• 18 Oktyabr 2019

İÇDİYİMİZ SU NƏ ÜÇÜN BU QƏDƏR ÖNƏMLİDİR?

imagesHidrogen və oksigendən ibarət maye olan su havadan sonra insan həyatı üçün ikinci əhəmiyyətli şeydir. Canlıların orqanizminin 50-70 faizini su təşkil edir. Yemək yemədən həftələrlə yaşamaq mümkündürsə də, susuz bir neçə gün belə yaşamaq mümkün deyil. İnsan orqanizmi sağlam qalmaq və yetəri qədər qan ehtiyacını təmin etmək üçün suya ehtiyac duyur. Buna görə su bəzən “gizli qida” adlandırılır.

Günlük su ehtiyacı

Susuzluq hiss etmədən su içmək sağlam həyat tərzi üçün çox önəmlidir. İnsanın gün ərzində 2 litr (8 stəkan) su içməsi lazımdır. Adi su insanın ehtiyacını ödəmək üçün vacib olmaqla yanaşı, meyvə suları, süd və bitki çayları da su ehtiyacını qarşılaya bilər. Meyvə-tərəvəz və digər qidalarla da orqanizmimizə su daxil olur. Şirin sular susuzluğu bir o qədər də yatırmır. Qəhvə, çay kimi içkilər isə tez-tez susuzluğa səbəb olur. Qəhvə və çayın bir stəkanı yarım stəkan suyla eyni miqdar təşkil edir.

Orqanizmdə temperaturun artması və su itirilməsi baş verdikdə qəbul edilən suyun miqdarını artırmaq lazımdır. Qızdırma zamanı qızdırmanın hər dərəcə artımı üçün suyun miqdarını da artırmaq lazımdır.

Suyun faydaları

Su yeməklərin həzmi, əzələlərin sıxılması, hüceyrələrə oksigen və qida elementləri daşınması, orqanizmdəki artıq maddələrin təmizlənməsi, temperaturun tənzimlənməsi üçün vacibdir. Qəbizliyin qarşısını almaq, dəri nəmliyini qorumaq və artıq yağların atılması üçün də su içmək çox əhəmiyyətlidir.

Arıqlamaq üçün pəhriz saxlayanlar bol-bol su içməlidirlər. Su onların hər zaman tox hiss etmələrinə kömək edəcək və maddələr mübadiləsini sürətləndirib, artıq yağların xaric edilməsinə kömək edəcək.

Çox su içmənin zərərləri

Normal şərtlərdə sağlam bir insanın günlük su miqdarını aşması elə də təhlükəli deyil. Ancaq həddən çox su içilməsi orqanizmin su və duz normasını pozur. Həddən çox su içərkən hüceyrələrdəki duz orqanizmdən kənara çıxır. Bu halda ən çox beyin hüceyrələri təsirlənir və beyində fəsadlar yaranır.

Normal gündə insan orqanizmi 2 litrə yaxın su itirir. Əgər orqanizmdə su miqdarı yetərsizdirsə, insanın ifraz etdiyi sidik tünd rəngdə olur. Sidik açıq rəngdə olarsa, bu, vücudun ehtiyac duyduğu su miqdarının yetərincə ödənildiyi deməkdir. İstifadə edilən suyun keyfiyyəti pozularsa, ciddi xəstəliklərə yol aça bilər. İçməli suyun tərkibi çox vacibdir.

Suyun tərkibində…
– Xəstəlik törədən mikroorqanizmlər olmamalıdır. Qoxusuz, rəngsiz, şəffaf olmalıdır.
– Suya dad verən maddə qatılmamalıdır. Yetəri qədər yumşaq olmalıdır. Tərkibində sulfid, dəmir və manqan kimi elementlər olmamalıdır. Xlorid, nitrat, flüor, radioaktiv maddələr sinirlərə mənfi təsir göstərə bilər.

mənbə: din.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 181 dəfə.

calal calalov

Read Previous

Aprel 2014

Read Next

Dini məbədlərə veriləcək qazın limiti açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.