadır ki,  həmin ustanı heç görməmiş, buraya heç gəlməmişdi. Əlindəki kağızı ustaya uzadınca bir hər ikisi çaşqınlıqla bir birinə baxdı. Usta:
“-Sən O insansan elə deyilmi?” Deyib onun boynuna sarıldı, hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra isə sözlərinə belə davam etdi: “-Tam Üç gündür Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz yuxuma girir və mənə,” Bu ünvandakı sürücünün təkərlərini dəyişdir, ödəniş olaraq da mənim şəfaətimə nail ol “buyurur. Allah üçün söylə. Sən nə cür bir yaxşılıq etdin, necə bir xeyir dua aldın ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) üç gündür məni, sənin təkərlərini dəyişməyim üçün vəzifələndirir? “

Read Previous

Nikahın nuru cəmiyyətləri aydınladır

Read Next

Peyğəmbərimizin izi ilə hicrəti yaşayaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.